Azərbaycanda onların sayı artır: - həm problemsizdir, həm də problemli

Tarix:27-04-2022, 23:09 Baxış Sayı:27 Kateqoriya:gundem / cemiyyet

Azərbaycanda onların sayı artır: - həm problemsizdir, həm də problemli

Havanın əsas çirkləndiricilərindən biri də nəqliyyatdır və ekoloji standartlara cavab verməyən çoxlu sayda avtomobillər respublikanın küçələrində gəzir. Amma irəliləyiş var və ekspertlərin dediyi kimi, 2019-cu ildən ölkənin avtomobil parkı 50%-dən çox yenilənib.

Son zamanlar Azərbaycana yeni, ekoloji cəhətdən təmiz avtomobillərin idxalının stimullaşdırılması ilə bağlı çox danışılır. Dövlət Gömrük Komitəsi (DGK) ekoloji təmiz avtomobillərin idxalının gömrük rüsumlarından tam azad edilməsi üçün hökumətə müvafiq sənədlər göndərib. Məlumata görə, bunu DGK-nın rəsmisi Tariyel Əlverdiyev deyib.

2022-ci il yanvarın 1-dən Azərbaycanda elektrik mühərrikli avtomobillərin satışı ƏDV-dən azad edilib. Bundan əvvəl Azərbaycanda elektrik mühərrikli avtomobillərin idxalı ƏDV-dən azad edilmişdi. Bundan başqa, istehsal müddəti üç ildən çox olmayan və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, habelə elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü dərəcəli doldurucuların idxalı 2022-ci il yanvarın 1-dən üç il müddətinə ƏDV-dən azad edilib.

Elektrik və hibrid avtomobillər üçün yaradılması nəzərdə tutulan müvafiq infrastruktur lazımdır. İlk növbədə, dayanacaqlarda və park etmə yerlərində mobil enerji doldurma stansiyalarının quraşdırılmasından söhbət gedir. Dia.az-ın məlumatına görə, nəqliyyat üzrə ekspert Eldəniz Cəfər AYNA-ya şərhində deyib ki, ekoloji cəhətdən təmiz avtomobillər üçün ƏDV-nin ləğvindən sonra ölkədə elektromobillərin sayı artmağa başlayıb: “Bu cür avtomobillərə verilən sifarişlərin həcmi də artır. Elektriklə işləyən avtomobillərin idxalı gömrük vergi və rüsumlarından tamamilə azad edilərsə, bu amil bu nəqliyyatı daha da əlverişli edəcək, yəni ona tələbat artacaq”.

Qeyd edək ki, beynəlxalq ekspertlər akkumulyatorların istehsalı üçün xammalın - nikel, litium karbonat, kobaltın maya dəyərinin artması səbəbindən yaxın gələcəkdə elektromobillərin qiymətlərinin artacağını proqnozlaşdırırlar. Bu, o deməkdir ki, bu cür avtomobillər çoxları üçün çox bahalı olmağa davam edəcək.

Lakin Cəfərin fikrincə, bu xammalın dünya miqyasında bahalaşması ölkəmizdə elektromobillərə tələbata mənfi təsir göstərməməlidir: “Çünki dövlət bu sahədə stimullaşdırıcı tədbirləri davam etdirəcək. Bundan əlavə, indi müxtəlif seqmentlərdə elektromobillər istehsal olunur və çox sərfəli qiymətlərlə seçimlər var”.

“Sürücülərin Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin sədri Fazil Məmmədovun AYNA-ya dediyinə görə, istehlakçının seçimi nə qədər çox olarsa, bir o qədər yaxşıdır: “Ölkədə elektromobillər üçün infrastruktur hələ kifayət qədər inkişaf etmədiyi üçün hibrid avtomobillər daha uyğun variantdır. Bundan əlavə, ölkəmizin qaz istehsalçısı olduğunu nəzərə alaraq, həm də avtomobil sahiblərini bu yanacaq növünə keçməyə təşviq etmək lazımdır, çünki bu, ekoloji cəhətdən çox təmizdir”.

Elektrik mühərrikli avtomobillərin alışının stimullaşdırılmasına gəlincə, həmsöhbətimiz əmindir ki, bu, düzgün addımdır: “Gömrük rüsumları ilk növbədə onların istehsalçılarını qorumaq üçün tətbiq edilir, amma biz avtomobil istehsal etmirik, sadəcə yığırıq, onu da çox cüzi miqdarda. Ona görə də bu halda bütün gömrük rüsumlarının və yığımlarının ləğvi məqsədəuyğun olardı”.

“Vaxtilə ABŞ-da əhalini elektromobil almağa həvəsləndirmək üçün belə avtomobillərin sahiblərinə yanacaqdoldurma məntəqələrində pulsuz yanacaq doldurmaq, dayanacaqlardan pulsuz istifadə etmək və s. kimi güzəştlər edilirdi. Biz tərəqqini dayandıra bilmərik və texnoloji cəhətdən elektrikli avtomobillər daha sadədir. Ancaq hər şeyi sona qədər düşünmək lazımdır, o cümlədən infrastruktur məsələsini”, - deyə ekspert vurğulayıb.

Məmmədov əlavə edib ki, elektromobillərin sayının artmasının stimullaşdırılması, ilk növbədə ətraf mühitin mühafizəsi ilə bağlıdır: “Lakin burada da hər şey artıq mürəkkəbdir. Bəli, elektromobil işlədiyi müddətdə ekoloji cəhətdən təmiz nəqliyyatdır. Lakin onun tərkibində öz dövrünü başa vurandan sonra ətraf mühitə böyük ziyan vuran batareyalar var. Biz batareyanın utilizasiya məsələsini həll etməliyik, lakin utilizasiya sistemi bahalı və çətindir. Bundan əlavə, köhnə avtomobillərin özlərinin də utilizasiya edilməsi məsələsini həll etmək lazımdır. Yarımçıq addımlar olmamalıdır, çünki, bunlar bizim ölkədə qeyri-adi hal deyil”.

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ