"Susmaq qızıldır" deyiminin təsdiqləndiyi o an: - "Azəriqaz"dan lətifə kimi açıqlama

Tarix:10-01-2022, 22:51 Baxış Sayı:23 Kateqoriya:gundem / cemiyyet

"Susmaq qızıldır" deyiminin təsdiqləndiyi o an: - "Azəriqaz"dan lətifə kimi açıqlama

Azərbaycanda bir aydan çox evdə olmayan abunəçi “Azəriqaz”a bu barədə məlumat verməlidir”. Bu barədə “Açıq qapı” aksiyasında Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov deyib. Birlik rəsmisi bunu təhlükəsizliklə izah edib.
Çox gülməli bir vəziyyətdir. Yadıma keçmiş sevgilimin tapşırıqları düşdü: “Bir yerə gedəndə xəbər ver, bu sənin təhlükəsizliyin üçündür”...

Bir dövlət qurumunun rəsmisinin bu açıqlaması, “Azəriqaz”-ın bizi nə qədər çox "sevdiyinin" sübutudur. Bizim üçün narahat olur, təhlükəsizliyimizi düşünür. Düşünün, indi bəzi qadınlar bir yerə getdikləri zaman heç öz həyat yoldaşlarına xəbər vermirlər. Tutaq ki, bir aylıq ölkədən gedirəm, bu barədə kimə xəbər verərəm - ailəmə. Olmasa belə, ən yaxınıma. Amma “Azəriqaz”-a zəng edib, “bağışlayın, mən bir ay evdə olmayacağam deyə sizə xəbər vermək istədim” demək həyəcanverici olduğu qədər təhlükəlidir.

Nə isə ... Keçək mətləbə... Bir oğrular, bir də bizi sevənlər evdə olmadığımza əmin olmaq istəyərlər. Oğrular, olan-qalan varımızı əlimizdən almaq üçün, sevdiklərimiz də harda olduğumuzu bilmək üçün. Ancaq hansısa dövlət qurumunun bunu bilməyə hüququ yoxdur. Hər hansı bir vətəndaş evdən çıxırsa, yəqin ki, qaz, işıq, su və digər əhəmiyyətli hər şeyi yoxlayıb evdən çıxır. Bunu hansısa qurumun bilməyinə ehtiyac da yoxdur. Bilsə belə, abonentin evinə daxil olub təhlükəsizliyi necə yoxlayacaq?

Ötən gün isə, qurumun mətbuat xidməti Eldəniz Vəliyev verilən açqlama ilə bağlı danışarkən bildirib ki, sevimli quruma xəbər vermək məcburi xarakter daşımır. Yəni bu bir tövsiyə xarakterli açıqlama olub. Tövsiyə edilir ki, əgər vətəndaş 1-2 ay evində olmayacaqsa, müvafiq qaz idarəsinə və ya “ASAN Komunal”a müraciət edib öz mavi yanacağını müvəqqəti bağlatdırmalıdır.

“Məsələn, sabah külək olar, qaz xəttinin üstünə ağac aşa bilər, sızma hadisəsi baş verə bilər və ya vətəndaş geri qayıdıb işığı yandıranda partlayış ola bilər. Bu, adi təhlükəsizlik qaydasıdır” - deyə Vəliyev bildirib.

Məntiqlə, səhər işə gedib, axşam qayıdandan sonra da işığı yandırmaqla o dünyaya getmək olar. Yəni yuxarıdakı açıqlamada "risk" kimi təqdim edilən halların hər biri yarım gün ərzində də baş verə bilər.

Amma deyirəm nə pis insanlarıq ki, bizi bu qədər sevən və dəyər verən bir qurumun işinə kölgə salırıq, qara yaxırıq. Ya da... Bəlkə mətbuata açıqlama verəndə bir qədər diqqətli olmaq lazımdır?! Bəlkə təqdim edilən açıqlamalar öncədən bir neçə dəfə oxunmalı, hər tərəfli düşünməlidir?

Keçən dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də açıqlamasını oxumadan bir nəfərin saxta sənədlərlə təqaüd kimi 14 il ərzində 1 milyon 800 min manat mənimsədiyini demişdi. Sonra ha soruşdular, deyə bilmədi kimdir. Ya verdiyi açıqlamanı səhv oxumuşdu, ya rəqəmləri, ya da düşünməmişdi ki, bizim cəmiyyətdə “ala qarğa bala çıxarmaz”...

Belə məmurlarımız çoxdur. Nə dediyini, nə oxuduğunu bilməyən. Bu isə, onların işini dərindən bilməməsindən və yaxud cəmiyyətlə işləməməsindən irəli gəlir. Sadəcə, bir az diqqət, sevimli “Azəriqaz”...

P.S. Bu arada "Azəriqaz" dünən açıqlama verib ki, Oğuzda qaz olmayacaq. Yəni öz aləmlərində "məsuliyyət" nümayiş etdiriblər. Amma hazırda yüzlərlə müxtəlif ərazilərdə, məsələn, Binəqədinin müxtəlif ərazilərində qaz təchizatı dayandırılıb və əvvəlcədən xəbərdarlıq edilməyib. Ən böyük təhlükə elə budur. Xəbərdarlıq etmədən qazı kəsmək və sonra da açmaq... İndi gəl işəğı yandır, görüm, necə yandırırsan...

İlahin, Bizimyol.info

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib