YADDAŞIMIN 5 MAYI...

Tarix:4-05-2022, 20:06 Baxış Sayı:100 Kateqoriya:gundem / cemiyyet

YADDAŞIMIN 5 MAYI...

Aylar, günlər, saatlar bərabər və qismən oxşar olsalar da, ad günü bir günü seçib fərqləndiririk- ömrümüzə boylanış üçün.. düşüncə üçün.. Mən də bu gün sevincimi bölüşən bütün dostlara minnətdarlıq edərək Yaddaşımda yaşanan 5 may səhifələrinə qısaca da olsa ekskurs etmək istəyirəm...
Uşaqlıqda heç vaxt ad günü keçirməmişəm.. nədənsə yadıma gəlmir.. o vaxtlar ailədə uşaq çox, insanlar da biraz "skromnı" idilər, belə şeylərə çox da baş qoşmazdılar.. Bir də ki, mən faktik olaraq aprelin 26-da günortadan sonra saat 4-də dünyaya gəlmişəm.. o vaxt ailmizdə 4 bacı- 1 qardaş olduğundan mənim dünyaya gəlişim hamının sevincinə səbəb olub- axı qardaşa qardaş lazımdı.. hər aprelin 26-da evdə dilucu təbrik edərdilər məni.. təbii ki tərif söyləməzdilər.. sadəcə "böyük oğlan olasan, oxuyub adam olasan!".. heç vaxt pasportumda doğum günümün 5 may yazılnmasının fərqində olmamışam.. tələbə vaxtı da ad günlərinə məhəl qoymamışam.. İlk dəfə 5 mayda ad günümün qeyd olunması bir maraqlı və ağrılı hadisəylə bağlıdır..
1984-cü il 5 may.. Buynuz məktəbində müəllim işləyirdim. Rayon təhsil şöbəsindən müəllimlərin pasportlarının yığılması və bəzi məlumatların qeyd olunması tapşırılmışdı.. Məktəbdə də sənədləşmə işlərində həmişə öndə və fəal olmuşam.. Bəli.. mayın 5-də pasportları yığıb məktəb direktoru rəhmətlik Bəhrəm müəllimgilə gəldik.. "Dolma, üstündən dovğa" menyusundan sonra pasportlarla işləməyə başladıq. Birdən Bəhrəm m sevincdən uşaq kimi qışqıraraq məni qucaqladı, öpdü və dedi "Ağayev, səni təbrik edirəm, bu gün 25 yaşın tamam olur".. çaşıb qaldım- hələ bu vaxta qədər pasportumda hansı doğum tarixinin qeyd olunduğunu bilmədiyimdən dedim "Ay Bəhrəm m, ad günüm aprelin 26-dadır".. Direktor isə pasportu sübut kimi mənə göstərərək dedi "Yaxanı bizim əlimizdən qutara bilməzsən, get hazırlıq gör, axşam sizdəyik".. İlişdim.. əlacım qalmadı.. Buynuzda Musa Yaqubub dədə-baba eviylə qonşuluqda- Vəzifə nənəgildə kirayədə yaşayırdım.. Axşama hazırlıq gördük, müəllim yoldaşlar yığıldılar, gecə 1-dək yeyib içdik.. O vaxt evdə kolyaskada 6 aylıq oğlum Xəyyam yatmışdı. Qonaqlar dağılışdılar, onları qapıdan ötürüb geri qayıdanda yuxuda olan körpədən bərk qışqırıq eşidildi- Xəyyam aramsız ağlayıb qışqırmağa başladı.. gördük ki, bağırsaqları və qarnı şişməyə başladı. Bu an bərk yağış başladı. Uşağı rayona aparmağa heç bir maşın tapmadım.. işlər tərs gətirmişdi. Telefonla rayondan təcili yardım çağırdım- bəxtimdən telefon xətləri işləyirdi. Çıxdım küçəyə- gur yağışın altında islanaraq təcili yardım maşınını gözlədim.. nəhayət gəldi.. və uşağı tez götürüb rayon xəstəxanasına apardıq.. növbətçi həkim baxıb dedi ki, təcili əməliyyat olunmalıdır. Cərrah da yox idi, evdəydi.. gecə saat 4-də mərhum Əkrəm Mirzəyevi evindən oyadıb gətirdik xəstəxanaya.. artıq güclü yağış və küləkdən işıqlar da sönmüşdü.. xeyli tərəddüddən sonra motoru qoşub əməliyyata başladılar, dedilər ki biraz da gecikdirsək uşağın bağırsaqları partlayacaq və zəhərlənəcək.. Xəyyamı apardılar əməliyyat otağına. mən isə 25 illik yubiley konyakının təsiri və başdan ayağa yağışdan islanmış halda cücə kimi titrəyirdim.. həm həyəcan.. sarsıntı.. və ad günümdə gözlənilməz acı sürpriz.. Çox şükürlər- əməliyyat səhərə yaxın uğurla başa çatdı.. və uşaq 10 gündən artıq xəstəxanada yatdı.. və ilk 5 may ad günüm belə "daşa dəydiyindən" daha heç vaxt bu tarixi yada salmaq istəmirdim.. yalnız 25 il sonra- 2009-cu il mayın 15-də İsmayıllı ziyalılarının təşəbbüsü və təşkilatçılığı ilə 50 illik yubileyim keçirildi. Ziyalı məclislərini təşəbbüskarı və təşklitaçısı TƏRANƏ qardaşımın böyük zəhməti və səyilə bu məclis alındı..Musa Yaqub, Baba Vəziroğlu, Novruz Aslan, Şeyx Əbdül, Rəsul Səfərov, Alçın Şirinzadə, Bəhruz Mahmudov, müəllim və jurnalist həmkarlarım və başqa ziyalılarımız iştirak edirdilər.. Gözəl mahnılar ifa edildi. Elnarə Abdullayeva, Bəyimxanım Mirzəyeva (Vəliyeva), Aytən Məhərrəmova, İsmayıl Abbasov, İsmət İsmayıllı və s.s. Aparıcı da dostum Pünhan İsmayıllı.. Bəli- yaddaşımda iz qoyan ən "böyük" ad günüm o oldu..
5 may 2014-cü il.. Günortaya yaxın Musa Yaqub mənə zəng elədi, dedi "Xeyrulla, mən uzun illər qəzet baş redaktoru, jurnalist işləmişəm, hər il 5 may mətbuat günü bayram eləmişik. O vaxt elə bilirdim ki, bunu K.Marksa, "Pravda" qəzetini yaranışına görə ediblər, ancaq indi başa düşürəm ki,sənin ad gününə görə mətbuat günü elan ediblər, biliblər ki sən adda bir jurnalist gələcək dünyaya"...)) və mənə təklif elədi ki. gəl "ŞIR-ŞIR"a, orda biraz şır-şır edək.. sənin ad gününü özüm keçirəcəm.. və çox gözəl Söz və musiqi çələngli xudmanı ad günü keçirdik.. Sonrakı illərdə də Famil Bağıyev, Pünhan İsmayıllı. Simran Həsənov ad günümü təşkil edib qeyd ediblər.. ömrümə xoş anlar bəxş ediblər.. və AD GÜNÜ- yaşanmış ömrə boylanış məqamı olduğundan bu gün 5 may xatirələrimi sizlərlə bölüşdüm- ey sevimli dostlarım, sirdaşlarım. silahdaşlarım (hərçənd heç vaxt silahdan istifadə etməmişəm)- Sizlərə minnətdaram bu günümü mənalandırdığınıza görə, ovqatıma xoş rəng qatdığınıza görə.. Bütün təbrik edən və etməyənlərə səmimi minnətdarlığımı çatdırıram- hansı gün olmasından asılı olmayaraq- hər zaman birgə olaq.. həmrəy olaq.. DOST olaq.....

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ