Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”

Tarix:17-10-2021, 23:59 Baxış Sayı:17 Kateqoriya:gundem / cemiyyet

Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”

Dünən Ermənistanın doqquz icmasında yerli özünüidarə orqanlarına seçkilər keçirilib - Ağsaqqallar və Bələdiyyə Başçıları Şurasının üzvləri seçilirdi.

Ermənistan mətbuatı yazır ki, Gorisdə hazırda həbsdə olan müxalifət namizədi Aruş Aruşanyan, baş nazir Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş Müqaviləsi" partiyasından olan namizəd Vladimir Abuntsu böyük fərqlə məğlub edib. İlkin məlumatlara görə, "Aruş Aruşanyan" bloku 6.254, "Vətəndaş Müqaviləsi" isə 3.290 səs toplayıb.

Sünik bölgəsindəki Goris şəhərinin (Qərbi Zəngəzur) bələdiyyə başçısı Aruş Aruşanyan bu ilin iyulunda həbs edilib.
O, səsvermənin məxfiliyini pozmaqda və səsvermə hüququnun həyata keçirilməsinə mane olmaqda ittiham olunur. Aruşanyan Nikol Paşinyan hökumətini Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə bağlı açıq şəkildə tənqid edirdi.

Maraqlıdır, Zəngəzur dəhlizinin açılmasının gündəmə gəldiyi vaxtda bu seçki Ermənistandakı vəziyyətin gərginləşməsinə səbəb ola bilərmi?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən Elşən Manafov bildirib ki, bu proses Ermənistanda hakimiyyət və müxalifət arasında Paşinyanın xeyrinə olmayan vəziyyətin yaranmasına yol aça bilər:

“Hərçənd ki, parlamentdə hakimiyyət və müxalifət arasındakı qüvvələr nisbətində kifayət qədər üstünlük Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının xeyrinədir.Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutulduğu bir vaxtda bölgədə qiyamçı polkovnikin qalib gəlməsi Paşinyana müəyyən narahatçılıq yarada bilər.Ümumiyyətlə, Moskva görüşündən sonra hadisələrin bu formada cərəyan etməsi Rusiyanın Paşinyan iqtidarına müəyyən mesajları kimi qəbul olunmalıdır. Çünki Rusiyanın birmənalı mövqeyinə baxmayaraq Paşinyan hələ də kommunikasiya xətlərinin açılması ilə bağlı qəti mövqe nümayiş etdirmir və bilərəkdən bu məsələnin həll olunmasını uzadır.

Hər halda onun qərbyönümlü siyasətçi olması hər kəsə məlumdur. Düşünürəm ki, Ermənistan ordusunda güclənməkdə olan narazılığın arxasında da, Rusiyanın xüsusi xidmət orqanları dayanır. Ona görə də Paşinyan qısa zaman ərzində hadisələrin hansı istiqamətdə gedəcəyi ilə konkret qərarlar qəbul etməsə, bu, müxalifətin daha da fəllaşmaşmasına və narazı kütlənin küçələrə çıxmasına səbəb olacaq”.

Politoloq onu da əlavə edib ki, mövcud vəziyyətdə Nikol Paşinyanın xalqın iştirakı ilə devrilməsi mümkün deyil:
“Çünki Ermənistandakı son seçkilərdə seçicilərin mütləq əksəriyyəti ona səs vermişdi. Paşinyan 44 günlük müharibədəki məğlubiyyətdə görə birbaşa məsuliyyət daşısa da, ölkəni korrupsiya bataqlığından çıxaracağına dair vədlər verdiyi və qərbyönümlü siyasətçi olması onun nüfuzuna ciddi təsir göstərir.Xalq başa düşür ki, Rusiya Ermənistana Qərbin təklif etdiyi kreditləri və yüksək texnologiyalar verə bilmir. Rusiya nəyin bahasına olursa-olsun Ermənistanı öz təsir dairəsində saxlamaqdır. Sadəcə olaraq, Ermənistan ordusunda narazılıq güclənərsə, Paşinyanı hakimiyyətdən göndərmək mümkün ola bilər”.

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ