Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək

Tarix:18-10-2021, 03:11 Baxış Sayı:15 Kateqoriya:gundem / cemiyyet

Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək

Azərbaycanın qismətinə bir əsrdə 2 dəfə suverenlik əldə etmək düşdü. İlk dəfə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşamışdı. Sovet İmperiyasının tərkibində olan digər Respublikalar kimi Azərbaycan da 90-cı illərin əvvələrində SSRİ-nin tərkibindən çıxdı. Sovet İmperiyası dağıldı və Azərbaycan ikinci dəfə öz milli müstəqilliyini bərpa etdi, qazandı. Bu müstəqilliyi Azərbaycan xalqı öz canı, qanı bahasına qazandı. Onu nə tank, nə tüfəng qorxuzdu. 1991-cı ildə Azərbaycanın igid, vətənpərvər övladları Bakıya gələn tankların qarşısına sinəsini sipər etdi. Həmin gün minlərlə insan küçələrə axışdı.

Öz azadlığını kimsəyə verməyən qəhrəman vətən övladları vətən üçün, milli azadlıq üçün canını verdi. Bəli, Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyi öz canı, qanı bahasına qazandı.

Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilmişdir. Həmin aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir.

29 dekabr 1991-ci il tarixdə ümumxalq səsvermə zamanı əhalinin 95 faizi səsvermədə iştirak etmişdi. Azərbaycan vətəndaşları yekdilliklə dövlət müstəqilliyinə səs verdilər. Artıq Azərbaycanın müstəqilliyini dünya dövlətləri tanıdı.

Azərbaycanın Dövlət müstəqilliyi ilk olaraq noyabrın 9-u 1991-ci ildə Türkiyə Respublikası tanıdı, 11 dekabr 1991-ci ildə Rumıniya Respublikası, dekabr ayının 13-də Pakistan, 23-də İsveçrə, 25-də isə İran İslam Respublikası. Amerika Birləşmiş Ştatları müstəqiliyimizi 1992-ci il yanvarın 23-də tanıdı, Rusiya isə 1992-ci ilin aprel ayının 10-da. Ardınca digər ölkələr də müstəqilliyimizi tanımağa başladı.

1992-ci ilin mart ayının 2-də Azərbaycan artıq müstəqil dövlət olaraq Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edildi.

Yenicə müstəqilliyi qazanan ölkəmiz o vaxtkı səriştəsiz rəhbərlərin ucbatından yenidən müstəqilliyi itirmək təhlükəsi ilə üzləşdi. Səhv siyasət vətəndaş qarşıdurmasına gətirib çıxartdı. Bir yandan siyasi çəkişmələr, qarşıdurmalar, digər tərəfdən isə Rusiyanın dəstəyi və köməyi ilə quldur, vəhşi ermənilərin Qarabağa və ətraf rayonlara basqın etməsi, işğalı xalqı çıxılmaz vəziyyətdə qoydu. Bu ağır günlərdə yalnız ümid Heydər Əliyevə idi, xalq onu istədi. Yalnız o xalqı bu çıxılmaz vəziyyətdən çıxara bilərdi.

Xalqın xilaskarı, böyük siyasətçi Heydər Əliyev yenidən hakimiyyətə gəldi və xalqını bu ağır vəziyyətdən çıxartdı.

Nəhayət 30 il sonra Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik, çünki o torpaq bizim əzəli tarixi torpağımızdır. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır”.

Azərbaycan öz torpaqlarını, minlərlə tarixi-mədəni abidələrini azad etdi. Xudafərində bayrağımız yenidən dalğalandı. Bu müstəqilliyimizin bərpası gününə ən dəyərli ərməğanlardan biri idi. Xudafərin bir nəfər şəhid verilmədən azad edildi.

Azərbaycan öz müstəqiliyini daha da möhkəmləndirəcək, gələcək nəsillər əmin-amanlıq şəraitində yaşayacaq. Respublikamız dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ