"Tüpürüm bunların hamısına, kim ola bilər, deyə bilmərəm" - Novruz Məmmədovdan ŞOK AÇIQLAMA

Tarix:24-04-2022, 00:25 Baxış Sayı:18 Kateqoriya:gundem / cemiyyet

"Tüpürüm bunların hamısına, kim ola bilər, deyə bilmərəm" - Novruz Məmmədovdan ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsi Qasımın kiçik toyu olub. Çoxdandır görünməyən N.Məmmədovun nəvəsinin kiçik toyundan görüntülərinin yayılması müzakirələrə səbəb olub. Kiçik toy məclisi Bakıda bahalı restoranlardan birində keçirilib. DİA.AZ xəbər verir ki, keçmiş Baş nazir Novruz Məmmədov müzakirələrə səbəb olan nəvəsinin toyundakı görüntülərlə bağlı Manset.az-a müsahibə verib. O bununla bağlı sərt açıqlama verərək həmin kadrların ondan xəbərsiz çəkildiyini bildirib.

- Novruz müəllim, həmin görüntüləri kim lentə alıb?

- Mən bilmirəm o gürüntüləri kim yayıb. Nəvəmin kiçik toyudur, məni də qızım gil dəvət edib, getmişəm. O görüntüləri kim yayır, kim bu barədə danışır, o adamların ürəyinə dərd düşsün, cəzasını çəksinlər. Getmişəm, yaxşı eləmişəm, nəvəmdir, mən eləməmişəm o toyu, qızım gil ediblər, mən də getmişəm. Hansısa alçaxlar çəkib bunu ötürüblər. Şəxsiyyətsizlər də başlayıb müzakirə etməyə. Mən heç maraqlanmıram da bunu yayanlar kimdir, kim paylaşıb?


- Novruz müəllim ola bilərmi bunu sizi istəməyənlər qəsdən yayıb?

- Yox, ola bilməz, bunu məclisdə iştirak edən adamlardan yayıblar. Mənim heç kimə pisliyim keçməyib. Onlar da məclisi əvvəlcə keçirib, sonra pulunu ödəyəcəkdilər. Belə şərt olub ki, dedilər camaat gəlib etsə, pul yığılar, sonra ödəyərik. Həmin adamlarla qızım gil yaxındır.

- Bəs bu hansısa məmurun sifarişi ola bilərmi?

- Yox, o ola bilməz, inanmıram. Mən öz nəvəmin toyunda iştirak edə bilmərəm? Bizim insanlar hazırda müzakirə etmək üçün mövzu axtarır, cəhhənnəmə axtarsınlar. Tüpürüm bunların hamısına, kim ola bilər, deyə bilmərəm. Kim nə istəyir eləsin. Birinin kişiliyi varsa, desin mən eləmişəm.”

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ