“Dəmir yumruğ”u bir daha dadan düşmən tərəf növbəti dəfə dərsini aldı - İNCƏLƏMƏ...

Tarix:12-01-2022, 18:37 Baxış Sayı:89 Kateqoriya:gundem / cemiyyet

  “Dəmir yumruğ”u bir daha dadan düşmən tərəf növbəti dəfə dərsini aldı - İNCƏLƏMƏ...

Ermənistanın Qazaxıstan olaylarından, daha dəqiqi, ora KTMT “sülhməramlıları”nın yeridilməsi insidentindən yararlanmaq cəhdləri bir-bir iflas olmaqdadır. DİA.AZ “Yeni Müsavat”a istinadən xəbər verir ki, dövlət sərhədinin Kəlbəcər istiqamətində düşmən tərəfin boşa çıxan son təxribatları ən əvvəl bu hədəfə hesablanmışdı. Lakin bir daha layiqli və artıqlaması ilə cavabını alan (4 ölü, neçə-neçə yaralı) Ermənistana nə “Rus NATO-su”ndan və müttəfiq Rusiyadan, nə də sevimli Qərbindən heç bir dəstək və ya dəstək bəyanatı gəlmədi.

Bu, heç gözlənilmirdi də. Görünür, İrəvanda təzədən ordumuzun sayıqlığı ilə yanaşı, KTMT adlı hərbi-siyasi təzyiq alətini yoxlamaq qərarına gəliblər. Amma artıq əmin oldular ki, həmsərhəd bölgələrə iddia ilə bağlı Azərbaycana qarşı oynamaq istədikləri “terrorçu oyunu”nu nə dünya, nə də Ermənistanın əsas varlıq qarantı Rusiya ciddi sayır. Əvəzində daha bir neçə hərbçi itirdilər, iki erməni postu darmadağın edildi.

Son olaylar növbəti dəfə İrəvana sərt formada dərs olmalıdır. Erməni tərəfi bilməlidir ki, tezliklə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesə razılıq verməsə, provokasiyalardan əl çəkib konstruktiv mövqe tutmasa, özünün beynəlxalq səviyyədə tanınan sərhədləri ilə qane olmasa, təklənməyə və daha ağır itkilər verməyə davam edəcək. Bu xüsusda Paşinyan hökumətinə xəbərdarlıqlar artmaqdadır...

*****

“Dünən (srağagün-red.) Azərbaycan və Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rus sülhməramlılarına yeni komandanın təyin olunduğu gün bu terror aktının törədilməsinin heç bir məntiqli açıqlaması yoxdur. Tək bir səbəb var. O da budur ki, Ermənistan Qazaxıstandakı mövcud durumu və yeni rus komandanın təyinatını fürsət bilərək, son aylarda Kəlbəcərdə vəziyyətin gərginliyi və buraya xarici hərbi müdaxilənin ”vacibliyini" göstərmək üçün yeni bir bəhanə axtarırlar".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Hərbi ekspert Ermənistanın törətdiyi terror aktları ilə bölgədə vəziyyətin gərgin olduğu görüntüsünü vermək istədiyini qeyd edib. “Ermənistanın digər məqsədi isə Azərbaycanı yanlış və düşünülməmiş addımlar atmağa təhrik etməkdir. Hər zaman vurğuladığımız kimi, şəhid olan və yaralanan hər bir Azərbaycan əsgərinin intiqamı mütləq alınmalı, atəşin açıldığı silah sistemləri, post və atəş açan erməni terrorçuları yox edilməlidir - necə ki, ötən gün bu baş verdi. Azərbaycan Ordusunun törədilən terror aktına layiqli cavab verdiyinə artıq kimsə şübhə etmir. Lakin Azərbaycanın Ermənistanın hazırladığı tələyə düşməməsi çox vacib məsələdir. Son nəticədə bu terror aktı bir təsadüf deyil və Ermənistan sülhməramlıların yeni komandanına ”xoş gəldin" mesajı verməyə çalışır", - deyə o qeyd edib.

*****

“Hazırda bir çox ekspertlər Azərbaycanla Ermənistan sərhədində növbəti gərginliyin baş nazir Nikol Paşinyanın göstərişi ilə baş verdiyini bildirirlər. Həmin fikirlərə əsasən, Paşinyan rəhbərliyi KTMT-dəki sədrliyindən və Qazaxıstanda yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Amma erməni hərbçilərin təxribatının birbaşa İrəvandan gəlməsi versiyasını qəbul etsək belə, Paşinyan KTMT-ni və ələlxüsus Kremli qonşu Azərbaycan tərəfindən təcavüzə məruz qaldığına, yaxud uydurma terrorçuların hücumuna inandıra bilməz”.

Bunu isə PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

“Unutmaq olmaz ki, məhz bu yaxınlara qədər Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. KTMT-ni istifadə etmək üçün Nikolun heç bir ”kozırı" yoxdur. Nə təcavüz var, nə terrorçular, nə də xaricdən dövlət çevrilişinə cəhd. Hazırda Paşinyan rejimini devirə biləcək qüvvələr elə İrəvanın özündə oturur - “Qarabağ klanı”nın timsalında rusiyapərəst müxalifət. Amma Moskva hələ ki bu “rıçaq”dan istifadə etmir", - politoloq vurğulayıb.

Buna baxmayaraq, ekspertin fikrincə, Paşinyan Tokayev tərəfindən cavab hərəkətlərinə ümid edir: “Çünki əgər əvvəllər Qazaxıstan rəhbərliyi Qarabağ məsələsində, KTMT və Avrasiya İqtisadi Birliyində Ermənistanla müttəfiq olmasına baxmayaraq, daha çox Azərbaycanın tərəfini tuturdusa, indi rəsmi Nur-Sultana daha çətin olacaq. Və əlbəttə ki, Paşinyan nümayiş etdirdiyi həmrəyliyə görə Kremlin minnətdarlığına ümid bəsləyir...”

*****

Qeyd edək ki, düşmənin Kəlbəcər təxribatları ilə paralel, Qarabağın anklav hissəsində silahlı separatçı ünsürlərin də fəallaşması müşahidə edilirdi. Təbii ki, sərhəddə sınıq-salxaq Ermənistan ordusunun növbəti dəfə öz layiqli cavabını alması, “burnunun ovulması” anklavdakı qanunsuz dəstələrə və onların varlığına da neqativ təsir edir.

Diqqətçəkicidir ki, məhz son hadisələr fonunda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan anklavda qanunsuz erməni silahlı dəstəsinin 30-dan çox üzvünün kütləvi şəkildə fərarilik eləməsi haqda məlumat yayılıb. Bildirilir ki, həmin ərazilərimizdə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri arasında özbaşınalıq, narazılıq artmaqdadır və fürsət düşən kimi “könüllülər” ailələrini götürüb Ermənistana köçürlər.

Bu, əlbəttə ki, hələ başlanğıcdır. Anklavda ilişib qalan silahlı-silahsız ermənilərin sabaha ümidləri sarsıldıqca, yaşamaq imkanları kritik hala gəldikcə, fərarilik daha böyük miqyas alacaq, dabanlarına tüpürüb qaçacaqlar. Odur ki, Azərbaycan Ordusunun, komandoslarımızın antiterror əməliyyatına lüzum qalmaya da bilər...

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib