ADU-da Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan beynəlxalq simpozium keçiriləcək

Tarix:4-05-2022, 04:37 Baxış Sayı:17 Kateqoriya:gundem / cemiyyet

6-8 may tarixlərində Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçiriləcək.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edir. Bəllidir ki, germanistika da, digər filoloji elmlər kimi, XIX əsrdə alman dili və ədəbiyyatı üzrə milli elm kimi yaranmışdır. 1951-ci ildə Florensiyada Germanistika üzrə Beynəlxalq Assosiasiyasının (IVG) yaradılması ilə bir vaxtlar yalnız milli fənn olan Alman Filologiyası sonralar beynəlxalq aləmə açılmış, onunla birlikdə dünyanın bir çox ölkələrində mədəni transfer proseslərinə həsr olunmuş tədbirlər təşkil edilmişdir. Belə tədbirlərin davamı kimi Bakıda keçirilməsi planlaşdırılan simpozium da bu mövzunu həm metodologiya, həm də məzmun baxımından əlaqələndirilməsi nəzərədə tutulur. Artıq Avropa və Asiya arasında körpü olan Qafqazda orta əsrlərdən bəri müxtəlif mədəni mediada özünü göstərən bütün transfer proseslərinə nəzər salmağın vaxtıdır. Bu akademik problem Almaniyanın timsalında Avropa, Azərbaycanın timsalında isə Qafqaz ölkələri arasında daha yaxşı qarşılıqlı anlaşma üçün mədəni körpü kimi xüsusi əhəmiyyət kəsb edir. Bu məsələ Avropa ilə postsovet ölkələri arasında etimadın son illərdə bir qədər zəifləməsi fonunda daha da aktuallaşır.

Simpoziumun mövzuları aşağıdakılardır:

Post-Sovet dövründə Azərbaycan-Avropa əlaqələri yeni kontekstdə: “Heydər Əliyev və multikulturalizm”

Eposlar və epik şeirlər: “Kitabi-Dədə Qorqud” dastanının; Nizami yaradıcılığının; Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan“ dastanının almandilli ölkələrdə resepsiyası; “Nibelunqlar nəğməsi və onun Qafqazda interpretasiyası.” Şərq və Qərb nağıllarında (əsasən heyvanlar haqqında olan nağıllar) paralellər və kəsişmələr.

Səyahətnamələr xalqların tanışlığı üçün vasitə kimi: Johannes Schiltberger: “Osmanlı İmperatorluğunda bir kölə olaraq” (1394-1427), Fridrix Martin von Bodenştedt: “Şərqdə min bir gün” (1850), Melanie Krebs “Bakıdan Batumiyə. Əsəd bəy ilə Qafqaz səyahəti” (2018) və s.

Ədəbiyyatda didaktik janrlar: “Barlaam və Josaphat, tərcümələr vasitəsilə Avropaya mübadiləsi.”

“Friedrich Martin von Bodenştedt (1819-1892) tərəfindən Qafqaz ədəbiyyatının almancaya tərcümələri.” “Almandilli ədəbiyyat və Qafqaz. ““Bədii tərcümə və transmilli proseslər.“

Mədəniyyət miqrasiyası prosesləri və nümunələri: “Almanların Azərbaycanda məskunlaşması və üzümçülük” Alman sənayəçiləri Azərbaycanda. Alman memarları Azərbaycanda. Qərbi-xristian adətləri Gürcüstanda; “Ədəbi və mədəni mübadilə şəbəkəsində faktor olan fərdi şəxslər (Əsəd bəy, Qurban Səid təxəllüslü almandilli yazıçı - Lev Nussimbaum və ya Y.V. Çəmənzəminli) nümunəsində.”

Simpozium bitdikdən sonra məruzələrin məqalə formatında nəşr olunması da planlaşdırılır. Simpoziumun işçi dili – Azərbaycan, alman, ingilis və rus dilləridir.

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ