Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər

Tarix:17-01-2022, 21:04 Baxış Sayı:49 Kateqoriya:gundem / cemiyyet

Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni  istiqamətlər müəyyənləşdirməlidirlər

Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Böyük çağırışlar zamanı hər bir liderin üzərinə düşən əsas vəzifə məhz xilaskarlıq missiyasıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də “dünyanın taleyini həll edən” böyük dövlətlərin təzyiqlərinə qarşı mübarizliyi, yüksək intellekti, məntiqli diplomatiyası ilə sipər çəkməsi 44 günlük Vətən müharibəsində bir daha özünü təsdiqlədi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasətin düşmənə həm döyüş meydanında, həm də informasiya savaşında üstünlük qazanmağımıza şərait yaratması danılmaz həqiqətdir. Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı genişmiqyaslı açıq hərbi əməliyyatlara başladığı vaxtdan dövlətimizin başçısının dünyanın ən məşhur televiziya kanallarına müsahibə verməsi səbəbsiz deyildi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə geniş auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.

2022-ci il yanvarın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə də bir daha ötən illərdə əldə edilən nailiyyətlərə və qarşıda duran əsas hədəflərə diqqət çəkildi.

Müsahibədə maraq çəkən məsələlərdən biri də ATƏT-in Minsk qrupunun fəaliyyətinə Azərbaycan Prezidentinin münasibətidir. 2021-ci ildə respublikamızda iqtisadi, sosial sahələrdə görülən işlər barədə ətraflı danışan, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə aydınlıq gətirən, ölkəmizin hərbi və diplomatiya sahəsində qazandığı uğurlardan bəhs edən Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu ilə bağlı fikirləri ictimaiyyət tərəfindən maraqla qarşılandı. Artıq tarixə gömülmuş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan, 30 ilə yaxın müddətdə bölgəyə turist səfərlərindən başqa yadda qalacaq heç bir xidmət göstərməyən Minsk qrupunun fəaliyyətsizliyi barədə ümumi rəy budur ki, qrupun həmsədr ölkələrinin təmsilçiləri yalnız Ermənistanı dəstəkləməklə məşğul olmuş, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli iə maraqlanmamışlar. Münaqişəni öz gücü ilə həll edən Azərbaycan İkinci Qarabağ müharibəsini Zəfərlə başa vurduqdan sonra ermənipərəst dairələr separatçı qurumun statusunu saxlamaq üçün Minsk qrupunun fəaliyyətinin bərpası üçün çalışsalar da, qərəzli dairələrin səyləri nəticə vermir. Həmsədrlərin fəaliyyətsiz «fəaliyyətinə» etirazlarını bildirən Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, sülhün, ədalətin təminatında deyil, münaqişənin davamında maraqlı olan Minsk qrupu sadəcə olaraq bu məsələni həll etmək niyyətində olmayıb. Özlərinin də etiraf etdikləri kimi, «münaqişənin həlli üçün Qarabağa səfərləri» onlar üçün istirahət, turist gəzintiləri idi.

Müsahibədə Minsk qrupu ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyevin «Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar

özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub» sözləri reallığı əks etdirir. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycan üçün «Dağlıq Qarabağ» termini kimi, separatçı rejimin statusu da leksikonumuzdan silinib.. Ermənistanı dəstəkləyən Dağlıq Qarabağın status-kvosu cəhənnəmə göndərildi.

Məsələ burasındadır ki, bu gün həmsədrlər arasında gərginlik müşahidə olunmaqdadır və dövlətimizin başçısı bu məsələyə diqqət çəkərək, onlar arasında əvvəlki dövrlərdəki kimi birlik olmadığını qeyd etdi. Aydın olur ki, həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. İstənilən halda, təbii ki, bu vəziyyət ölkəmizi narahat etmir. Çünki 30 il ərzində münaqişənin həlli ilə bağlı davam edən diplomatik danışıqlar zamanı üçlüyün mövqeyinin üst-üstə düşməsi həll prosesinə mane olub. Bu gün isə artıq yeni reallıqlar fonunda vasitəçilərin yarıtmaz təcrübəsi heç kimə lazım deyil. Bu mənada Azərbaycan cəmiyyəti haqlı olaraq yeni mərhələdə həmsədrlərin fəaliyyətinə lüzum görmür.

Təbriz İsmayılov,
Salyan rayonu Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ