Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...

Tarix:29-11-2021, 18:08 Baxış Sayı:32 Kateqoriya:gundem / cemiyyet

Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...

Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Soçi görüşündən sonra Zəngəzur dəhlizi ilə bağlı proseslərin sürətləndiyi hiss olunmaqdadır. Ermənistan cəmiyyəti artıq ölkənin öz üzərindən Naxçıvana keçid verməsinin labüdlüyünü qəbullanmış görünür. Bu ölkənin mediasında Azərbaycanla kommunikasiyaların açılması müzakirə olunarkən Qərbi Zəngəzurdan Naxçıvana yolların açılması mütləq diqqətdə saxlanılır.

Qeyd edək ki, Soçi görüşündən sonra Aşqabada - İqtisadi Əməkdaşlıq Təşkilatı dövlət başçılarının görüşünə gedən Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin yalnız Cənubi Qafqaz deyil, Mərkəzi Asiya regionu üçün da dividentlər gətirəcəyini bəyan edib. Noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Görüşlə bağlı yayılan rəsmi məlumatdan aydın olur ki, prezidentlər Zəngəzur dəhlizini müzakirə ediblər. Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapmasının Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir.

Zirvədə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğulayıb: “Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tiflis-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür”.

Ermənistan mətbuatında Türkiyə və Azərbaycan prezidentlərinin Aşqabadda Zəngəzur dəhlizi ilə bağlı verdikləri açıqlamalar geniş müzakirə edilir.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Zəngəzur dəhlizi ilə bağlı yekun qərar bu həftə açıqlana bilər: “Soçi bəyanatında kommunikasiyanın bərpası ilə bağlı açıq qeydlər olmasa da, sənədin mətni və Putinin açıqlamalarından iki nəticə çıxır:

- Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi - Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttində nəzarət-buraxılış məntəqəsinin qoyulması cəhdi qəbul edilməyib: bəyanatda “9-10 noyabr və 11 yanvar razılaşmalarının bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik” qeydi bunu təsdiqləyir;

- Görüşdə yekun sənəddə qeyd olunmayan ciddi razılaşmalar əldə olunub və bu həftə açıqlanması gözlənilir;

Putin bildirdi ki, “Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”.

Mümkündür ki, liderlər Soçidə kommunikasiyanın qrafiki üzrə müzakirə aparıblar, çünki bu istiqamətdə əsas atılacaq addım da budur: məhz bunun təsdiqindən sonra nəqliyyat dəhlizlərinin açılması üzrə işlər başlanmalıdır və bununla həm də Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində yolun tikintisinə nə vaxt start veriləcəyi bəlli olacaq".

“Soçidə bununla bağlı razılaşma əldə olunub, lakin niyə yekun sənədə daxil edilməyib”? sualına gəlincə, A.Nərimanlının fikrincə, görüşə gəlməzdən öncə “böyük danışan” və “imkan verməyəcəyini” deyən Paşinyanın ölkəsində “linç edilməsi” nəzərə alınıb: “Hətta istisna deyil ki, Zəngəzur dəhlizinin istifadəyə veriləcəyinə qədər olan müddətdə İrəvan öz mövqeyində ”dayanacaq". Müəyyən məsələləri tam razılaşdırmağa ehtiyac var: bu, əsasən texniki məsələlərdir; Paşinyanın müavini, İşçi Qrupunun üzvü Mqer Qriqoryanın ötən həftə “ortaq məxrəcə gəlinib, lakin texniki məsələlərlə bağlı bir neçə variant var, hansı variantın işləyəcəyi ilə bağlı yekun razılaşma yoxdur” açıqlaması da bunu deməyə əsas verir.

İşçi Qrupu nə vaxt toplanacaq? Rusiya XİN-in sözçüsü Martiya Zaxarova noyabrın 3-də bildirmişdi ki, üçtərəfli İşçi Qrupunun noyabrın 29-da - bu gün (dünən-red.) toplanması nəzərdə tutulur. Zaxarovanın açıqlamasından sonra toplantı ilə bağlı ikinci bir açıqlama olmayıb, lakin bu həftə (bu gün olmaya da bilər) görüşəcəkləri bəllidir. Fors-major situasiya olmasa, üçtərəfli İşçi Qrupu bu həftə Soçi görüşündə kommunikasiyanın bərpası ilə bağlı açıqlanmayan razılaşmaları açıqlayacaq və bunun qrafiklə bağlı olacağı ehtimalı yüksəkdir. Prezident İlham Əliyevin Soçi görüşündən bir gün sonra - Aşqabad Zirvəsində “Zəngəzur dəhlizi reallığa çevrilir” sözləri və İƏT ölkələrini dəhlizdən istifadəyə dəvət etməsi də təsadüfi deyil".
“Yeni Müsavat”

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib