Ovcumuzun içindəki Xankəndiyə nə qədər MƏSAFƏ VAR? - HƏQİQƏTƏN DƏ...

Tarix:27-04-2022, 23:08 Baxış Sayı:24 Kateqoriya:gundem / cemiyyet

Ovcumuzun içindəki Xankəndiyə nə qədər MƏSAFƏ VAR? - HƏQİQƏTƏN DƏ...

“Növbəti ildə Azərbaycan Xankəndi üzərində yuridiskiyasını bərpa edə bilər”. DİA.AZ xəbər verir ki, bu barədə “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Siyasi şərhçi bildirib ki, Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən Azərbaycan və Ermənistan arasında danışıqlar müsbət nəticə verir: “Bu, Azərbaycanın diplomatik və siyasi uğurudur. Görüşün nəticəsi olaraq Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə 30 ildir ki, erməni cəmiyyəti və siyasi elitası üçün qəbul ediməyən ciddi mesajlar verməsi göstərir ki, İrəvan üçün əsas çıxış yolu Azərbaycanla normal əlaqələr qurmaq və Qarabağ iddialarından əl çəkməkdir.

Artıq Ermənistan Azərbaycanla Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsində müzakirə edəcək. Demək olar ki, rəsmi İrəvan “status” məsələsindən geri çəkildi. “Artsax respublikası”nın Ermənistan üçün bitdiyi vurğulandı. Ermənistan Beynəlxalq müstəvidə bu məsələni müzakirə etməyəcək. Hazırda Qarabağdakı bir qrup separatçılar Moskvaya üz tutub. Rusiyanın bir qrup separatçılara görə, Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirməsi Kreml üçün ağılsız olar və proseslər əleyhinə işləyə bilər. Rusiyada reallıqları qəbul etmək məcburiyyətindədir. Moskva Minsk qrupundakı nümayəndəsini Ermənistan və Azərbaycan arasında əlaqələr üzrə təyin etsə də proseslər Brüssellə davam edəcək. Moskvanın fəaliyyəti pozuculuq xarakterli olduğu üçün Bakı və İrəvan Moskvadan məsafəli davranacaq”.

Analitikin fikrincə, Paşinyanın Rusiya səfəri öncəsi parlamentdə çıxışını Moskvaya mesaj kimi xarakterizə etmək olar:

“Məhz parlamentdə Rusiyanın Qarabağla bağlı təklif etdiyi siyasətini Paşinyan qəbul etməyəcəyi anonsunu verdi. Bundan sonra, Rusiya və Ermənistan arasında münasibətlər gərgin müstəviyə keçir. Təbii ki, Moskvanın təzyiqləri fiaskoya uğrayır. Azərbaycanla Ermənistanın sülh bağlaması bu ölkəni Rusiyanın forpostu olmaqdan xilas edəcək.

Bunu dolayı yolla Paşinyan erməni cəmiyyətinə ötürdü. Qarabağdakı separatçıların sonu yaxınlaşır. Onların Rusiyaya “birləşməsi” kimi çağırışları ciddi əhəmiyyət kəsb etmir.

Azərbaycan Rusiyanın da Qarabağ planını pozur. Ermənistanla sülh müqaviləsi bağladıqdan sonra Xankəndidə Azərbaycanın suverenliyi bərpa ediləcək. Araik Arutyunyan və onun ətrafında olan separatçıların yaxın müddətdə Qarabağı tərk etməsi istisna deyil.

Prezident İlham Əliyevin bu istiqamətdə siyasəti öz müsbət məntiqi ilə davam edir. Regionda yeni geosiyasi reallıqlar Azərbaycanın maraqlarına uyğun olaraq həyata keçirilir”.

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ