Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi

Tarix:21-05-2022, 03:48 Baxış Sayı:44 Kateqoriya:gundem / cemiyyet

Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi

Azərbaycanın quş əti və yumurta istehsalçıları ölkədə 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün 40 mln. manata yaxın vəsaitin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kredit şəklində ayırmasını təklif ediblər.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından verilən məlumata görə, bu məsələyə dair Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli ilə Fondun rəhbəri Osman Xalıyev arasında görüş keçirilib. Mürvət Həsənlinin sözlərinə görə, qeyd olunan kredit məbləği bir il ərzində geri qaytarıla bilər. Öz növbəsində Osman Xalıyev Nazirlər Kabinetinin aprelin əvvəlində imzaladığı 109 saylı qərarında minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının ehtiyatının yaradılmasında iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10%-nin dövlət tərəfindən qarşılanacağını bildirib. Quş əti və yumurta istehsalı fabriklərinin əksəriyyəti iri sahibkarlıq subyektləri olduqları üçün bu qərarın onlara şamil olunması mümkün hesab olunmur.

Lakin Fondun rəhbəri bildirib ki, bu məsələ təmsil etdiyi qurumun Müşahidə Şurasının iclasında müzakirəyə çıxarılacaq. Ölkədə toyuq əti dana və qoyun ətinə nisbətən ucuz olduğu üçün ondan daha çox kasıb təbəqə istifadə edir. Ona görə də toyuq ətinin satışında yaranan problem və digər məsələlər ətin qiymətinin artması ilə bağlı müzakirələrə səbəb olur. Sahibkarların yem ehtiyatı ilə bağlı yaranan çətinliyi də gələcəkdə toyuq ətinin qiymətinin bahalaşması məsələsini gündəmə gətirib.

Sahibkarlara güzəşt olmasa, toyuq ətinin qiyməti qalxacaqmı? Qiymət artımının baş verməməsi üçün nə etmək lazımdır? Dia.az-ın məlumatına görə, Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbəri Mürvət Həsənli Cebhe.info-ya açıqlamasında bildirib ki, mövsümdən istifadə edib yem ehtiyatını toplamaq həm sahibkara, həm də dövlətə xeyirdir:

“Dənli bitkilərin yığımı başlayır, bu yığım zamanı bolluq yaranır, qiymət ucuzluğu baş verir. Həmin o qiymət ucuzluğundan istifadə edib 6 aylıq yem ehtiyatını qurmaq lazımdır. Dövlət güzəştli kredit verir və bir il müddətində biz həmin pulu qaytarırıq. Amma burada dövlətin və sahibkarın udduğu məsələ ondan ibarətdir ki, 6 ay içində ətin qiymətinin qalxmamağı tam qarantili olur. Mövsüm dövründə sentyabr-oktyabr ayına kimi yemi yığdıqsa, yaza kimi ətin qiyməti qalxmır. Qış aylarında yemin qiyməti qalxır, çünki bazarda yem satılandan sonra tələbat artır, buna görə də qiymət qalxır. Burada 6 aylıq ətin və yumurtanın qiymətinin qalxmamasına həm zəmanət veririk, həm ölkədə onun istehsalına təminat yaranır. Gələcəkdə başqa yerdən ala bilməyəndə artıq ehtiyatımız olmuş olur. Həmin güzəştli krediti də oktyabr ayından başlayaraq 8 ay müddətində ödəyib, çatdıraq”.

Assosiasiyanın rəhbəri indiyə kimi bunu niyə istəmədiklərnə də aydınlıq gətirib:

“Pandemiya dövründən sonra dünya bazarında yemin qiymətinin qalxması sahiblarların əlində olan maddi vəsaitlərini azaldıb, 6 aylıq yem ehtiyatlarını qura bilmirik. Həm süfrə, həm də damazlıq yumurtada alınanların bir illik yem ehtiyatları olmalıdır ki, bu gələcək üçün istehsalını, satışını təşkil eləyə bilsin. Bizim 40 milyon manat ehtiyacımız yox, ümumiyyətlə, bazarda 6 aylıq yem ehtiyatımız 190-200 min tondur ki, bu da dəyər hesabı ilə 190 milyon manat pul eləyir. Biz onun 20-30 faizini istəmişik”.

Mürvət Həsənli sahibarkarlara güzəşt olmasa, bəzi problemlərin yaranacağını qeyd edib: “Güzəşt olmasa, maddi hesabı, banklara kredit çıxışı olmayan, ucuz pul tapmayanlar istənilən halda bahalı pul tapıb yem alanda böyük bir problem yaranacaq. Gələcəkdə ətin qiymətinin qalxmasına təsir eləyəcək. Çünki bahalı kredit götürən həmin kreditin faizini də müəyyən mənada ətin üstünə gələcək. Hər bir sahibkarın heç bahalı kreditə də çıxışı yoxdur. Ona görə ki, onlar əllərində olan girovları qoyub, müəyyən kredit faziləri var. İndi istehsal müəssisələri kim necə bacaracaq elə də vəziyyətdən çıxacaq”.

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ