Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...

Tarix:25-11-2021, 17:55 Baxış Sayı:81 Kateqoriya:gundem / cemiyyet

Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...

Rusiya baş nazirinin müavini, üçtərəfli İşçi Qrupda Rusiyanı təmsil edən Aleksey Overçukun Soçi görüşü ərəfəsində Bakıya gəlməsi və Prezident İlham Əliyevlə görüşməsi diqqətçəkən oldu. “Yeni Müsavat”ın xəbərinə görə, söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparılıb. İ.Əliyev bu sahədə göstərdiyi səylərə görə A.Overçuka təşəkkürünü bildirib.

Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsini verəcək. Overçuk Bakıdan İrəvana da gedib və burada da baş nazir Nikol Paşinyanla görüşüb. Overçukun səfərindən belə görünür ki, Bakını müzakirələrlə tanış etmək niyyəti olub. Gözlənilirdi ki, ilin sonuna qədər danışıqların məntiqi yekunu kimi kommunikasiya xətlərinin açılması istiqamətində ciddi addımlar atıla bilər. Ancaq Soçi və Brüssel görüşlərinin nəticəsindən asılı olaraq mülahizə yürütmək mümkündür. Bəs ekspertlər cəmi 8 iclas keçirən İşçi Qrupunun 10 aylıq fəaliyyəti haqda nə düşünürlər?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İşçi Qrupu nəticələri elan etməsə də, nəticəyə gətirə biləcək bir neçə variant üzərində ortaq məxrəcə gəliblər: “Variantların hər birini Soçidə üçtərəfli görüşdə müzakirə edəcəklər. Zənnimcə, onların fəaliyyəti o qədər də səmərəsiz deyil. Overçuk Əliyevlə və Paşinyanla da bu məsələləri müzakirə edib. Yəni kommunikasiyaların açılması Soçi görüşünün əsas məsələlərindən biridir. Eyni zamanda görüşdə sərhədlərin dəqiqləşdirilməsi müzakirə ediləcək. Rusiya xüsusən kommunikasiyaların açılmasında çox maraqlıdır”.

Q.Hüseynlinin sözlərinə görə, Rusiyada hesablayıblar ki, kommunikasiyaların bağlanması səbəbindən indiyə qədər 200 milyarddan çox pul itirilib: “Həmçinin bu məbləğə Ermənistanı saxlamaq, şose yolları, dəmir yolları daxildir. Sual yaranır ki, kiçik Ermənistana görə bu qədər vəsait itirməsinə dəyərdimi? Ona görə Rusiya səhvlərini anlayıb və bayaqkı astagəl addımlarından imtina edərək fəal hərəkətlərə başlayıb. Rusiya başa düşür ki, bu qədər zərər etməyə dəyməzdi. Bu mənada İşçi Qrupundan gözləntilər var və Moskva kommunikasiyaların açılmasında tələsir”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Overçuk il ərzində iki dəfə İrəvanda da olub: “Onun Bakıda və İrəvanda müzakirə etdiyi əsas mövzu regional kommunikasiya xətlərinin açılması olub. Aleksey Overçuk dəhliz ifadəsi işlətmir. O, son açıqlamasında erməni rəsmiləri kimi belə bir ifadə işlədib: ”Bütün kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir". Overçuk dəhliz əvəzinə “kommunikasiya xətləri” ifadəsini işlətdikdə və Ermənistanın Zəngəzurdan keçən dəmir yoluna və avtomobil yoluna nəzarət etməsi gərəkliyini dedikdə bununla bağlı Rusiya prezidentinin təlimatını yerinə yetirdiyini göstərir". E.Şahinoğlu hesab edir ki, əgər Ermənistan Kremlin dəstəyi ilə Zəngəzur dəhlizindən keçəcək nəqliyyat yollarına nəzarət etmək istəyirsə, biz də Moskva qarşısında Laçın dəhlizinin Azərbaycan sərhədçiləri və gömrük xidməti tərəfindən nəzarətə götürülməsi məsələsini qaldırmalıyıq.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, məqsəd Soçi görüşündə kommunikasiyanın açılması qrafiki üzrə imzalanacaq sənəd-bəyannamənin mətninin razılaşdırılması ola bilər. Təhlilçinin fikrincə, 1 mart tarixinə qədər hazırlanması və təsdiq üçün təqdim edilməsi nəzərdə tutulan qrafikin gecikməsi hazırda Bakı ilə yanaşı, Moskvanın da maraqlarına uyğun deyil: “Overçuku Bakıya gətirən səbəb qrafikin hazırlanması zamanı tarixlərin dəqiqləşdirilməsi ola bilər. Səfər həm də kommunikasiyanın açılmasında Bakı üçün prioritet olan Zəngəzur dəhlizi ilə bağlıdır. Putin kommunikasiyanın açılması prosesində əsas məsul şəxsini Əliyevlə görüşə göndərirsə, bu, məhz Azərbaycanla hansısa məsələləri dəqiqləşdirmələrə ehtiyac olması deməkdir. Rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, eləcə də Paşinyanın son açıqlamaları o versiyanı önə çıxarır ki, Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttində Ermənistanın istəkləri nəzərə alınıb və ruslar Bakıda bunu müzakirə edirlər. Bu az ehtimaldır, çünki məsələnin bu formada müzakirəsi əlavə problemlərə yol açacaq”.

Siyasi şərhçi güman edir ki, 10 noyabr razılaşmasının kommunikasiyaların açılması üzrə bəndi pozulacaq və məsələnin yenidən nəzərdən keçirilməsinə zəmin yaranacaq: “Bakı eyni şərtlərin - İrəvanın Zəngəzur dəhlizində yaratmaq istədiyi gömrük nəzarətinin Laçın dəhlizində də tətbiq edilməsini tələb edəcək, Rusiyanın bölgənin gələcəyi üzərində razılaşdığı Türkiyə də buna qarşı çıxacaq. Nəticə etibarilə proses uzanacaq və bu, Moskvanın bölgədəki maraqlarına uyğun görünmür. Bu baxımdan, Putinin nümayəndəsini Soçi görüşündən öncə Bakıya gətirən səbəb açıq olaraq qalır”.

Xatırladaq ki, İşçi Qrupu Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin bu ilin 11 yanvarında Moskvada imzaladığı razılaşmaya əsasən yaradılıb. Bu qrupun yaradılmasında məqsəd 10 noyabr (2020) bəyanatında nəzərdə tutulan kommunikasiya xətlərinin açılmasını təşkil etmək idi. Sonradan Ermənistanda keçirilən parlament seçkiləri bu İşçi Qrupunun fəaliyyətini dondurdu və yalnız avqustda yenidən onun fəaliyyəti bərpa olundu. Sonuncu belə görüş isə ötən ayın 20-də Moskvada keçirilib. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryan iştirak etdiyi toplantıda hər hansı irəliləyiş olduğu haqda məlumat yayılmayıb.

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib