Putinsiz Rusiya: Azərbaycana, yoxsa Ermənistana sərfəli olacaq? - GƏLİŞMƏ

Tarix:20-11-2021, 23:52 Baxış Sayı:69 Kateqoriya:gundem / cemiyyet

Putinsiz Rusiya: Azərbaycana, yoxsa Ermənistana sərfəli olacaq? - GƏLİŞMƏ

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Rusiyanın başında Putin durmasaydı, Rusiyanı paramparça edəcəkdilər. Bu barədə o, “Naçanalnaya Oborona” (“Milli Müdafiə”) jurnalına müsahibəsində deyib.
Lukaşenko haqlıdırmı? Putindən sonrakı Rusiyanın taleyi necə görünür? Putinsiz Rusiyanın Azərbaycana, Qarabağa münasibətində kardinal dəyişiklik mümkünmü?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Putini Rusiyanın keçmiş rəhbəri Yeltsinlə müqayisə etdi: “Rusiya kimi dövlətlərdə hakimiyyətdə kimin olmasının fərqi yoxdur, hər şey ”dərin dövlət" deyilən qurum tərəfindən idarə olunur. Rusiya imperiya ambisiyaları ilə idarə olunur. Bu siyasətin dəyişməsinin artıq vaxtı çatıb, amma orada bunu hələ başa düşmək istəmirlər. Amma bir şey var ki, bütün imperiyalar kimi Rusiyanın sonu yaxınlaşır. Ölkədə də dəyişikliklərlə bağlı ciddi ictimai rəy formalaşıb. Putin bu proseslərin qarşısı süni yollarla alınır.

Sovet imperiyasının son rəhbərlərindən Andropov “ vintləri möhkəmlətməyə” cəhd etdi , amma nəticə olmadı. Rusiyanın yenilınməsi Putindən sonra hökmən başlayacaq. Rusiya imperiya, o cümlədən, hegemonluq siyasətindən imtina edəcək, öz sərhədləri ilə kifayətlənməli olacaq, qonşu ərazilərə təsir imkanlarını itirəcək. Azərbaycan yeni şəraitdən daha çox yararlanan ölkələrdən olacaq. Azərbaycan regionun liderinə çevrilib, kənar təsirlər olmadığı təqdirdə uğurlu siyasət yeridəcək, maraqlarını təmin edəcəkdir".

Siyasi analitik Asif Nərimanlı isə bunları dedi: “Yeltsin Rusiyası imperiya hədəflərinə nail ola bilmədi, xüsusilə çeçen müharibələrində göstərdiyi zəiflik onun Rusiyanın imperiya maraqlarına adekvat olmadığını təsdiqlədi və Putinin gəlişi də məhz buna hesablanmışdı. Putinin Qroznı planı, ”Moskva teatrı" gedişi, “beş günlük müharibə”, ən sonda Krımı ilhaq etməsi Rusiya imperiya maraqlarına xidmət edirdi, həm də onun şəxsiyyətinin bu maraqlara adekvat olmasından qaynaqlanırdı. Lukaşenko müəyyən mənada haqlıdır, əgər Putin, yəni rus imperiya maraqlarını bu qədər sərt formada tətbiq edən şəxs gəlməsəydi, Rusiya üçün nəticələr heç də yaxşı olmayacaqdı. Bu baxımdan Rusiya “dərin dövləti” Putin sonrası dövrə məhz SSRİ-nin dağılması ilə başlanan Yeltsin dövründən çıxardığı dərslərə uyğun hazırlaşır, yəni imperiya maraqlarını qorumağı bacarmayacaq şəxsin hakimiyyətə gəlişinə imkan verilməyəcək. Putinin varisi olaraq adları hallanan müxtəlif şəxslər də kənarda yox, mövcud hakim elitanın daxilindəndir. Putinsiz Rusiyanın bizə sərf edib-etməməsi məsələsinə əslində imperiya maraqları olmayan Rusiyanın sərf etməsi kontekstində yanaşmalıyıq. Lakin Rusiyada demokratiyanın olmayacağı reallığı da məlumdur. Putin getsə belə, yerinə imperiya maraqlarını düşünən şəxs gələcək. Hətta Putinin opponenti olaraq qəbul edilən Navalnı belə Krımın ilhaqına haqq qazandırır. Putinsiz Rusiyanın Azərbaycana, ümumilikdə bölgəyə yanaşmasında radikal dəyişiklik gözlənilən deyil. Burada vacib məsələ Rusiyanın maraqlarının bizim maraqlarımıza uyğunlaşdırılmasıdır. II Qarabağ müharibəsi və sərhəddə baş verən son hadisələrdə Azərbaycan rəhbərliyi bunu ustalıqla edə bilir. Əslində praqmatik siyasət də bunu tələb edir. İmperiya maraqları Rusiya siyasətinin ana xətti olaraq qalacaq və biz bu şərtlərdə öz maraqlarımızı müdafiə etmək məcburiyyətindəyik".

Politoloq Niyaməddin Orduxanlı öncə bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin Rusiya ilə apardığı siyasət çox yüksək səviyyədə təşkil edilir: “Söhbət ikitərəfli, qonşuluq siyasətindən gedir. Bu baxımından bunun çox yüksək qiymətləndirməliyik. Rusiya bu gün həm Azərbaycanı, həm də Türkiyəni özünün yaxın dost müttəfiqi kimi görür. Və bunun nəticəsi idi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Rusiyanın tam neytrallığını təmin etmiş oldu. Biz uzun illərdir Putinin necə prinsipial bir siyasətçi olduğunun şahidiyik. Prezidentlərin də xarakteri çox mühüm rol oyanır. SSRİ birinci şəxsi olan Qorboçuvun necə zəif bir xarakteri malik olması səbəbindən, böyük bir imperiyanın dağıldığının şahidi olduq. Bu baxımından ola bilsin ki, Lukaşenko haqlıdır. Putindən sonra Rusiyanın hansı vəziyyətə düşməsinə və ya Rusiyanın Azərbaycana münasibətinə, bu gələcəyin baş vermiş hadisəsidir. Heç kimi indidən hansı istiqamətdə proseslərin baş verəcəyini proqnozlaşdıra bilməz, gözlənilən ehtimallar baş verə və ya əksi də ola bilər. Ancaq inanmıram ki, Rusiyanın rəhbərliyinə gələn şəxs ikitərəfli əməkdaşlıq edən və hər zaman prinsiplərinə sadiq qalan Azərbaycan və Türkiyə ilə münasibətlərinin korlanmasına cəhd etsin. Tarixdə hər zaman sürüşkən mövqe ilə tanınan bir necə milyonluq erməniyə görə, dərin düşüncəli şəxs heç zaman böyük potensiala malik qardaş Türkiyə ilə Azərbaycanla münasibətlərinin pozulmasını istəməz”.

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ