Qazaxın kəndləri qaytarılır? – “Fərrux yüksəliyindən sonra...”

Tarix:2-09-2022, 01:15 Baxış Sayı:112 Kateqoriya:gundem / cemiyyet

Qazaxın kəndləri qaytarılır? – “Fərrux yüksəliyindən sonra...”

2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə bəyanatı ilə Qarabağ müharibəsi başa çatıb. Üçtərəfli razılaşmanın 2-ci bəndinə əsasən, Qazax rayonunun işğal edilmiş 7 kəndi də Azərbaycana geri verilməlidir. Azərbaycana qaytarılacaq 7 kənd Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləridir. Azad ediləcək kəndlərin 3-ü Azərbaycanın Ermənistandakı eksklavıdır. Bu eksklavlar Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Məlum sənədin qəbulundan xeyli müddət keçsə də, Qazaxın adıçəkilən kəndlərinin qaytarılması prosesi hələ ki baş tutmayıb. Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı "Sherg.az"a danışan əslən Qazaxdan olan araşdırmaçı jurnalist Sərxan Carçı bildirib ki, bu barədə müxtəlif şayiələr yayılır:

"Həmin ərazilərdə çox yaşayış yox idi. Fərrux yüksəliyinin nəzarətə götürülməsi olayından sonra durum fərqli oldu. Hər halda Qarabağda canlanma var, yəqin, bu canlanma Qazaxa da yansıyar. Anlaşmaya əsasən Qazaxın 7 kəndi qaytarılmalıdır”.

Milli Cəbhə Partiyasının sədr müavini, jurnalist Tural İrfanın sözlərinə görə, 10 noyabr bəyannaməsinin müddəalarına uyğun olaraq Ağdamla bərabər Qazaxın 7 kəndi də qaytarılmalı idi. Sadəcə ermənilər həmin ərəfədə müəyyən problemlər yaratdılar:

"Müddəada göstərilən Qazaxın kəndləri ikinci planda qaldı. Çünki əsas diqqət Qarabağa yönəlmişdi. Qazaxın kəndləri diqqətdən kənarda qalmayıb, lakin ləngimələr var. Orada bir neçə kənd anklav şəraitində olduğuna görə birbaşa azad edilməsi uzun prosesdir. Sanki Qarabağ məsələsinin kiçik formasıdır. Kəndlərindəki ermənilər də torpaqların onlara məxsus olmadığını bilirlər. Qazaxın kəndlərinə ermənilərin torpaq iddiası olmayıb. Sadəcə strateji yüksəliyinə görə götürüblər. Gedişat məsələnin 1-2 günün içində də həllini tap biləcəyini göstərir. Lakin sülhməramlıların həmin ərazilərdə yerləşdirilməsinin gündəmə gəlmə ehtimalı mövcuddur. Kəndlərin bir neçəsi anklav şəraitindədir, Ermənistan sərhədindən keçmək lazım gəlir. Əsas təhlükəsizlik məsələsidir. Azad etməyə qalsa, bir neçə günə həllini tapması mümkündür. Prezident İlham Əliyev Ermənistana sülh təklif etdi. Sülhün şərtlərindən biri sərhədlərin müəyyənləşməsidir. Məncə, bu səbəbdən Qazaxın kəndləri məsələsi aktuallaşmır. Bir var kəndbəkənd azadlığına qovuşsun, biri də var ki, Ermənistan sülh müqaviləsini imzalayaraq şərtsiz ərazilərdən geri çəkilsin”.

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA