“Erməni əsgərlərinin bizə gəlməsi bir türk kimi mənə xoş olmadı” - Qazaxıstanlı ekspert

Tarix:12-01-2022, 03:23 Baxış Sayı:86 Kateqoriya:gundem / cemiyyet

“Erməni əsgərlərinin bizə gəlməsi bir türk kimi mənə xoş olmadı” - Qazaxıstanlı ekspert

Etiraf edim ki, erməni əsgərlərinin Qazaxıstana gəlməsi bir türk kimi mənə xoş olmadı. DİA.AZ xəbər verir ki, bu sözləri qazaxıstanlı ekspert, beynəlxalq hüquqşünas Ruslan Tusupbekov Media.Az-a müsahibəsi zamanı bəyan edib. Onun sözlərinə görə, ötən il monitorinq aparılıb, Azərbaycan üçün narahat olublar, çoxdan gözlənilən qələbəni və Qarabağ münaqişəsinin bitməsini gözləyiblər.

“İndi isə Ermənistandan bizə hərbçilər gəlib. Bu, hətta məni haradasa alçaltdı. Azərbaycanın KTMT-yə daxil olmadığını nəzərə alsaq, hərbi kontingentinin Qazaxıstana sadəcə dəvət oluna bilməyəcəyini başa düşürdüm”, - deyə o, bildirib.

Ekspert Qazaxıstanda baş verən etirazların arxasında kimin dayandığını bilmədiklərini daha vacib məsələ adlandırdı.

“Mən şəxsən xarici muzdlulara inanmıram, xüsusən də onların 20 min nəfəri olduğuna nəzərə alsaq. Muzdlu hesab olunan qırğız musiqiçisi Vikram Ruzaxunovu xatırlamaq kifayətdir. Yaxşı ki, heç olmasa, sonra buraxdılar”, - deyə müsahib xatırladıb.

Bu səbəbdən də o, mifik əcnəbi terrorçuların sayının 20 minə qaldırılmasının sadəcə təəccüb doğurduğunu vurğulayıb.

“Düşünürəm ki, bizdə Ukrayna ssenarisini həyata keçirmək istəyirdilər; əvvəlcə “tituşkilər” daxil olur, sonra KTMT hərbçiləri guya onlarla vuruşmağa çağırılır... Ona görə də indi KTMT sülhməramlı kontingentinin Qazaxıstanı tərk etməsi çox vacibdir. Rusiyanın davranışını və aqressiv xarici siyasətini nəzərə alsaq, bu, bizim üçün çox təhlükəli məqamdır. Yenə deyirəm, bu, Tokayevin siyasi səhvidir, biz bunu özümüz həll edə bilərdik!”

Beynəlxalq hüquqşünas həmçinin xalqın KTMT hərbçilərinin ölkəyə gəlişini çox mənfi qarşıladıqlarını qeyd etdi.

“Qazaxların 99,9%-i dövlət başçısının belə qərarından hiddətlənib. Dostum o qədər əsəbiləşib ki, təkrar-təkrar deyir: “Mən özümü güllələməyə, hətta ölkəni tərk etməyə də hazıram”. O, başa düşür ki, Rusiya sadəcə olaraq hər hansı bəhanədən istifadə edərək qoşunlarını geri çəkməyə bilər. KTMT-nin sonuncu hərbçisi ərazimizi tərk edənə qədər sakitlik olmayacaq”, - deyə ekspert bildirib.

Müsahib sonda bütün baş verənlərin nə ilə bitəcəyini deməyin çətin olduğunu deyib. Onun sözlərinə görə baş verənlərin indiki hakimiyyət tərəfindən (söhbət Nursultan Nazarbayevin tərəfdarlarından gedir) başlanılıb-başlanılmadığı hələ aydın deyil.

“Bunun nə olduğu bəlli deyil, ona görə də bundan sonra nə olacağını bilmirik. Amma hər halda, bunlar təxribatlı talanlardır və ssenarisi ayaqüstü yazılıb ki, dinc etirazlardan istifadə etməyə vaxt qalsın”, - deyə Ruslan Tusupbekov sözlərini yekunlaşdırıb.

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib