"Bu da Kəlbəcərin bərpasına başlanğıc nöqtəsi oldu"

Tarix:20-11-2021, 01:17 Baxış Sayı:112 Kateqoriya:gundem / cemiyyet

"Bu da Kəlbəcərin bərpasına başlanğıc nöqtəsi oldu"

Bir il əvvəl noyabrın 25-də Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunu işğal etdilər.

Nəticədə rayon mərkəzi ilə birgə 1 qəsəbə, 145 kənd və 55 inzibatiərazi dairəsi işğal olundu, onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Ermənistan burada müxtəlif yerlərdən gələn erməniləri məskunlaşdırmağa başladı.

Nəhayət ki, keçən il noyabrın 10-da imzalanan üç tərəfli sazişə əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcərin işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Bundan sonra rayonda bərpa və quruculuq işlərinin aparılmasına başlanıldı.

Kəlbəcər yenidən bərpa edilərək yaxın illərdə Azərbaycanın ən gözəl və səfalı rayonları sırasında olacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il avqustun 16-da işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular. Səfər zamanı Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Bu da Kəlbəcərin bərpasına başlanğıc nöqtəsi oldu.

Artıq Kəlbəcərin bərpası üçün infrastruktur layihələrinin planlı şəkildə icrasına, inzibati binaların, sosial obyektlərin, yollar və digər obyektlərin inşasına start verilib. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin, Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək yeni Kəlbəcər-Laçın avtomobil yolunun təməli qoyulub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı olub.

Bu gün işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Kəlbəcərdə də bərpa-quruculuq işləri böyük sürətlə davam edir. Əminik ki, Kəlbəcər rayonu yaxın gələcəkdə Azərbaycanın ən zəngin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir.

Fuad Heydər
YAP Səbail Rayon təşkilatının əməkdaşı

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ