"Kim onun müdafiəsinə qalxacaq?.." - Tacəddin Mehdiyev

Tarix:2-09-2022, 01:16 Baxış Sayı:116 Kateqoriya:gundem / cemiyyet

"Kim onun müdafiəsinə qalxacaq?.." - Tacəddin Mehdiyev

“Rusiya ordusunun Ukraynaya təcavüzü zamanı bir aya yaxın müddətdə verdiyi külli miqdarda canlı qüvvə və texnika itkiləri onun əslində çoxlarının təsəvvür etdiyinin əksinə olaraq bərbad bir durumda olduğunu göstərdi”. Dia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sabiq Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib.

“Diqqət etmək gərəkdir ki, Putin hakimiyyətə gələndən bəri, yəni son 22 ildə Rusiya ordusuna kimlər rəhbərlik edib. Mebel mağazasının müdiri olan Serdyukov... Bu üzdəniraq korrupsioner müdafiə naziri 6-7 aviasiya, neçə ümumqoşun, tankçılıq məktəbini və s. ləğv edib. Baş Qərargah akademiyasında, Frunze adına hərbi akademiyada ixtisarlar aparıb. Bir sözlə, Serdyukovun vaxtında Rusiya ordusuna sarsıdıcı zərbə vurulub. Və 2012-ci ildən, yəni artıq 10 ildir ki, nazir olan Şoyqu... Məgər o, hərbi mütəxəssisdir? Onun nəinki hərbi təhsili yoxdur, heç hərbi xidmətdə də olmayıb. Müdafiə naziri olanadək Fövqəladə Hallar naziri olub... Putin arvadları ordu generalı edib. Belə orduda hansı ruh yüksəkliyindən danışmaq olar? Zabitlər də görür, anlayır ki, onlara kimlər rəhbərlik edir” –açıqlamasının ardında bunları deyən general “Necə hesab edirsiz, Rusiyada hərbçilər Putinə qarşı hərbi çevriliş, yaxud sui-qəsd təşkil edə bilərmi?” sualını da cavablandırıb:

“Mənim müşahidələrimə, təhlillərimə görə, hazırkı şəraitdə Rusiyada hərbçilər tərəfindən Putinin devrilməsi,yaxud sui-qəsd təşkil edilməsi mümkün deyil. Rusiya generalitetində elə bir cəsarətli hərbçi tanımıram. Hazırda bu ölkədəki bütün proseslərə “FCB” nəzarət edir, bütün rıçaqlar həmin qurumun əlindədir, bütün oliqarxlar da bu sistemin adamlarıdır. Ona görə də Putin istəsə, Şoyqunu bu saat işdən azad edər və həbs edər. Kim onun müdafiəsinə qalxacaq?.. II Dünya müharibəsindən sonra Jukov kimi marşalın bütün SSRİ-də nə qədər böyük nüfuzu vardı, Stalin onu vəzifədən azad etdi. Kim onu müdafiə etdi?..

Putini yalnız Rusiya xalqı ayağa qalxıb devirə bilər. Amma məlum olduğu kimi, oliqarxların da bütün pulları batır. Ona görə də onlar da bütün imkanlarıyla Putinin devrilməsinə, yaxud fiziki cəhətdən məhv edilməsinə çalışırlar. Çox güman ki, sonda Putini də Stalin kimi öz ətrafındakılar hansısa yolla aradan götürəcəklər...”

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA