“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat

Tarix:27-05-2022, 10:43 Baxış Sayı:44 Kateqoriya:gundem / cemiyyet

“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Paşinyan Moskva səfərindən sonra bəyan etdi ki, Qarabağ ermənilərinin razılığı olmadan heç bir sülh sazişinə imza atmayacaq. Bürüssel razılaşmasından sonra onun mövqeyində baş verən dəyişikliyə münasibətiniz necədir?

- Bürüsseldə Paşinyanla İlham Əliyevin görüşündən öncə mətbuata söyləmişdim ki, bu səfər yalnız Ermənistanın ifşası baxımından əhəmiyyətlidir. Ermənistan forpost ölkə olduğundan onunla hər hansı razılığın əldə olunmasının əhəmiyyəti yoxdur. Sonda Kremlə çağırıb qulaqlarını buracaqlar və bununla da hər şey bitəcək. Ermənistan Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalamağa hazırlaşanda o zamankı prezident Serj Sarkisyan Kremlə çağrıldı və bu gün Paşinyanın qulağını burduqları kimi onun da qulağını burdular, assosiativ saziş də getdi cəhənnəmə. Bürüssel səfərindən sonra Paşinyanın “Ermənistan bundan sonra qurbanlıq qoyun olmayacaq” kimi başından böyük bəyanatı yalnız özü kimi pirimitiv insanlar tərəfindən ciddi qəbul oluna bilərdi. Bunu Avropa İttifaqında da bilirlər, amma erməni diasporuna yarınmaq üçün mənasız vasitiçəlik missiyalarından əl çəkmək istəmirlər. Biz Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək istəyiriksə Rusiya ilə danışıqları davam etdirməliyik. Ermənistan arxasında Rusiya barmağı olan kukladır. Paşinyanın Moskvaya son səfəri bir daha təsdiq etdi ki, Rusiya Ermənistanın Türkiyə və Azərbaycanla sülh sazişi imzalamasında və münaqişəyə son qoyulmasında maraqlı deyil. 44 günlük savaşdan sonra atəşkəs barədə üçtərəfli 10 noyabr sazişində bəzi vacib məsələlərin öz əksini tapmaması və Putinin bu barədə “Qarabağ ermənilərinin statusu məsələsini gələcək rəhbərlər həll edəcək” tipli ilk açıqlaması da münaqişənin dondurulacağının anonsu idi. Biz Rusiyanı etnik seperatizmi dəstəkləməməyə, müttəfiqlik münasibətlərinə sadiq qalmağa, bu yalnış mövqedən imtina etməyə çağırmalıyıq. Ermənistan Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını tanıyıb sülh sazişi imzalamayacağı təqdirdə Rusiya sülhməramlılarının ölkəmizdə qalma müddətini uzatmayacağımızı indidən bəyan etməliyik. Rusiyanı əmin etməliyik ki, münaqişəni uzatmaqla bölgədə hərbi mövcudluğunu qoruyub saxlayacağını düşünürsə, bunun ağır siyasi nəticələri olacaq, dövlətlərarası münanisətlər bundan cidii zərər görəcək.

- Belə bir vəziyyətdə Ermənistana qarşı hansı addımları ata bilərik?

- Paşinyanın son açıqlaması vaxtilə Şuşada sərxoş vəziyyətdə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatına oxşayır. Ona görə də Ermənistanla bütün digər məsələlər barədə, xüsusilə təhlükəsizlik, delimitasiya və kommunikasiyaların açılması istiqamətində danışıqlar dayandırılmalı, yalnız sülh danışıqları apara biləcəyimizi bəyan etməliyik. Sülh sazişinin imzalanması üçün son müddət müəyyən olunmalıdır. Əks halda Ermənistan regionda geosiyasi vəziyyətin nə vaxtsa onların xeyrinə dəyişəcəyinə ümid edərək, havadarlarının vədlərinə inanaraq danışıqları sonsuzluğa qədər uzatmağa çalışacaq, Paşinyanın dili ilə desək “qurbanlıq qoyun” statusundan imtina etməyəcək.
Ermənistan birinci Qarabağ savaşı zamanı Sədərək istiqamətində 1.5-2 km bizim torpaqlara soxulub. Həmin torpaqları işğaldan azad etməyə dair çağırışlarımıza Ermənistan bu günə qədər əhəmiyyət vermir. İlk növbədə həmin əraziləri işğaldan azad etməliyik. Azərbaycan Rusiya ilə yanaşı, təbii müttəfiqimiz olan Türkiyə ilə də ciddi müzakirələr aparmalı, Ermənistana təzyiqləri artırmalıdir. Biz diplomatik müstəvidə də fəaliyyətimizi gücləndirməli, Ermənistanın baş tutmamış kukla “dövlət”, kimlərinsə əlində bölgəni qana bulayacaq alət olduğunu beynəlxalq birliyə çatdırmalıyıq. İlham Əliyev Şuşadakı son çıxışında bəyan etdi ki, bizim təqdim etdiyimiz, beynəlxalq hüquq normalarına əsaslanan 5 bənddən ibarət sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistan növbəti səhvə yol verməməli, Azərbaycan Respublikası Prezidentinın çıxışını ciddi qəbul etməlidir.

- Ukraynadakı son vəziyəti necə qiymətləndirirsiniz?

- ABŞ Prezidenti Baydenin və digər Qərb liderlərinin açıqlamaları göstərir ki, onlar hazırda Ukraynanın tam işğalını qəbul etməsələr də, bu ölkənin qismən işğalı ilə de-fakto barışıblar. Sonda Qərb ölkələri Ukraynanı güzəştə getməyə məcbur edəcək. Kiyevə hücumun dayandırılmasını, qarşılığında Ukraynaya güclü silahların verilməməsini də bu istiqamətdə aparılan gizli danışıqların nəticəsi hesab edirəm. ABŞ-ın İkinci dünya müharibəsi zamanı SSRİ-yə verdiyi 160 milyard dollarlıq yardımla (bura 12 min zirehli texnika və bir o qədər də döyüş təyyarəsi daxildir) hazırda Ukraynaya etdiyi köməyi müqayisə etməklə hər kəs buna əmin ola bilər. Rusiyaya güzəştlərə etiraz edə biləcək “Azov” batalyonun Mariopolda mühasirədən çıxarılmasına cəhd edilməməsini də daha çox bununla əlaqələndirirəm. Möcüzə baş verməsə, Ukrayna Qərbin dəstəyindən asılı olduğu üçün onların dediklərini yerinə yetirib Rusiyaya güzəştə getməli olacaq.

- Möcüzə nə ola bilər?

- Misal üçün Bayden hakimiyyətdən gedir və yerinə Rusiyadan çəkinməyən güclü bir lider gəlir. Yaxud, Rusiyada hakimiyyət dəyişikliyi baş verir və yeni lider Ukraynanın ərazi bütövlüyünü tanıyır və Ukrayndan qoşunları çıxarır.

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir