Büdcə icra hakimiyyətinin yükündən azad edilir - GƏLİŞMƏ

Tarix:10-06-2022, 22:22 Baxış Sayı:66 Kateqoriya:gundem / cemiyyet

Büdcə icra hakimiyyətinin yükündən azad edilir - GƏLİŞMƏ

Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının vahid regional mərkəzdə birləşdirilməsi istiqamətində növbəti addım atılıb.

Milli Məclisə təqdim edilmiş qanun layihəsinə əsasən, Nizami və Kəpəz rayonlarının ləğv edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi təklif olunur. Bununla da Gəncə şəhərinin inzibati ərazi üzrə idarə edilməsi vahid mərkəzdən həyata keçiriləcək. Nizami və Kəpəz rayonlarından sonra bölgələrdə analoji struktur islahatlarının davam edəcəyi gözlənilir. Əvvəlcə kiçik rayonların ardınca kənd rayonlarının, sonuncu mərhələdə isə inzibati ərazi quruluşuna görə daha böyük rayonların icra hakimiyyəti orqanlarının ləğv edilərək vahid mərkəzdə birləşdiriləcəyi gözlənilir. Nizami və Kəpəz rayonlarının inzibati-ərazi dairələrinin ləğvi ilə Azərbaycanda şəhər rayonlarının sayı 14-dən 12-ə düşəcək. Qeyd edək ki, Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının birləşdirlməsi prosesinə ötən il dekabrın 1-dən başlanılıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qarabağ iqtisadi rayonunda İşğaldan Azad edilmiş Ərazilər üzrə xüsusi nümayəndəsi təyin edildi. Bununla da Azərbaycanda idarəetmə sisteminin yeni modelinə keçidə strat verildi.

Ona görə də yaxın gələcəkdə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin regional əsasda təşkil ediləcəyi, sayının isə iqtisadi rayonların sayına uyğun olaraq 12-ə qədər azaldılacağı gözlənilir. Məqsəd isə idarəetməni optimallaşdırmaq, dövlət büdcəsinin xərclərinə qənaət etməkdir. Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsindən şəhər və rayon icra hakimiyyəti orqanlarının saxlanılması üçün 147 760 214 min manat vəsait ayrılıb. Bu göstərici 2021-ci ildə 145 401 950 manat təşkil edib.

Göründüyü kimi, ötən illə müqayisədə yerli icra hakimiyyəti orqanlarına ayrılan xərclər 2 milyon 358 min 264 manat manat artıb. Bu baxımdan şəhər və rayon icra hakimiyyətlərinin dövlət büdcəsinin xərclər hissəsində yükü əvvəlki illərdə də hiss olunub. Dövlət büdcəsinin həcmi artdıqca, icra hakimiyyəti orqanlarının saxlanılmasına ayrılan vəsait də çoxlaıb. Yerli məmurlar isə bundan korrupsiya mənbəyi istifadə edərək sərvət toplayıb. Ona görə də inzibati idarəetmə sistemində başlanan islahatlar büdcə vəsaitlərinə qənaət etməklə yanaşı, korrupsiya hallarının da qarşısının alınmasında mühüm rol oynayacaq.

Digər amil Azərbaycanda icra hakimiyyəti strukturlarının fəaliyyətində müasir yanaşmaların tətbiqinə nail olmaqdır. Yerli icra hakimiyyəti orqanları Sovet dövründən qalmış katiblik sisteminin idarəçililk üsulunu təkrarlayır və 1991-ci ildə qəbul olunmuş, artıq kifayət qədər köhnəlmiş əsasnaməyə uyğun fəaliyyət göstərir. Bu baxımdan, idarəetmənin optimallaşdırılması yalnız yerli hakimiyyət orqanlarının deyil, digər sahələrin də işinə müsbət təsir göstərə bilər. DİA.AZ-ın məlumatına görə, Bələdiyyə Alyansının koordinatoru Abel Bayramov “Cümhuriyət”ə bildirib ki, şəhər və rayon icra hakimiyyətlərinin ləğv edilərək daha böyük inzibati-ərazi vahidlərində birləşdirilməsi məqsəduyğundur. Çünki bu, maliyyə resurslarına qənaət etməyə və xidmətlərin keyfiyyətinin artırılmasına kömək edə bilər.

Ancaq ekspert hesab edir ki, sayının azaldılmasına baxmayaraq, bütün səlahiyyətlərin yenə də regional icra hakimiyyətlərinin əlində cəmləşməsinə ehtiyac yoxdur:

“Bu islahatar yerli özünüidaəretmə orqanlarını da əhatə etməlidir. Yerli əhəmiyyətli ictimai xidmətlərin göstərilməsi əslində bələdiyyə orqanlarının səlahiyyətində olmalıdır. Bu baxımdan, islahatların paralel aparılmasına ehtiyac var. Həm yerli icra hakimiyyətləri böyük inzibati ərazi vahidlərində birləşdirilməli, eyni zamanda həmin bölgələrdə fəaliyyət göstərən bələdiyyələrin böyüdülməsi və bu orqanlar arasında səlahiyyət bölügüsünün dəqiq aparılmasına ehtiyac var. Məsələn, yerli əhəmiyyətli xidmətlərlə bağlı səlahiyyətlər icra hakimiyyyətinə deyil, bələdiyyələr verilməlidir. Amma siyasi səlahiyyətlər yerli icra hakimiyyətində saxlanılmalıdır. Belə bölgü aparılsa, islahatlar da effektiv nəticə verər”.

Abel Bayramov hesab edir ki, yeni idarəetmə sisteminin fəaliyyətinin düzgün təşkili üçün bir sıra inkişaf etmiş ölkələrin, ilk növbədə Türkiyənin təcrübəsindən istifadə etmək olar:

“Türkiyədə valiliklərlə bələdiyyələr arasında münasibətlərin qurulması aydın göstərilib. Yəni valiliklərin və bələdiyyələrin hər birinin öz səlahiyyətləri var. Başqa ölkələrin təcrübəsindən istifadə etməklə bu islahatları həyata keçirmək mümkündür. Bu prosesi həyata keçirmək üçün yalnız inzibati-ərazi vahidlərinin böyüdülməsi ilə kifayətlənmək olmaz. Əks halda, dəyişikliklər səmərə verməz. Ona görə də səlahiyyət bölgüsü dəqiq müəyyən olunmalıdır”.

Qeyd edək müzakirə predmeti olan mövzulardan biri də yeni yaradılacaq böyük inzibati-ərazi vahidlərinin necə adlanması ilə bağlıdır. Böyük ehtimalla, islahatın başa çatması ilə şəhər və ya rayon icra hakimiyyəti termini də aradan qalxacaq. Bir neçə rayonu özündə birləşdirəcək regional hakimiyyət orqanının vilayət, əyalət, mahal, quberniya adlandırılması ilə bağlı mediada və sosial şəbəkələrdə təkliflər səsləndirilir. Ekspert bildirdi ki, bu məsələ ictimai müzakirədən keçməlidir. Ancaq onun necə adlanmasının ciddi əhəmiyyəti yoxdur:

“Sadəcə olaraq, islahat elə aparılmalıdır ki, yerli ifdarəetmənin effektivliyini təmin etmək mümkün olsun. Bu, həm mərkəzi hakimiyyətinin özünün yükünü azalda bilər, həm də idarəetmənin səmərəliliyini artırar. Eyni zamanda resurlara da qənaət etmək imkanı yaradar”.

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir