Qərb Qazaxıstanda 376 milyard dollarını “batırır"? - ARAŞDIRMA

Tarix:10-01-2022, 22:52 Baxış Sayı:49 Kateqoriya:gundem / cemiyyet

Qərb Qazaxıstanda 376 milyard dollarını “batırır"? - ARAŞDIRMA

“Rəsmi hakimiyyətin müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı missiyasının Qazaxıstana daxil olması Qərbi hiddətləndirib”.

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Yermuxamet Yertısbayev belə deyib. Onun sözlərinə görə, Qazaxıstanda 376 milyard dollar investisiya yatırmış Qərb dövlətlərinin, o cümlədən Avropa İttifaqı və ABŞ-ın böyük maraqları var. “Ona görə də KTMT qoşunlarının yeridilməsi indi bütün Qərbi hiddətləndirib. Bu savaşı xarici qüvvələrin təşkil etməsi və ya iştirak etməsi faktı heç bir şübhə doğurmur”, - deyə Yertısbayev bildirib.

Qeyd edək ki, ABŞ-ın “Exxon Mobil” və “Chevron” şirkətləri Qazaxıstanın neft sektorunda investor kimi böyük paya sahibdir. “Al-Jazeera” baş verənləri təhlil edərək xəbər verir ki, Qazaxıstan Rusiyanın təsir orbitində olması, xüsusilə son illər ABŞ-Qazaxıstan münasibətlərini çətinləşdirir. Amerikalı ekspertlər hesab edirlər ki, Moskva Qazaxıstandakı rejimin müxalifətə və nümayişçilərə güzəştə getməsini istəmir. Rusiya mətbuatı da öz növbəsində yazır ki, Qazaxıstanda gedən proseslərin əsas məqsədi Rusiya, ABŞ və NATO-nun iştirak etdiyi Ukrayna üzrə danışıqlar ərəfəsində Moskvaya qarşı yeni cəbhə açmaqdır. Mərkəzi Asiyadakı qarışıqlıq Ukrayna ətrafında Rusiya qoşunlarının toplanmasından sonra gələn həftə ABŞ və NATO ilə danışıqlar üçün yöndəmsiz fon yaradır. Ağ Evin sözçüsü Cen Psaki isə bu proseslərin arxasında ABŞ-ın dayandığına dair Rusiyanın bəzi çılğın iddialarını rədd edir. “Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bu, tamamilə yalandır və açıq şəkildə Rusiyanın standart dezinformasiya kampaniyasının bir hissəsidir”.

Qazaxıstanın strateji əhəmiyyəti onun Rusiya və Çin arasında yerləşən unikal coğrafi mövqeyi, eyni zamanda enerji resurslarının zənginliyi ilə bağlıdır. Bu isə Qazaxıstanı Rusiya, ABŞ və Çin arasında geosiyasi mübarizə meydanına çevirir. Təbii ki, Rusiyanın cənubunda baş verən iğtişaşlardan ən çox məmnun olacaq ölkə ona qərbdə cəbhə açmış ABŞ-dır. Amerika Əfqanıstandan sonra Mərkəzi Asiyada yeni problemin ortaya çıxmasından faydalanır. Çünki Çinin “Bir kəmər və bir yol” layihəsinin marşrutu üzərində xaosun yaranması ABŞ-ın maraqlarına cavab verir. Lakin Qazaxıstanda Ukraynadan fərqli olaraq ABŞ-ın bu məqsədlərə çatmaq və xaosu saxlamaq gücü yoxdur.

Yəni ABŞ Qazaxıstandan Ukrayna düzəldə bilməyəcək. DİA.AZ-ın məlumatına görə, politoloq Elşən Manafov “Cümhuriyət”ə bildirib ki, Qazaxıstandakı iğtişaşlar ABŞ, Rusiya və Çin arasındakı geosiyasi qarşıdurmanın nəticəsidir. Qərb kapitalının Qazaxıstan iqtisadiyyatındakı həcmi baxımından, ABŞ-ın narahatlığı anlaşılandır:

“İnvestisiya qoyuluşu sabitliyin olmasını tələb edir. Bu mənada, Qazaxıstanda sabitliyin pozulması Qərb kapitalının gələcəyi ilə bağlı müəyyən şübhələr və təhlükələr yaradır. Digər tərəfdən, Qazaxıstan Prezidentinin iğtişaşların yatırılması üçün Rusiyaya müraciət etməsi Qərbdə, ilk növbədə ABŞ Dövlət Departamentində ciddi narahatlıq doğurub. Artıq ABŞ hökuməti Qazaxıstan hökumətinə KTMT-yə müraciətin hansı zərurətdən irəli gəlməsi ilə bağlı suallar ünvanlayıb. Yəni Qazaxıstan öz ordusu və təhlükəsizlik qüvvələri ilə bu iğtişaşların öhdəsindən gələ bilməzdimi? Prezident Tokayevin açıqlamalarına diqqət yetirsək, Qazaxıstandakı etirazlar yalnız sosial-iqtisadi problemlər kontekstində baş vermiş hadisələr kimi qiymətləndirilə bilməz. Qazaxıstan hakimiyyəti baş vermiş hadisələri xaricdən edilmiş terror hücumu adlandırır və bu iğtişaşlarda iştirak edənlərin sayının 20 min nəfər olduğunu bildirərək özünün KTMT-dəki müttəfiqlərinə, ilk növbədə Rusiyaya müraciət etdi. Nəzərə almaq lazımdır ki, Qazaxıstanın 21 milyon nəfərlik əhalisinin 5 milyonu ruslardır və eyni zamanda, bu ölkə Rusiya ilə 7 min kilometrdən artıq həmsərhəddir. Qazaxıstanda yaşanan hadisələrə Rusiya müşahidəçi qala bilməzdi. 2008-2020-ci illər arasında Rusiyanın Qazaxıstana yatırdığı investisiyaların ümumi həcmi 57 milyard dollardan artıq olub. Digər tərəfdən, “Taliban” hərəkatının da Qazaxıstanda yaşanan hadisələrdə rolu ilə bağlı ehtimallar var. Çünki aksiyaların radiakal dini qruplarla əlaqəli olmasına dair fikirlər belə deməyə əsas verir. “Taliban”ın Əfqanıstanda fəallaşması və 68 milyard dollarlıq silaha sahib olmasının səbəbkarı da ABŞ olub. ABŞ Əfqanıstandan çıxdıqdan sonra bu ölkənin terror yuvasına çevrilməsi üçün şərait yaratdı. Amma Qazaxıstanda yaşanan hadisələrin bu ölkənin hakimiyyəti daxilindəki qarşıdurmalarla bağlı olması da istisna deyil. Çox güman ki, bu proseslər Tokayev və Nazarbayev arasında Qazaxıstanda hakimiyyət, kapital və mülkiyyətə, həmçinin mövcud komandaya nəzarət uğrunda mübarizənin nəticəsi idi. Amma bütün hallarda Qazaxıstanda sosial-iqtisadi gərginliyin yarada biləcəyi “odunların alışması” üçün “siyasi kibritlər” lazım idi. Bu kibritlər olmadan Qazaxıstanda baş verəcək etirazların iğtişaşlara çevriləcəyini heç kim hesablaya bilməzdi. Bu, ciddi hazırlanmış aksiyalar idi”.

Ekspert bu aksiyaların yalnız Qazaxıstandakı sosial-iqtisadi problemlərdən qaynaqlandığını güman etmir:

“Fikrimcə, bu hadisələri Qazaxıstanda məlum klanlar arasında gedən mübarizənin kontekstində qiymətləndirmək lazımdır. Baş verən hadisələr Qazaxıstan və Mərkəzi Asiya uğrunda Rusiya, ABŞ və Çin arasında gedən geosiyasi mübarizənin təzahürləridir. SSRİ-nin çökdürülməsində rolu olmuş Rotşildlərin və Rokfellerlərin Qazaxıstan bazarı uğrunda mübarizənin nəticəsində də qeyd edilən hadisələrin yaşanacağı ehtimalı var. ABŞ-ın Qazıxıstanın neft-qaz sektorunda “Exxon Mobil” və “Chevron” şirkətləri fəaliyyət göstərir. Bu şirkətlərin hələ Nazarbayev iqtidarı dövründə Qazaxıstanda neft hasilatına və son 10 ildə geoloji kəşfiyyat işlərinin aparılmasına yatırdığı investisiyaların həcmi kifayət qədər böyük idi. ABŞ Ukraynadan sonra Qazaxıstanı da Kremlin təsir dairəsindən çıxartmaqla Rusiyanın ətrafındakı mühasirə həlqəsini qapatmaq istəyirdi. Güman edirəm ki, bu məsələdə Rusiya Prezidenti Putin özünün qərbli həmkarlarını qabaqlamış oldu. Ukraynada Qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsindən sonra ABŞ və Avropa bu ölkəni nəzarətə götürməyə çalışdı. Lakin Donbas və Krımın timsalında Rusiya Qərb üçün ciddi problemlər yaratdı. İndi də Rusiya KTMT-də təmsilçilik hüququna və Qazaxıstan Prezidentinin müraciətinə istinad edərək özünün hərbi kontingentini bu ölkəyə yeridib. Bununla da Rusiya Qazaxıstanın Qərbin təsir dairəsinə keçməsinin qarşısını aldı. Nəticədə, Rusiya MDB məkanında təsir imkanlarını qoruyub saxladı. Əslində, Avrasiya İqtisadi Birliyinin Qazaxıstansız perspektivi yox idi. Qazaxıstanın bu ittifaqın daxilindən çıxacağı təqdirdə, Rusiya ətrafında Qərbin mühasirə həlqəsinin qapanacağı qaçılmaz idi”.

Ekspert bildirib ki, Rusiya, Qərb və Çin arasında Mərkəzi Asiya və Qazaxıstan uğrunda mübarizəsinin belə vəziyyət yaradacğı gözlənilən idi. Elşən Manafovun sözlərinə görə, Qazaxıstanda Qərb və Rusiya arasında Ukraynada baş vermiş münaqişənin oxşarı baş verib. Rusiya Qazaxıstan Prezidentinin rəsmi müraciəti əsasında bu ölkəyə silahlı qüvvə göndərdiyinə görə Moskvanı beynəlxalq hüquq normaları çərçivəsində ittiham etmək üçün əsas qalmır.

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib