Abşeronda bələdiyyə sədri apartman biznesinə girişib…- Məhi Həsənov bu işlə məşğul olan 3-4 nəfər monopolistdən biridir

Tarix:8-01-2022, 02:38 Baxış Sayı:98 Kateqoriya:gundem / cemiyyet

Abşeronda bələdiyyə sədri apartman biznesinə girişib…- Məhi Həsənov bu işlə məşğul olan 3-4 nəfər monopolistdən biridir

Məlumdur ki, bələdiyyələr qanunla müəyyən olunmuş ərazi hüdudları çərçivəsində yerli özünüidarəetməni həyata keçirən bir qurumdur. Ölkəmizdə fəaliyyət göstərən hər bir bələdiyyənin öz mülkiyyəti, büdcəsi və s. mövcuddur ki, onlar qəbul olunmuş qanunlar çərçivəsində səlahiyyətlərinə aid çoxsaylı sosial məsələləri müstəqil şəkildə həll etməyə borcludurlar. Bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, ölkə vətəndaşlarına idarəçilik sahəsində yaradılmış imkanın göstəricisidir. Vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olunur ki, hər kəs öz yaşayışında bu qurumun varlığını və zəruriliyini hiss edə bilsin.

Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində bələdiyyələr yalnız “torpaqsatan” kimi ad çıxardılar. Bələdiyyə sədrləri isə şəhər – rayon icra hakimiyyətlərinin başçılarından asılı şəxslərə çevrildilər. Bu gün hamıya gün kimi aydındır ki, bələdiyyə başqanları yalnız kağız üzərində “seçilir”, de-fakto şəhər-rayon rəhbəri tərəfindən imperativ göstərişlə təyin olunurlar. Onlar təkbaşına qərar verir, bələdiyyənin üzv və qulluqçuları ilə məsləhətləşməyə belə lüzum görmürlər. Korrupsiyalaşmış bələdiyyə sədrləri arasında cinayət məsuliyyətinə cəlb olunanlar da az deyil. Amma çoxu bələdiyyə mülkiyyətində və sərəncamında olan vəsaitlərlə öz ata malı kimi davranıb kəmiyyəti böyük rəqəmlərlə ölçülən haram kapitala sahib olublar. Belələrindən biri də Abşeron rayonunun Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənovdur. Adam o qədər “şişib” ki, rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərində son dövrlər vüsət almaqda olan apartman biznesinə girişib və deyilənə görə, bu işlə məşğul olan 3-4 nəfər monopolistdən biridir. Aydın məsələdir ki, Məhi Həsənov bələdiyyə başqanlığının ona qazandırdığı fürsətdən yararlanaraq ələ keçirdiyi kapitalı daha da artırmaq üçün məhz bu biznesə sərmayə yatırıb. Monopolistlər rayonun yaşayış üçün ən cazibədar yeri alan, Bakı şəhərinə paytaxtın özünün əksər qəsəbələrindən də yaxın olan Xırdalanda yerləri bələdləyir, sonra orada apartman tikib satırlar. Həm də belə binaların tikintisində heç bir şəhərsalma və arxitektura prinsipi gözlənilmir, tamamilə maddi maraq güdülür.

Bu əsnada RealMedia.az-a etibarlı mənbədən verilən məlumata görə, Məhi Həsənov iştirak etdiyi məhrəm məclislərdə Dövlət Şəhərsalma və Arixtektura Komitəsinin ünvanına gileylənir ki, bu qurumun nəzarətedici funksiyaları artırılandan bəri işlər çətinləşib, yəni, əvvəllər olduğu kimi yalnız RİH başçısı İradə Gülməmmədova ilə hesablaşmaq daha sərfəli idi. Xatırladaq ki, ötən ay Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuşdu. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirmişdi. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov komissiya yaradaraq sözügedən ünvanda tikintinin dayandırlması ilə bağlı qərar qəbul edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də bir sıra qurumların birgə rəyi əsasında qanunsuz tikinti dayandırılıb.

P.S. Saray qəsəbəsi Abşeron rayonunda həmişə torpaq alveri üçün münbit şəraiti ilə seçilib. Bələdiyyənin sabiq xanım sədri də torpaq üstündə mübahisə zəminində sürücüsü tərəfindən qətlə yetirildi. İstintaqın gedişində mərhumənin çoxlu sayda belə mübahisələrlə qayğılı olduğu üzə çıxmışdı. Görünür, hazırki sədr də onu belə bir aqibətin gözlədiyini nəzərə alıb fəaliyyətini biznes müstəvisinə keçirməyə qərar verib. Növbəti bələdiyyə seçkilərində onu namizədlər sırasında görməsək, təəccüblənməyə dəyməz.

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib