Litva və Azərbaycan strateji tərəfdaşdırlar

Tarix:21-05-2022, 19:44 Baxış Sayı:49 Kateqoriya:gundem / cemiyyet

Litva və Azərbaycan strateji tərəfdaşdırlar

Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, əksər dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx tərəfdaşlıq münasibətləri qurub.
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın dünyanın ayrı-ayrı qütblərində yerləşən çoxlu sayda dövlətlərlə mövcud olan əlaqələri daha da genişlənməkdədir. Rəsmi Bakı diplomatik əlaqələrdən başlamış dərin siyasi, iqtisadi-ticari, humanitar-mədəni münasibətlərə qədər bir çox ölkələrlə əməkdaşlıq edir. Onlardan biri də Litva Respublikasıdır.
Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir. 56 ölkədən 300 nəfərədək nümayəndə, nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlərin qatıldığı “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
1991-ci ildə SSRİ-nin dağılması nəticəsində suverenlik əldə edən ölkələr müstəqil xarici siyasət yeritmək və ikitərəfli əlaqələri inkişaf etdirməyi əsas prioritetlərdən biri kimi qəbul etmişdilər. Elə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Litvadır. Litva ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulmuş və 2007-ci ilin aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır. Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahələrində əməkdaşlıq mövcuddur.
Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumda çıxışı zamanı uzun illər Litva ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib: “Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir”.
Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib: “Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”.
Beləliklə, bu görüşlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.
Azərbaycan-Litva biznes-forumunun sonunda iki ölkə arasında “Beynəlxalq yol nəqliyyatı Sazişi”, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu” və “Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi”nə dair sənədlər imzalandı.
Beləliklə, Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi, imzalanan sənədlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa impuls yaradacaq və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.

Adilə Əliyeva,
Salyan rayon Uşaq İncəsənət məktəbinin direktoru

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir