"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır

Tarix:5-06-2022, 05:33 Baxış Sayı:41 Kateqoriya:gundem / cemiyyet

"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır

“Sovetski”də park salınacağı deyilən ərazinin 60 hektarlıq hissənisi tikinti üçün açılır.
Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Bakı dünya paytaxtları içərisində yaşıllıq baxımından ən yoxsul şəhərlər sırasındadır və həmin ərazidən paytaxtdakı yaşıl ərazilərin artırılması üçün istifadə oluna bilərdi:
“Hökumət hələ 7-8 il əvvəl "Sovetski"ni sökməyə başlayanda həmin ərazidə tikinti olmayacağını, ümumi istifadə və istirahət üçün parkın, yaşıllıq-rekreasiya zonasının yaradılacağını vəd edirdi.
O zamanlar çox təəccüblənmişdim, çünki son 25 ildə paytaxt ərazisi qarış-qarış satılıb, elementar tikinti-şəhərsalma normaları ayaqlar altında qalıb, standartlara görə 1000 nəfərin məkunlaşa biləcəyi ərazilərdə ən azı 5000 min nəfərin yaşaya biləcəyi mənzillər tiklib, yaşıllıqlar tikinti “boss”larının çəkmələri altnda məhv edilib və s.
Ona görə də "Sovetski" kimi şəhərin "ürəyi" olan ərazidən biznes məqsədləri üçün faydalanıb yüz milyonlarla manat qazancdan vaz keçməyə təəccüblənməmək olmazdı.
Amma indi aydın olur ki, təəccüb əbəs imiş - hökumət hələlik təxminən 60 hektarlıq hissəni tikinti üçün açır. Açığı bilmirəm orada ümumi ərazi nə qədərdir və bundan sonra tikinti üçün yenə nəsə qalırmı.
Əslində reytinq tərtib edilsə, Bakı dünya paytaxtları içərisində yaşıllıq baxımından ən yoxsul şəhərlər sırasında yer alar. Bir dəfə müxtəlif mənbələr əsasında araşdırmışdım, Bakının yaşıllıq ərazisi ümumi ərazinin 7% ətrafındadır. Bu, dünya standartları baxımından çox aşağı göstəricidir - ayrı-ayrı şəhərlərdə bu göstərici orta hesabla 15-20% intervalında dəyişir.
Halbuki indi beton-mərmər daşların gömüldüyü və səhranı xatırladan "Qış Parkı"nın və "Sovetski"nin ərazisində meşə zolağı salıb Bakının "ağ ciyəri" hesab olunacaq ərazilərdən birinə çevirmək olardı”.
R. Ağayev həmçinin, həmin ərazidə aparılacaq tikinti layihələrinin də daha planlı şəkildə aparılmalı olduğunu qeyd edib:
“Amma bu məsələdə narahat olmalı başqa bir məqam da var: əgər hökumət bu ərzini yüz milyonlarla manat xərc çəkədən sonra "hazırın naziri" şirkətlərə tikinti üçün verəcəkdisə, burada əvvəldən başqa yolla getmək lazım idi: ərazi sökülməmiş tender elan edilir, tenderin şərtlərinə görə ərazinin ən azı 35%-40 yaşıllıq-rekreasiya və istirahət məkanları saxlanmaq şərtilə layihə təkliflərinin müsabiqəsi keçirilirdi. Tenderin şərtlərinə görə, ərazinini təmizlənməsi də qalib şirkətlərin öhdəliyi olaraq müəyyən edilirdi. Ən yaxşı layihələri təqdim edən, tender şərtlərini qəbul edən bir neçə şirkətlər qalib elan olunurdu. Hökumət də büdcədən 1 manat xərcləmədən ərazini ən yüksək şəhərsalma standartlarına uyğun abadlaşdırmağa nail olurdu.
Gözəl arzulardı, amma ən azından bizim nəsil belə bir idarəçilik görməyəcək - pessimist proqnoz da olsa, gerçək reallığımızdır”. //Yeniavaz.com//

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir