Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH

Tarix:14-09-2022, 05:54 Baxış Sayı:96 Kateqoriya:gundem / cemiyyet

Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH

"Ankara heç bir halda Ukrayna gərginliyində tərəf olmaq istəmir. Rəsmi Moskva da türklərlə üz-üzə gəlməkdə maraqlı deyil. Fikrimcə, Ukraynada böyük hərbi toqquşma gözlənilmir, Ukrayna üzərindən artan Rusiya-ABŞ gərginliyi də daha çox idarəolunan prosesə bənzəyir. Baş verənlərdə hər iki tərəfin öz marağı var”. DİA.AZ xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Ukraynanın şərində baş verən son prosesləri dəyərləndirəkən deyib. Onun sözlərinə görə, Putinlə Ərdoğan 2022-ci ilin ilk telefon söhbəti ABŞ-Rusiya qarşıdurması fonunda diqqət çəkir və bu müzakirə proseslərin inkişafına da təsir edə bilər:

"ABŞ-ın 2022-ci il müdafiə büdcəsində Rusiyaya qarşı sanksiyaların yer almaması da bu fikri gücləndirir. ABŞ bu toqquşmadan rəhbərlik etdiyi köhnə cəbhəni yenidən qurmaq niyyətindədir və Türkiyənin də bu cəbhədə aktiv iştirakını istəyir. Bayden administrasiyası ilə Ərdoğan hakimiyyətinin uzlaşmadığı məqamlaran biri də məhz budur və Türkiyədə AKP hakimiyyətinə qarşı daxili ssenarilərin işə salınması da Vaşinqtonun daha çox müstəqil siyasi xətt yürüdən mövcud hakimiyyətə qarşı alternativ planlarından qaynaqlanır”.

Ekspert hesab edir ki, Ankara və Moskva proseslərin inkişafında üz-üzə gəlməməyin yollarını axtarırlar:

"Ərdoğanla Putinin ABŞ-Rusiya görüşündən öncə telefon söhbəti də "saatların yoxlanılmasına” bənzəyir və istisna deyil ki, görüşdən sonra qarşıdurma atmosferi güclənəcəyi təqdirdə Türkiyə NATO üzvü kimi mövqe sərgiləcəyini Rusiyaya izah edir. Tərəflər belə bir ssenaridə anlayışla davranmağı müzakirə ediblər. Bununla yanaşı, qarşıdakı dövrdə Türkiyənin Ukrayna məsələsində vasitəçi olmaq istəyi daha da aktivləşə bilər və belə bir vasitəçilik Rusiyaya da sərf edir”.

A. Nərimanlı qeyd edib ki, ABŞ-Rusiya qarşıdurması Cənubi Qafqazdakı proseslərin inkişafına da təsirsiz ötüşməyəcək:

"Rusiya Azərbaycan və Ermənistan arasında öz vasitəçiliyi ilə qəbul edilmiş razılaşmaların, xüsusilə sərhədin müəyyənləşməsi istiqamətində, praktiki mərhələyə keçiddə təkid edə bilər. Eləcə də 3+3 formatında əməkdaşlığın dərinləşməsi istiqamətində addımların aktivləşəcəyini görə bilərik. Ərdoğanla Putinin bu məsələləri müzakirə etdiyi də istisna deyil. ABŞ-Rusiya qarşıdurmasında Ankaranın Moskvaya edəcəyi güzəştlərin qarşılığında Rusiya da Cənubi Qafqazda Türkiyənin maraqlarının önünü aça bilər və bu, Qarabağda Bakı və Ankaranın istəklərinin yerinə yetirilməsi perspektivini artırır. Misal üçün, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin, xüsusilə türk hərbçilərin daha aktiv fəaliyyətini görə bilərik. Türkiyə bu istiqamətdə çalışır və mümkündür ki, Ərdoğan-Putin müzakirəsində bu məsələ də gündəmdə olub”.

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA