Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir

Tarix:20-04-2022, 22:00 Baxış Sayı:99 Kateqoriya:gundem / cemiyyet

Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması  Azərbaycan üçün prioritet məsələlərdən biridir

Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən hesab olunur. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması da bu baxımdan çox mühüm iqtisadi və ekoloji hadisə sayılır. Belə ki, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, ənənəvi olmayan enerji sektoruna xarici sərmayənin və innovativ texnologiyanın cəlb edilməsi, enerji istehlakında alternativ mənbələrin rolunun artırılması və dayanıqlı enerji təminatı olduqca vacibdir. Və bu təkcə bizim ölkəmiz üçün deyil, bütün dünya üçün vacib prioritetlərdir. Çünki atmosferə atılan zərərli tullantıların həcminin artmasının qarşısının alınması, “yaşıl enerji”yə keçid sivil dünyanın gündəliyində ən mühüm yerlərdən birini tutur.

Bu gün dünya dövlətləri aktiv şəkildə atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, kömür və qazla işləyən eləktrik stansiyalarının "yaşıl enerji" mənbələri ilə əvəz edilməsi istiqamətində müəyyən planlar qururlar. Məhz bu təşəbbüslərə qoşularaq Azərbaycanda 2030-cu ilə qədər istehsal ediləcək elektrik enerjisinin 30%-nin bərpaolunan enerji ilə əvəz edilməsi planlaşdırılır. “Prezidentin də qeyd etdiyi kimi inşa olunacaq stansiyanın əhəmiyyəti təkcə iqtisadi mənfəətlə də bitmir. Stansiyanın inşası hesabına təbii qaza qənaətin təmin olunması da reallaşdırılacaqdır. Eyni zamanda, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır. Belə ki, nəticə etibarilə 220 milyon kubmetr qaza qənaət olunacaq və bu da il ərzində 400 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Bununla da ölkəmizin regionda güclü enerji resurslarına malik dövlət kimi mövqeyi daha da artacaq, eyni zamanda, atmosferə atılan çirkli tullantıların azalması sayəsində ekoloji tarazlıq güclənəcək.”

Stansiyanın tikintisi ilə bağlı qərar bir il öncə verilmişdir və son bir il ərzində bu istiqamətdə olduqca fəal iş aparılırdı. Heç şübhəsiz ki, sazişin digər mühüm əhəmiyəti də yeni iş yerlərinin açılacağı ilə bağlıdır. Çünki bu həcmdə stansiyanın tikintisi və sonra fəaliyyəti çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Eyni zamanda, inşa olunacaq stansiyanın investoru da tanınmış və bu sahədə böyük təcrübəsi olan şirkətdir. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti enerji sahəsində dünyanın ən böyük şirkətidir və şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Bu rəqəm şirkətin potensialı və enerji sektorunda necə güclü mövqeyə malik olduğunu əyani şəkildə təsdiqləyir.

Dünyaca məşhur olan bu şirkəti Azərbaycanın bərpa olunan enerji sektoruna böyük həcmlərdə sərmayə yönəltməyə sövq edən amil ölkəmizin zəngin bərpa olunan enerji resurslarına malik olması, Azərbaycanın dünyada

böyük nüfuz qazanması və yüksək investisiya cəlbediciliyinə malik olması ilə bağlıdır. Sirr deyil ki, investorlar daim axtarışlar, təhlillər, monitorinqlər aparırlar və bütün bunların nəticəsində də investisiya coğrafiyalarını müəyyənləşdirirlər. Bu baxımdan Azərbaycanın investisiya iqlimi çox müsbətdir. Ölkədə uzunmüddətli sabitlik, iqtidar-xalq həmrəyliyi təmin olunub, infrastruktur təminatı yüksək səviyyədədir, qanunvericilik bazası sərmayələrin qorunmasına güclü hüquqi əsaslar yaradır. Bütün bunların üzərinə dövlətin ölkənin investisiya cəlbediciliyinin artırılmasına göstərdiyi ardıcıl siyasi iradəni də əlavə etsək, mənzərə barədə konkret təsəvvür yaranar.

Onu da qeyd edək ki, bu saziş, neft-qaz sektorunda xarici şirkətlərlə imzalanmış irihəcmli enerji sazişlərindən sonra regionda sərmayə tutumuna və enerji istehsalı imkanlarına görə, ən böyük qeyri-neft sazişlərindən biri kimi tarixə düşəcək.

Allahverdi Piriyev,
Salyan rayon Ziyalılar birliyinin sədri, əməkdar müəllim

SON XƏBƏRLƏR
28 May- Müstəqillik Gününüz mübarək
Adı Zirəddin Rzayevlə hallanan Məmməd Musayevin "Turanbank"a gətirdiyi sədr görün kim imiş - İDDİA
Lənkəranda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
“Ermənistan arxasında Rusiya barmağı olan kukladır” - deputat
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır
Qarabağda rus hoqqabazlığı DAVAM EDİR... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Ukrayna XİN-dən beynəlxalq ictimaiyyətə müraciət: - “Bizə kömək edin”
İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
Qusarda BİYABIRÇILIQ! Qonşu yaşlı qadını döydü ” Sahə müvəkkili bir qoyuna məsələ həll edir”-VİDEO
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Ruslar Qarabağda iki postu ləğv etdilər: - Sos istiqamətindən başqa yerə köçürüblər
ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib - CNN
Azərbaycanda lirə getdikcə ucuzlaşır: Dollar isə...
Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi - İNCƏLƏMƏ...
Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - AÇIQLAMA
"Hökumət "Sovetski"nin 60 hektarlıq hissəsini tikinti üçün açır" - Ekspert danışır
Yaz sessiyası çərçivəsində parlamentin son iclaslarının tarixi məlum olub
“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT
Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Azərbaycanda toyuq əti bahalaşacaq: - Hökumətə xəbərdarlıq edildi
Saatlıda şadlıq sarayının sahibi 4000 manat cərimə olundu
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasından 164 il ötür
Ermənilər Minsk qrupunu diriltməyə çalışır...
Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... - BAZAR OLSUN!..
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
Rusiyadan 3-cü dünya müharibəsi ilə bağlı MESAJ