Biz hara gedirik...

Tarix:2-11-2021, 23:55 Baxış Sayı:135 Kateqoriya:gundem / cemiyyet

Biz hara gedirik...

Dənizlə bağlı əfsanələr, hekayələr, şeirlər və s. əksər hallarda fantastik, mifik xarakter daşısa da, daim insanın mənəvi dünyasını zənginləşdirməyə xidmət etmişdir.
Qədim dövrlərdən, antik yunan ədibi Homerin " İliada ", " Odisseya”, “Dionisin" əsərlərində dəniz və dənizçilər haqqında məlumat verilir, həmçinin həmin əsərlərdə, məsələn “Odisseya” poemasında Finikiya piratlarından,”Dionisin” poemasında Etrussk piratlarından ( ədəbiyyata da bu sözü ilk dəfə Homer gətirib) söz açılır, dəniz və dənizçilər haqqında təsvir olunan lövhələr, Оdisseyin iki dağ arasında (Silala və Çarib) gəmini xilas etmək üçün mümkün üsullara əl atması bu gün də böyük maraq doğurur, bu sahədə çalışan insanlara cəsurluq, mərdlik nümunəsi aşılayır.
Buradan hasil olan məntiqi nəticə ondan ibarətdir ki, istər antik, istərsə də müasir dövrdə olsun, bu sahədə çalışan insanların həyatının əhəmiyyətli hissəsi okeanlarla, dənizlərlə, körfəzlərlə, bir sözıə, sularla sıx şəkildə bağlıdır.
Qədim dövrlərdən bu günə qədər insan həyatının ayrılmaz hissəsi olan su insanlara ruh verib, ilham verib, bir sözlə yaşamağına , fəaliyyət göstərməyinə təkan verib.
“Dəniz qəhrəman anadır, yəni övladı çoxdur”-deyənlər qətiyyən yanılmayıblar.
Bu yazımda məqsədim, şəninə şeirlər, mahnılar qoşulub, nağıllar, əfsanələr uydurulan dəniz və onun gözəlliklərini sizə təsvir etməkdən ibarət deyil, burada məqsəd və məramım başqadır.
Dəfələrlə su pərilərindən, digər sualtı varlıqlardan, bizdən əvvəlki sivilizasiyanın "toxumluq” saxlanılmış azsaylı atlantlarından çox yazılıb, çox danışılıb.
Mən isə sizə su pərilərindən, atlantlardan tam fərqli, elə bizim kimi doğulmuş, amma özlərinə məskən olaraq dənizləri seçmiş dəniz quldurlarından, yəni piratlardan söz açacağam.
Eradan əvvəl Qara Dəniz əsas ticarət yolu hesab edildiyi üçün ilk piratlar da məhz bu dənizdə baş qaldırıblar.
Tarixdə bir çox hökmdarlar, – Yuli Sezardan başlayaraq, kral Artura kimi piratlarla müqavilə bağlayaraq, onların quldurluqla əldə etdikləri qənimətləri sayəsində ordularını gücləndiriblər.
Tarixdə, həmçinin, müxtəlif su bölgələrini əhatə edən piratların öz adları olub:
Tevkrlər (e.ə XV-XI əsrlərdə), Dolopiylər ( antik yunan piratları), Uşkuyniklər ( XV əsrdə, əsasən Volqa çayında məskunlaşmışlar), Berberlər və ya qara piratlar (Afrikalı piratlar-Aralıq dənizini nəzarətə götürmüşdülər), Bukanirlər (XVII əsrə aid olan quldurlar, bütöv Sakit Okeanı nəzarətlərində olub) və s.
Həmin əsrdə bir sıra digər pirat birləşmələri də mövcud olmuşlar, onlar, bəzi mənbələrin məlumatlarına görə, ingilis və fransız kralları ilə müqavilə bağlayıb sularda soyğunçuluq etmək üçün hətta rəsmi lisenziya da alıblar.
Tarixi mənbələrin məlumatlarına istinadən deyə bilərik ki, quldur dəstələrinin hər birisi bir düşmən ölkəyə yönəldilirdi. Onların gəmilərinin qənimi idi.
Piratlar XX və XXI əsrdə də olublar və hazırda da mövcuddular. Təkcə Somali piratlarını xatırlatmaq yerinə düşər ki, sizdə müasir dəniz piratçılığı haqqında müəyyən fikir formalaşsın .
Nə üçün Somali dövləti müasir quldurların bazasına çevrildi və nə üçün XXI əsrin quldurları məhz Somalini seçdilər?
Əslində, bu məsələnin dəqiq təhlilini aparsaq, dəniz soyunçuluğunu təkcə Somalinin də ayağına yazmaq doğru yanaşma deyil, bələ ki, bu gün Cənub -Şərqi Asiyada, Malakka Boğazında, İndoneziyanın ərazi sularında( bu ölkənin ərazisi olan Adang körfəzi, Anambas suları və xüsusilə oradakı Natuna adası, Balıkpapan, Belevan, Bontang və sair coğrafi məkanlar dəniz quldurlarının məskənləridir),piratçılıq geniş kök salmışdır. Bu müstəvidə ən pis və qorxunc vəziyyət İndoneziyadadır..
Qeyd etmək yerinə düşərdi ki, dənizçilərin təhlükəzliliyi üçün beynəlxalq dəniz təşkilatları bütün gəmilərə xəbərdarlıq edib ki, məhz burada – Malakka boğazının İndoneziya sahillərində məcbur qalmadıqda, dərin məcburiyyət olmadıqda limanlarda lövbər salmaqdan çəkinsinlər.
Belə ki, Şimali Sumatra ərazisi, Aceh sahilləri, Belavan suları ticarət gəmiləri üçün çox riskli və təhlükəli bölgələrdir.
İndoneziya ilə yanaşı, bəzən Malayziya sahillərində də gəmilər quldur basqınlarına məruz qalırlar.
Nigeriya sularında kifayət qədər peşəkar quldur dəstələri piratçılıqla məşğuldur.
Qvineya körfəzində Liberiya bayrağı altında üzən, Türkiyəyə məxsus “MV Mosart” adlı konteyner gəmisinə hücum edən dəniz quldurlarının 19 heyət üzvündən birinin, azərbaycanlı mühəndis, həmyerlimiz Fərman İsmayılovun öldürülməsi, heyətin 15 üzvinin isə qaçırması, yəqin ki, hər birimizin yaddaşında xoş olmayan, dərin kədər və məyyusluğumuza səbəb olan izlər buraxıb.Yeri gəlmişkən Fərman İsmayılovun ailəsinə Allahdan səbr diləyirəm.
Ən pis hal da odur ki, bu xoşagəlməz hadisə o qədər də sahildən gözdən uzaq yerdə baş verməyib, Nigeriya sahillərindən az uzaqlıqda baş verib.
Amma təəssüf ki, körfəzin sahilə bu qədər yaxın sularında quldurluq hallarının qarşısını alacaq hər hansı təhlükəsizlik sistemi mövcud deyil.
Göründüyü kimi, Somali bu sahədə yeganə ölkə deyil,ancaq dəniz quldurluğu ən geniş yayıldığı ölkə bu gün üçün məhz Somali sayılır.
Yaşadığımız əsrin, yəni XXI əsrin əvvəllərindən bu günədək dünyanın 62- dən artıq ölkəsinin gəmiləri dəniz quldurlarının hücumlarına məruz qalmışdır.
Bu gün dənizçilərin həyatını ciddi risk və təhlükə altında qoyan yüzlərlə qrup piratçılığla məşğuldur. Təbii ki, beynəlxalq qurumları hərəkətə gətirmək üçün, bu çox ciddi məsələdir.
İlin başa çatmasına hələ bəlli aylar qalmasına baxmayaraq, Somali quldurları müxtəlif ölkələrin 30 -dan çox gəmisini ələ keçiriblər.
Diqqətinizə bir neçə gün öncə, yəni 01.11.2021-ci il tarixdə Golf of ADEN dənizində, Oman ölkəsinə yaxın sularda, M/v Al HAuf gəmisində baş vermiş bir hadisəni çatdırmaq istəyirəm.
Növbəti səfər zamanı peşə borclarını yerinə yetirərkən Oman sahilərinə yaxın sularda kiçikhəcmli pirat gəmisi, sözügedən gəmiyə yaxınlaşaraq gəmini saxlamaq əmrini veriblər.
Capitan əmrə tabe olmayaraq, yolunu davam etdirib. Bu zaman gəmi atəşə tutulub.
Gəmi heyəti həyəcan siqnalı verərək, kömək istəyiblər.
Gəmi heyətinin əmrə tabe olmaq istəmədiyini hiss edən dəniz quldurları, gəmini daha iriçaplı silahlardan atəşə tuturlar.
Gəminin idarə olunma göyərtəsini raketlə vururlar, körpüsünü dağıdırlar.
Gəmi heyəti gəmini dayandırmadan təhlükəli zonadan uzaqlaşıblar.
XXI əsrin artıq 3-cü onilliyinə qədəm qoyduğu bir dönəmində ticarət gəmiləri belə hadisələrlə hələ də üz –üzə qalırlarsa, onda belə bir sual yaranır- kimdir bu quldurlara gəmilərin dəqiq koordinatlarını verənlər, onları silahla təmin edənlər , dənizcilərin həyatını ciddi risk və təhlükə altında qoyanlar? Yoxsa onlar da VII əsrdə yaşamış sələfləri kimi sularda soyğunçuluq etmək üçün, hansısa ölkələrlə müqavilə bağlayıb, rəsmi lisenziya alıblar. Onda belə çıxır ki biz tərəqqiyə doğru deyil, tənəzüllə doğru gedirik...
Yaxşı olardı ki, dünya okeanında üzən yük gəmilərində, nəhəng neft tankerlərində silahlı mühafizə dəstələri təyin edilsin, gəmi heyətinin təhlükəsizliyi üçün ən azından ekipaj üzvlərini qanuni şəkildə silahlandırsınlar ki, quldur hücumlarına məruz qaldıqda özlərini qoruya və ailələrinə sağ- salamat qayıda bilsinlər..
Ən azından biz dənizcilərin bilmək haqqımız var ki, hara, nə üçun və necə gedirik...
Beynəlxalq miqyasda dəniz quldurluğuna qarşı təsirli tədbir görülmədiyi üçün, hücum faktları ildən-ilə artır.
Sual olunur insanları quldur olmağa vadar edən səbəb nədir?...
Sualın cavabını isə Sizin müzakirənizə təqdim edirəm…
Maraqlı cavablar bu aspektdə olan növbəti yazılar üçün əsas obyekt ola bilər.
Çətin və çətin olduğu qədər də şərəfli peşənizdə Sizə təhlükəsiz səfərlər arzulayan

Uzaq səfərlər kapitanı
Nazim Həbibov

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ