“Türkiyənin bütün növ silahlı qüvvələri təcili Azərbaycana gəlməli və bütün sərhədboyu yerləşdirilməlidir” - Deputat...

Tarix:21-11-2021, 06:12 Baxış Sayı:83 Kateqoriya:gundem / cemiyyet

“Türkiyənin bütün növ silahlı qüvvələri təcili Azərbaycana gəlməli və bütün sərhədboyu yerləşdirilməlidir” - Deputat...

"Kəlbəcərdə və Laçında gedən döyüşlər əslində terrordur. Bu 10 noyabr 2020-ci il bəyanatının bütün mahiyyəti və məqsədinə tamamilə ziddir. Ermənistan təslim olmaq istəmir, Azərbaycanla münasibətlərini normallaşdırmaq fikrində deyil".
Kanal.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı son erməni təxribatı haqda danışarkən deyib. Deputat bildirib ki, Ermənistan regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil:
“Ola bilsin ki, Paşinyan bu niyyəti ortalığa qoyur, lakin o, erməni olduğu üçün bir neçə istiqamətli oyunun içərisindədir. Dünya erməniliyi heç bir halda Azərbaycanın bu qələbəsini qəbul və həzm etmək istəmir və həzm edə də bilmir. Eyni zamanda da, dünya erməniliyinin təsiri altında olan erməni lobbisi ən müxtəlif vasitələrlə müharibənin yenidən qızışmasında maraqlı görünür”.
Fəzail Ağamalı ermənilərin təxribatlarının qarşısını almaq üçün qardaş Türkiyə hərbçilərinin də prosesə cəlb edilməsini təklif edib:
“Azərbaycanın Silahlı Qüvvələri yüksək peşəkarlıqla istənilən terror hərəkətlərinin qarşısını almağa qadirdir. Müharibədən keçən zaman kəsiyində biz daha da güclənmişik. Bütün dünya ermənilərin yanında yer alan və almayan bütün dövlətlər Azərbaycanın 44 günlük müharibədə gücünü, qüdrətini, Ali Baş Komandanın yüksək sərkərdəlik bacarığını, vahid diplomat olduğunu bir daha yəqin etdi. Türkiyə də bu gün Azərbaycanın yanındadır. 15 iyun Şuşa bəyannaməsi Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana gəlişi üçün geniş imkanlar açır. Mənə belə gəlir ki, bu mürəkkəb vəziyyətdən ölkə prezidenti, Ali Baş Komandan bir daha çıxacaqdır. Ermənilərin bu hərəkətlərini qarşılamaq üçün ciddi tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin içərisində məncə, Türkiyənin təcili olaraq bütün növ silahlı qüvvələri Azərbaycana gəlməli və bütün sərhəd boyu yerləşdirilməlidir. Yəni Azərbaycanın əlbəttə, özünün kifayət qədər imkanları var, ancaq bununla bərabər hadisələrin içərisində təkcə Ermənistan görünmür. Artıq bütün istiqamətlərdə sərhəd boyu Ermənistan tərəfindən atəşkəs səsləri eşdilir. Həm Tovuzda, Ağstafada, Gədəbəydə, Laçında və həm də Kəlbəcərdə baş verən hadisələr hər kəsə bəllidir. Ona görə də mənə belə gəlir ki, biz bütün sərhəd boyu Ermənistanda revanşistləri dəstəkləyən qüvvələrin qarşısını almaq üçün 44 günlük Vətən müharibəsində olduğu kimi, Türkiyənin imkanlarından yararlanmalıyıq. Ağstafadan başlamış Kəlbəcərə qədər Ermənistanla bütün sərhəd boyu qoşunlarımızın içərisində qəhrəman Məhmətciklərimiz də olmalıdır. Məncə, bu gedən proseslərə bizim maraqlarımız baxımından kifayət qədər müsbət təsir göstərər. Beləliklə, Ermənistan bu cür avantüraya, təxribatlara və terrora yol verməz və onun arxasında olan qüvvələr də bu amildən özü üçün ciddi nəticə çıxara bilərlər”

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ