“Moskvadan Ural dağlarına qədər boş ərazisi var, əgər Rusiya erməniləri belə çox istəyirsə...” - HƏQİQƏTƏN DƏ...

Tarix:27-04-2022, 23:09 Baxış Sayı:45 Kateqoriya:gundem / cemiyyet

“Moskvadan Ural dağlarına qədər boş ərazisi var, əgər Rusiya erməniləri belə çox istəyirsə...” - HƏQİQƏTƏN DƏ...

“Hələ iki il bundan öncə Putinə demişdim ki, niyə qoçuluq edirsən. Rus xalqı yaxşı xalqdır, amma bir az şovinistdirlər. Onlar özlərini yüksək irq, bizləri isə 2-ci, 3-cü yerdə hesab edirlər. Rusiya işğalçı bir dövlət kimi ad qazanıb. Çünki xəritəyə baxsan, dünyanın üçdə biri qədəri Rusiyanındır. O dövləti almaq, yəni bu başından girib o başından çıxmaq qeyri-mümkündür. Onunla heç kəs bacarmaz. Ona görə də nə istəsə, onu da edirlər”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov Qarabağ probleminin artıq bitdiyini və ermənilərin bunu dərk etmələrinin vacibliyini vurğulayıb:

“Burda rus xalqının günahı yoxdur, onların başına gələn rəhbərlər ifrat dərəcədə pis və işğalçıdırlar. Rusiya Ukraynaya hücum etməklə çox düşünülməmiş bir addım atdı. Əgər belə davam edərsə, Rusiyanın özünün də sonu ola bilər. İndi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çalışır ki, bu iki dövləti barışdırıb, müharibəni dayandırsın. Əgər barışıq olmasa, Rusiya parçalana bilər, yəni bu da qaçılmazıdır.

Rusiya 1828-ci ildə İrəvan şəhərimizi bizdən alıb Yerevan etdi və ermənilərə verdi. Təbrizə qədər bizim ərazi idi, onu da İrana verdi. Dəmir Qapı Dərbəndə qədər özü götürdü. Borçalını Gürcüstan götürdü. Göyçə gölünün ətrafını da bizdən alıb erməniyə verdi. Bizim sərhədlərimizdə öz torpağımızdan başqa digər dövlətin torpağı yoxdur. İndi də Qarabağdan çıxmaq istəmir. Rusiya bilməlidir ki, məcbur iş olmur, dövran o dövran, millət o millət, Azərbaycan əvvəlki Azərbaycan deyil. Onlar bunu bilib başa düşməlidirlər. Bizim yolumuz birbaşa türkə doğru olmalıdır. Yolumuzu çaşmayaq, biz Türkiyənin, Türkiyədə Azərbaycanın yanındadır. Biz bir dövlətik.

Ermənilər isə çaşıblar. Onlar elə bilir ki, Rusiya hakimiyyəti bunların dostudur. Mənim dövlətimdə özbaşınalıq da, rüşvətxorluq da, korrupsiya da var, amma onunla bərabər mənim dövlətim var. Dövlətimi onlara heç vaxt qurban vermərəm. Biz hamımız bu dövləti qorumalıyıq, borcumuzdur. Qarabağ məsələsi bitib, bunu Putin də, bütün dünya da anlamalıdır. O torpaqlar bizimdir. Ermənilər bizim vətəndaş kimi yaşamaq istəyirlərsə, yaşayacaqlar, amma bunu qəbul etmirlərsə, çıxıb torpaqlarımızdan rədd olub getsinlər. Moskvadan Ural dağlarına qədər Rusiyanın boş əraziləri var. Əgər erməniləri belə çox istəyirsə, onları aparıb orda bir balaca dövlət qursun və həm yaşasınlar, həm də o torpaqları becərsinlər. Bizim torpağımızda heç kim özünə dövlət qura bilməz”.

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ