Xərçəngə yoluxan aktyorun SON ARZUSU

Tarix:29-11-2021, 14:45 Baxış Sayı:35 Kateqoriya:gundem / cemiyyet

  Xərçəngə yoluxan aktyorun SON ARZUSU

Xərçəng xəstəliyindən əziyyət çəkən və 6 gün əvvəl əməliyyat olunan aktyor Novruz Qartalın, vəziyyəti yaxşı deyil.

Bu barədə Bizim.Media-ya açıqlamasında qardaşı oğlu Elman Əliyev bildirib.

Əməkdar artistin hazırda xəstəxanada olduğunu deyən müsahibimiz əmisinin hələ də kirayədə qalmasından gileylənib:

“Novruz müəllim hər zaman qürurlu, vicdanlı və təmiz insan olub. O, dolanışığınıın çətin olduğunu, 55 ildir kirayədə qaldığını dilinə gətirməyib. Heç kimə bununla bağlı ağız açmaq istəməyib. 10 gün əvvəl səhhəti pisləşdi. Ayın 23-ü isə bağırsaqlarından əməliyyat olundu. Çox halsız və narahatdır. Danışa bilmir. Şəkərindən və ağrılarından əziyyət çəkir. Sabah və ya birigün evə buraxılmalıdır. Həkimlər xəstəliyi ilə bağlı ona çox az vaxt qoyublar. Bu müddət 15 gün, 3 və ya 5 ay da çəkə bilər. Amma çox istəyir və arzulayır ki, o dünyaya kirayədə qaldığı mənzildən yox, öz evindən köçsün”.

Elman Əliyev aktyorun maddi durum sarıdan da əziyyət çəkdiyini dilə gətirib:

“İllərdir ki, ailəsi ilə aylığı 400 manata yaxın mənzildə kirayədə yaşayır, müalicə xərclərini ödəməyə imkanları çatmır. Ömrünün 55 ilini sənətə həsr edib.

Pensiya ilə ailəsini güclə dolandırıb. Bu dolanışıqla necə ev ala bilərdi? Heç vaxt şikayətlənməyib və harasa müraciət etməyib. Amma indi çox xahiş edirik, aidiyyəti qurumlar onun bu günündə aktyora dəstək olsunlar. Sadəcə Novruz müəllimin evlə təmin olunmasına yardımçı olun. Ümid edirəm Mədəniyyət Nazirliyi bu məsələni nəzərə alacaq”.

Məlumat üçün bildirək ki, Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb.

1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib