Nərimanov rayonunda Vətən müharibəsinin şəhidi Sənan Şahin oğlu Abdullayevin doğum günü qeyd olunub

Tarix:1-11-2021, 06:08 Baxış Sayı:41 Kateqoriya:gundem / cemiyyet

Nərimanov rayonunda Vətən müharibəsinin şəhidi Sənan Şahin oğlu Abdullayevin doğum günü qeyd olunub

Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində, tarixi Zəfərin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Abdullayev Sənan Şahin oğludur.

DİA.AZ xəbər verir ki, 01 noyabr 2021-ci il tarixdə şəhid Sənan Abdullayevin doğum günü ilə bağlı ilk öncə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İH-nin kollektivi, şəhid Sənan Abdullayevin ailə üzvləri, rayonun digər şəhid ailələri II Fəxri Xiyabana gəlmiş, onun məzarını ziyarət edərək əklil qoymuş, xatirəsini dərin ehtiramla yad etmişlər. Daha sonra digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirələri yad edilərək məzarlarına güllər qoyulmuşdur. Çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək, Sənan Abdullayevin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edərək, Allahdan onlara səbir diləmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Abdin Fərzəliyev dövlət və xalq birliyinin yaratdığı dəmir yumruğun düşmənin başını əzdiyini və qorxulu kabusuna çevrildiyini söyləmişdir. Qeyd edilmişdir ki, Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, Sənan Abdullayevin də göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə qəhrəman şəhidimiz "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Sonra şəhid Sənan Abdullayevin doğum günü ilə əlaqədar onun təhsil aldığı E.İsaqzadə adına 37 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilmiş, onun adını daşıyan sinif otağının açılışı olmuşdur. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmış, Şəhid Sənan Abdullayev adına sinif otağında şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilmiş, müəllim və sinif yoldaşlarının onunla bağlı xatirələri dinlənilmişdir. Tədbirdə çıxış edənlər öz qanı ilə şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Sənan kimi oğulların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırmışlar. Sonra şagirdlər arasında Sənan Abdullayevin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmişdir. 30 nəfər şagirdin qatıldığı şahmat turnirinin qalıblərinə şəhid Sənan Abdullayevin atası Şahin Abdullayev tərəfiindən mükafatlar təqdim edilmişdir. Turnirin sonunda şəhidin atası Şahin Abdullayevə turnirin “Xatirə diplomu” və Dövlət Bayrağı təqdim olunmuşdur.

Şəhidin atası Şahin Abdullayev çıxış edərək övladı ilə qürur duyduğunu bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ