Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO

Tarix:28-11-2021, 02:28 Baxış Sayı:47 Kateqoriya:gundem / cemiyyet

Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO

- Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Mehrac İntiqam oğlu Əhədovun şəhadətinin ildönümü qeyd olunmuşdur.

DİA.AZ xəbər verir ki, 26 nöyabr 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid Mehrac Əhədovun ailə üzvləri və qohumları, döyüş yoldaşları onun uyuduğu Qobustan qəbiristanlığındakı məzarını ziyarət etmişlər. Məzar ətrafına toplananlar şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək, Mehrac Əhədovun məzarı üzərinə əklil və gül dəstələri qoymuş, xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Daha sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olmuş, tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Mehracın xatirəsi anılmışdır.

Bulağın açılışında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, şəhid Mehrac Əhədovun valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edərək Allahdan onlara səbr diləmişlər. Çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq bildirmişlər ki, prezident-ordu-xalq birliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edilmiş, haqq-ədalət bərpa olunmuşdur.

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid Mehrac Əhədovun yağlı boya ilə çəkilmiş portretini xatirə olaraq atası İntiqam Əhədova təqdim etmişdir.

Şəhidin ailə üzvləri çıxış edərək hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib