Bu gün uzaq səfərlər kapitanı Nazim Habibov DSD İB -nin qonağı oldu. Uzun müddət XDND də çalışan dostumla xeyli söhbət etdik. Geniş düşüncə tərzi, intellekti, təhsili və təcrübəsi olan Nazim kapitan həm də DSD İB nin idarə heyyətinin üzvü, başlıcası isə mənim dostumdur. Hazırda Aby-Dabidə çalışır. Sayəsində 10 - larla soydaşımız, dənizçimiz dənizçilik fəaliyyətini xarici suarda davam etdirir, Azərbaycan dənizçisi adının yüksəlməsində bacarıqlarını sərgiləyir və ölkəmizin siyasi kursuna söykənərək imkanları daxilində ölkəmizin haqq savaşında təbliğatçılıq missiyasını yerinə yetirməklə az qala diaspora kimi fəaliyyət göstərirlər. II Qarabağ savaşında da kifayət qədər aktiv fəaliyyətləri ilə seçildilər, orduya mənəvi və maddi yardım göstərdilər. Nazim Kapitan tərəfimizdən "Ordunun dostu" və "Dəniz fəadisi" diplomlarına layiq görüldü.
"Dənizçilərimiz vətən mühribəsində" və "Bakı buxtası-20 yanvar" kitabları haqda da ürək sözlərini dedi. Xatırladım hər iki kitabda onun haqqında, təşkilatçılığı ilə xqricidə çalışan dənizçilərimizin orduya yardım etməsi və özünün 20 yanvar hadisələri ilə bağlı xatirələrindən bəhs etmişəm.