Avropada qurulan masada sülh sazişi ilə bağlı razılaşma olacaqmı? - Diqqətlər Brüsselə

Tarix:25-04-2022, 17:50 Baxış Sayı:41 Kateqoriya:gundem / cemiyyet

Avropada qurulan masada sülh sazişi ilə bağlı razılaşma olacaqmı? - Diqqətlər Brüsselə

Bu gün Brüssel şəhərində Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüşdə təfərlərin yekun sülh sazişi, nəqliyyat-kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, humanitar məsələləri ətraflı müzakirə edəcəyi gözlənilir. Ermənistan hökumətinin başçısı deyib ki, o, sülh danışıqlarının başlanması məsələlərini Azərbaycan Prezidenti ilə razılaşdırmaq niyyətindədir.

Qeyd edək ki, bu, Aİ-nin təşəbbüsü ilə liderlər arasında keçirilən 3-cü görüşdür. Bundan əvvəl Əliyev və Paşinyan arasında görüş Aİ Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə ötən ilin dekabrında Brüsseldə keçirilmişdi. İkinci görüş isə videoformat şəklində Mişel və Aİ-nin dönəm sədri olan Fransanın Prezidenti Emmanuel Makronun iştirakı ilə bu ilin fevralında baş tutmuşdu.

Azərbaycan və Ermənistan liderlərinin bu gün keçirilməsi planlaşdırılan görüşü ilə bağlı mühüm bəyanat gözlənilir. Bu barədə Polşanın Ermənistandakı səfiri Pavel Çeplak dünən İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bəyanatı ATƏT-in Vyanadan olan mətbuat katibi səsləndirəcək.

“Razılığa əsasən, ilk bəyanatı ATƏT nümayəndəsi verəcək və ümid edirəm ki, o, müsbət olacaq. Bu mərhələdə nəsə vəd etmək qeyri-real olardı. Gəlin, bəyanatı gözləyək”, - deyə diplomat qeyd edib.

Səfir Azərbaycan və Ermənistan liderləri arasında danışıqların gündəliyində duran məsələlər barədə məlumat verməyib. Dia.az xəbər verir ki, siyasi icmalçı Asif Nərimanlı görüşlə bağlı proqnozlarını AYNA-ya müsahibəsində bölüşüb. Analitik bildirib ki, bu görüşdə böyük ehtimalla gündəmə gələcək əsas məsələlərdən biri ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyətidir:

- ATƏT sədrinin Bakı və İrəvana səfərləri də bununla bağlı müzakirələrin getdiyini deməyə əsas verir. Ermənistan tərəfi sülh sazişinin imzalanması ilə bağlı Minsk Qrupuna müraciət edib. Rəsmi İrəvan bu formatın bərpasına və bununla Qarabağdakı ermənilərin “status”, yaxud “öz müqəddəratını təyin etməsi” üçün hansısa nəticəyə nail olmağa çalışır. Minsk Qrupunun gələcək fəaliyyəti ilə sülh sazişi məsələsi bir-birinə bağlıdır. Brüsseldə sülh sazişinin müzakirə olunacağı gözləntisi var. Lakin Bakı və İrəvanın mövqeyindəki fərqliliklər prosesin asan olmayacağını göstərir.

- İrəvandan müsbət mesajlar verildiyi məlumdur. Paşinyan sülhə hazır olduğunu bildirdi. Brüsseldə sülh istiqamətində ciddi razılıq əldə oluna bilərmi?

- Prosesin görünməyən tərəfini anlamaq üçün sülh sazişinə yaxın durmayan Ermənistanın mövqeyində “U” dönüşü etməsinə, sülh müqaviləsinin tez imzalanmasını gündəmə gətirməsinə baxmalıyıq. Bakı İrəvana sülh sazişi ilə bağlı 5 maddədən ibarət baza prinsipləri təqdim edib, təbii ki, buraya Qarabağ məsələsi daxil deyil. İrəvan qeyd etdiyimiz kimi, “status” məsələsini danışıqlara əlavə etmək niyyətindədir. Mümkündür ki, Ermənistan rəhbərliyi buna Avropa masasında nail ola biləcəyini düşünür.

Birincisi, “status” məsələsini Qərbdə daha çox gündəmə gətirirlər. Sülhməramlı kontingentlə bölgədə təmsil olunan Rusiya bu məsələni “sonraya” saxlayır. İkincisi, “status” həm də Minsk Qrupunun bərpasından keçir. Müharibədən sonra Rusiya Minsk Qrupunun postmünaqişə dövrü ilə bağlı işləməsi mövqeyinə üstünlük verirdi və bu, Azərbaycanın mövqeyinə yaxındır. Bu baxımdan, Minsk Qrupunu “diriltmək” istəyən Ermənistan tərəfi bununla “status”u da “diriltmək” istəyir. Müharibədən sonra İrəvan “Qarabağ münaqişəsi ərazi yox, hüquqi məsələdir” tezisini ona görə gücləndirdi ki, Azərbaycanla sülh sazişini bağlayaraq, ərazi bütövlüyünü tanısa da, Qarabağdakı ermənilərə “səlahiyyətlər” əldə edə bilsin.

Üçüncüsü, ötən ilin dekabrında keçirilən Brüssel görüşündə razılaşma Ermənistan tərəfinin Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılması istəyinə uyğun oldu. Görünür, İrəvan yenə eyni masada digər istəyinə nail ola biləcəyinə ümid edir.

Lakin bu, Bakının qəbul etməyəcəyi məsələdir və yəqin ki, ATƏT sədrinin Bakı səfərində Azərbaycanın mövqeyi izah edilib. Azərbaycan üçün Brüssel görüşü iki kontekstdə əhəmiyyətlidir. Birincisi, Qarabağ münaqişəsinin bitdiyinin Qərbdə bir daha qəbul edilməsidir. Brüsseldə keçirilən ilk görüşün yekun razılaşması buna müəyyən qədər nail olduğumuzu göstərdi ki, eyni mövqe masada yenə davam edəcək. İkincisi, Minsk Qrupunun taleyinin həll edilməsidir. Bakı Avropada izah etməlidir ki, bu format artıq işləmir, həmsədr ölkələr ayrı-ayrılıqda postmünaqişə dövrünə dair işlərlə, xüsusilə humanitar məsələlərlə məşğul ola bilərlər.

Bu baxımdan, sülh sazişi ilə bağlı ciddi irəliləyişin olacağı sual altındadır. Mümkündür ki, prosesin başlanması haqda ümumi bəyanatlar verilsin. Hərçənd, Rusiya faktoruna görə bunun praktikada necə işləyəcəyi də şübhə altındadır.

- Son görüşlər faktiki olaraq Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilir. Aİ-nin təşəbbüsü ələ aldığını söyləmək mümkündürmü?

- Aİ-nin aktivləşməsi həm Azərbaycan, həm də Rusiya üçün maraqlı məsələ idi. Çünki Bakı və Moskvanın gündəliyində eynilik təşkil edən azsaylı məsələlərdən biri Minsk Qrupu formatı ilə bağlıdır. Brüsseldə ilk görüş, Aİ-nin proseslərə qoşulması göstərirdi ki, bu, həm də Qərbdə Minsk Qrupu formatına alternativin meydana çıxmasına hesablanıb. Bölgədə iqtisadi maraqları olan Aİ də sülhdən yanadır. Lakin Ukrayna müharibəsi vəziyyəti müəyyən mənada dəyişdi. Həm Qərblə Rusiyanın münasibətləri dəyişib, həm bu iki tərəfin hansısa məsələni müzakirə etməsi üçün eyni masada əyləşməsi çətinləşib, həm də Moskvanın diqqətinin Ukraynaya yönəlməsi Cənubi Qafqaza dair müzakirələrdə boşluqlar yaradıb. Mümkündür ki, Aİ bu boşluqdan istifadə etmək və təşəbbüsü ələ almaq niyyətindədir. Aktivliyin əsas səbəbi də Aİ-yə hazırda sədrlik edən Fransadır. Makron bununla müharibədən sonra uzaq düşdüyü Cənubi Qafqaza qayıtmağı, həm də Rusiya qarşısında əlini gücləndirməyi düşünür. Bu proses Azərbaycan üçün məhz Qarabağın “statusu” mövqeyi baxımından riskli görünür.

- Aİ-nin aktivliyinə Rusiyanın reaksiyası necə olacaq?

- Rusiya artıq reaksiyasını göstərib. Putinin Əliyev və Paşinyanla telefonda 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarının bütün bəndlərinin icrasını müzakirə etdi. Bununla Rusiya tərəflərin razılaşmalara sadiqliyini təsdiqləyir və mesaj verirdi ki, bölgədə “son sözü mən deyirəm”. Fikrimcə, Brüsseldəki mümkün razılaşmaların praktiki icrası çətindir. İlk görüşdəki razılaşma ilə bağlı da faktiki irəliləyiş yoxdur. Ermənistan tərəfi Zəngəzur dəhlizini icra etmədiyi üçün Azərbaycan İranla anlaşdı.

- Belə fikirlər var ki, Brüsseldə ciddi razılıq əldə olunmasa, Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər. Bu nə dərəcədə realdır?

- Qarabağda hazırda ermənilərin yaşadığı bütün ərazilərdə antiterror əməliyyatı mümkünsüzdür, çünki rus sülhməramlıları var və Bakı Moskva ilə münasibətləri kəskinləşdirəcək gediş etməz. Lakin Fərruxda olduğu kimi, ordumuzun öz suveren ərazilərimizdə dislokasiya yerlərini dəyişməsi, mövqeləri dəyişdirməsi prosesi istisna deyil və bu prosesdə Rusiya tərəfinin açıqlamalarla etiraz etsə də, praktikada neytral qalacağı da mümkündür. Brüssel görüşünə can atan əsas tərəf Ermənistandır və İrəvanın gündəliyi Rusiyanın gündəliyi ilə ziddiyyət təşkil edir. Sülh sazişinin Minsk Qrupuna həvalə edilməsi də belə nümunələrdəndir. Rusiya adətən bu cür dəyişkən mövqeləri cəzalandırır.

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ