Yeni buraxılacaq manatın üzərində kimin imzası olacaq? - ARAŞDIRMA

Tarix:25-04-2022, 17:50 Baxış Sayı:25 Kateqoriya:gundem / cemiyyet

Yeni buraxılacaq manatın üzərində kimin imzası olacaq? - ARAŞDIRMA

Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2005-ci il tarixli "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanına uyğun olaraq 2006-cı ildən etibarən tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb. Eyni zamanda, 1 yeni Azərbaycan manatı 5 000 manata bərabər tutulmaqla denominasiya olunub.

Beynəxalq ISO kodu 994 olan və 4 pilləli mühafizə sisteminə malik Azərbaycan manatı vahid konsepsiya əsasında hazırlanıb və dizayn mövzusu "Müstəqil Azərbaycan" müəyyən edilib. Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və Avropa ailəsinə inteqrasiyasını təzahür edir.

2006-cı ildə buraxılan yeni pul nişanları, əvvəlkilərdən fərqli olaraq həm də öz üzərlərində Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin imzasını daşıyır. İndiyədək manatın üzərində 1995-ci ildə bəri AMB-nin sədri olmuş Elman Rüstəmovun imzası olub.

Bu yaxınlarda Elman Rüstəmovun vəzifəsindən azad edilməsi və AMB-nin sədri vəzifəsinə Taleh Kazımovun təyin edilməsi müəyyən suallar doğurub. Bu suallardan biri tədavülə yeni buraxılacaq əskinaslarda yeni sədrin imzasının olub-olmayacağıdır. Bəzi vətəndaşlar isə hətta daha da uzağa gedərək üzərində Elman Rüstəmovun imzası olan manat əskinaslarının etibarlı sayılıb-sayılmayacağı barədə suallar səsləndirirlər.

İmza məsələsində Avropa İttifaqının ümumi pul vahidi avroya nəzər salmaq lazımdır. 1999-cu il yanvarın 1-də təqdim edilmiş və 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar kimi dövriyyəyə buraxılmış avronun dizaynının müəllifi Robert Kalina, həm də manatın dizaynının müəllifidir. Manat və avronun dizaynında hətta metal pulların müəyyən oxşarlığını bununla izah etmək olar.

Analoji olaraq avro əskinaslarının da hər birində Avropa Mərkəzi Bankının prezidentlərinin imzası həkk olunub. Birinci seriyada - 2003-cü ilin noyabrından 2012-ci ilin martına qədər çap edilmiş əskinaslarda Avropa Mərkəzi Bankının ikinci prezidenti Jan-Klod Trişenin imzası var. 2012-ci ilin martından sonra çap edilən əskinaslarda bankın üçüncü prezidenti Mario Draqinin imzası yer alır. 2020-ci ildən etibarən isə yeni prezident Kristin Laqardın imzası tədricən dövriyyəyə daxil olan əskinaslarda görünməyə başlayıb.

Beləliklə, xarici təcrübəni və digər faktorları nəzərə alaraq bu qənaətə gəlmək olar ki, AMB-nin tədavülə buraxdığı yeni əskinaslarda bankın yeni sədri Taleh Kazımovun imzası olacaq. Manatın etibarlılığına gəldikdə, qanunvericiliyinə uyğun olaraq, Azərbaycan manatı ölkədə yeganə qanuni ödəniş vasitəsidir və mülkiyyət formasından asılı olmayaraq bütün idarələrdə, müəssisələrdə və təşkilatlarda heç bir məhdudiyyət qoyulmadan qəbul edilir.

Qeyd edək ki, bu məsələ ilə bağlı "APA-Economics"in sorğusuna AMB-dən bildirilib ki, rəsmi məlumat yaxın vaxtlarda təqdim olunacaq.

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ