Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"

Tarix:24-11-2021, 02:42 Baxış Sayı:58 Kateqoriya:gundem / cemiyyet

Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"

Bu gün Bakının bir çox mağaza, market və alış-veriş mərkəzlərində, xüsusən də qida sektorunda istehlakçılar aldadılır. Necə?
Yəqin ki, hamınız ərzaq və ya hər hansı bir məhsulu alarkən vitrində başqa, kassada isə başqa qiymətlə qarşılaşmısınız. Məsələn, gördüyünüz şokoladın qiyməti vitrində 8 manat yazıldığı təqdirdə, kassaya vurulan zaman çekdə 9 manat və ya bir az daha artıq yazıldığına şahid olmusunuz. Belə hal ilə qarşılaşan zaman iradınızı bildirkdə isə satıcılar vitrindəki məhsulların qiymətlərini dəyişməyi unutduqlarını və yaxud qiymət dəyişikliyinin dünən axşam edildiyini və bunun üçün hələ vitrin qiymətlərinin dəyişmədiyini bəhanə edərək "vəziyyətdən çıxmağa" çalışırlar. Siz isə ya deyilənlərə inanıb məhsulu alırsınız, ya da geri qaytarırsınız.

Və düşünün, hər gün sizin kimi yüzlərlə vətəndaş, eyni problemi yaşayır. Belə olan halda, niyə müvafiq quruma şikayət etmirsiniz? Və yaxud vitrinlərdə istifadə müddəti keçmiş məhsullarla qarşılaşırsınız, reaksiyanız necə olur? Əlbəttə ki, həmin məhsulu sizə satmağa çalışmasalar, heç bir reaksiya göstərmirsiniz. Əslində isə "birimiz hamımız üçün" prinsipinə əsaslanaraq şikayətlərinizi dilə gətirməlisiniz.

"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirir ki, əksər hallarda marketlərin vitrinlərində məhsulların qiymətləri aşağı, kassada-scanerdə isə qiymət baha vurulur. E.Hüseynov qeyd edir ki, bununla bağlı onların təşkilatına çox şikayətlər edilir.

"Alıcının hüququ var ki, o, vitrində gördüyü qiyməti tələb etsin. İstehlakçılar belə hallarla qarşılaşdıqları zaman 195 (2) yığaraq İqtisadiyyat Nazirliyinə, köhnə və ya istifadə müddəti keçmiş məhsullarla qarşılaşdıqları zaman isə 1003 telefon nömrəsinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər. Belə olan halda onların şikayətləri araşdırıla bilər. Mən hələ bir dəfə də olsun görməmişəm ki, vitrində qiymət yuxarı, çıxışda-kassada aşağı olsun. Yəni belə halla heç qarşılaşmamışam. Əksər hallarda satıcılar qiymət dəyişikliyini unutduqlarını, bu səbəbdən vitrinlərdə qiymətləri dəyişmədiklərini və s. bəhanə edirlər",- deyən ekspert vurğulayır ki, istehlakçılar bu yolla aldadıdılır. "Azad İstehlakçılar Birliyi" isə bu kimi halların qarşısını almaq üçün mübarizə aparır. Ancaq təkcə bir QHT-nın bu istiqamətdə mübarizə aparması, təbii ki, kifayət etmir. Elə bu səbəbdən də, hər kəs qarşılaşdığı hadisəyə biganə qalmamalıdır. Əgər market və mağazalarda sizi aldatmağa, sizə vaxtı keçmiş məhsulları satmağa çalışırlarsa, siz niyə buna narazı olmayasınız.

Düzdür, Azərbaycan vətəndaşı, çox zaman gördüyünə göz yummağı bacarır. Amma icazə verməyin ki, gözünüz görə-görə sizi aldatsınlar.
Bizimyol.info

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ