Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub

Tarix:17-01-2022, 21:05 Baxış Sayı:75 Kateqoriya:gundem / cemiyyet

Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 yanvar 2022-ci il tarixdə yerli televiziya kanallarına müsahibə verib. Prezident İlham Əliyev müsahibədə çox mühüm məsələləri əhatə edən sualları cavablandırıb. Azərbaycanın 2021-ci ildə əldə etdiyi iqtisadi uğurlardan danışılarkən qeyd olunub ki, Azərbaycan pandemiyadan sonra iqtisadi artımı bərpa edib və 2021-ci ili yüksək iqtisadi inkişaf göstəricilərilə başa vurub. İqtisadiyyatda bərpa proseslərin sürətlənməsi, postpandemiya dövrünə keçid və hökumətin qəbul etdiyi düzgün iqtisadi qərarlar müsbət iqtisadi dinamikanı təmin edib. Ötən il iqtisadi artım 5 faizdən çox olub, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu inkişaf göstəriciləri post-pandemiya dövründə ümumdünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Beləliklə, 2021-ci ildə ölkəmizdə 92,8 milyard manatlıq, yəni əvvəlki illə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Yəni, Azərbaycan iqtisadiyyatı artıq yeni inkişaf fazasına daxil olub.

Vətən müharibəsində Zəfərdən sonra ölkəmizdə bütün sahələrdə uğurlu addımlar nəzərə çarpmaqdadır. Xüsusilə də ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. Azərbaycan post-müharibə və post-pandemiya mərhələsində qarşıya qoyulmuş hədəflərə doğru ən qəti inkişaf ssenariləri üzrə irəliləyir. Cənab İlham Əliyev müsahibəsində bildirdi ki, ötən il qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu amil imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Ölkəmizdə isə ixrac idxalı təxminən 80 faiz üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. Bu isə tədiyyə balansının cari vəziyyətini gücləndirir, valyuta və makroiqtisadi sabitlik bazasını möhkəmləndirir.

Güclü maliyyə sabitliyi şəraitində ölkəmizin valyuta ehtiyatları da əhəmiyyətli dərəcədə artıbdır. Son bir ildə strateji valyuta rezervlərimiz 2,5 milyard dollar artaraq 53 milyard dollara çatıbdır. Bu, güclü iqtisadi sabitlik təminatıdır və həmçinin möhkəm təhlükəsizlik yastığı deməkdir. Bütün bunların fonunda həm də onu demək mümkündür ki, iqtisadi artım, qeyri-neft ixracının son 30 ildə ən yüksək səviyyəyə çatması və idxalı 5 dəfə üstələyən strateji valyuta ehtiyatlarının formalaşması Azərbaycanın güclü iqtisadi mövqeyini və milli valyutamızın dayanıqlı sabitliyini möhkəmləndirir. Bunun nəticəsidir ki, manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq milli valyuta üzrə depozit qoyuluşları üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər. Hazırda bu inkişaf bazislərinə əsaslanaraq manatın tam

möhkəmləndiyini və bir çox region ölkələrində valyuta məzənnələrində dəyişmələrin baş verdiyi şəraitdə Azərbaycan manatının 2022-ci ildə də davamlı sabitliyinin qorunacağına dərin zəmin yarandığını söyləmək mümkündür.

Bir çox ölkələr 2021-ci ildə maliyyə ehtiyatlarını itirdiyi və büdcə xərclərini ixtisar etdiyi halda Azərbaycan öz maliyyə-büdcə ehtiyatlarını daha da böyütməyə nail oldu. Bunun nəticəsidir ki, dövlət büdcəsi 2 milyard manata yaxın artıbdır. Cənab Prezidentin də bəyan etdiyi kimi, 2022-ci ilin dövlət büdcəsi müstəqillik tariximizdə ən böyük büdcədir, 30 milyard manat xərc tutumlu büdcə zərfi bütün sahələrdə inkişaf hədəflərini təmin etməyə güclü maliyyə qaynağı yaradır. Büdcənin 46,5 faizi sosial xərclərdir. Həmin xərclərin əsas böyük hissəsi birbaşa insanların sosial rifahının daha da yaxşılaşdırılması, əməkhaqqı fondunun artırılması ilə bağlıdır. Cari ilin büdcəsində sosial paketin icrasının təmin edilməsi məqsədilə əlavə 1,5 milyard manat nəzərdə tutulub. Həmin vəsaitlər isə iqtisadi artım, islahatların sayəsində şəffaflaşma, o cümlədən vergi yığımının şəffaf sistemi sayəsində mümkün olub. Bu islahatlar 2022-ci ildə də prioritet olacaqdır və inkişaf dinamikasının sürətlənməsi maliyyə gəlirlərinin artmasına zəmin yaradacaq və nəticədə əldə olunan bütün vəsaitlər dövlət başçısının xüsusi olaraq vurğuladığı kimi insanların sosial rifahına yönəldiləcəkdir.

Təranə Şiriyeva,
Salyan rayon İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ