"O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov

Tarix:17-10-2021, 23:58 Baxış Sayı:16 Kateqoriya:gundem / cemiyyet

  "O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov

“18 Oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası haqda Konstitusiya Aktının Ali Sovetdə qəbul edilməsi ərəfəsində Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki SSRİ-nin o vaxtkı və sonuncu lideri Mixail Qorbaçov artıq müstəqillik yolunu tutan keçmiş müttəfiq respublikalara təzyiq göstərmək iqtidarında deyildi. Ona görə ki o, həmin dövrdə İttifaq dövlətində mövcud olan qeyri-müəyyənlik və xaos girdabında çabalayırdı”.

Bu fikirləri düz 30 il öncə bu gün Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası haqda Konstitusiya Aktına imza atmış birinci Prezidenti Ayaz Mütəllibov Moderator.az əmnəkdaşının “Müstəqilliyimizin Bərpası haqda o mötəbər sənədin qəbul olunması ərəfəsində o zaman hələ tam çökməmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan rəhbərliyinə hansısa formada təzyiq edilmədi ki?” sualını cavablandırarkən ifadə edib.

“Sovet İttifaqı rəhbərliyində hər şey, bütün daxili problemlər, xarici təzyiqlər bir-birinə qarışmışdı. Digər tərəfdən, mərkəzi hakimiyyət uğrunda SSRİ prezidenti Mixail Qorbaçov və Rusiya prezidenti Boris Yeltsin arasında dərin ziddiyyət və qalmaqallar başlamışdı. Və bütün bunlardan baş çıxarmaq üçün dəqiq və xətasız rəhbərlik etmək lazım idi. Amma Moskvada belə bir rəhbər yox idi... Yerlərdə də mövcud vəziyyətdən düzgün nəticələr çıxarıb qəti qərarlar vermək gərək idi. Və bütün çətinliklərə rəğmən biz Azərbaycan rəhbərliyi olaraq belə bir qərar verdik və Müstəqilliyimizin Bərpasını bəyan etdik...

Bir daha təkrar edirəm ki, xaricdən, o cümlədən Moskvadan bizə heç bir təzyiq, yaxud göstəriş olmadı. Biz Azərbaycanda özümüz müstəqil olmaq qərarını verdik, özümüz də bunu bəyan etdik. Və heç kəs bu işdə bizə maneə yaratmadı. Nəticədə bütün məsuliyyəti üzərimizə götürərək xalqımızın 70 ildən çox xəyal etdiyi arzusunu həyata keçirdik” –deyə eks-prezident açıqlamasının davamında vurğulayıb.

“Bütün bunlarla belə, o hadisələri yaşayanlar, eyni zamanda o illərin tarixini yaxşı bilənlər gözəl anlayar ki, hələ Sovet İttifaqının mövcud olduğu, eyni zamanda Qarabağda artıq hərbi qarşıdurmaların, xalqımıza qarşı soyqırımının alovlandığı, daxildə hakimiyyət uğrunda mübarizə aparan qrupların fəallaşdığı o çox mürəkkəb və ziddiyyətli bir dövrdə Kremlin imperiya ambisiyalarının əleyhinə addım atmaq nə qədər böyük məsuliyyət və fədakarlıq tələb edirdi. Odur ki, Müstəqilliyin Bərpası haqda qərarın verilməsinə aparan yolda illərlə əziyyət çəkmiş, bəzən həyatları bahasına fədakarlıq göstərmiş siyasi lider və ayrı-ayrı siyasətçilərin zəhmətini unutmaq olmaz...

Bir daha müstəqillik tariximizdə ilk dəfə olaraq bu mötəbər günü Qarabağ müharibəsində böyük qələbə qazanmış bir qalib xalq kimi qarşılayan Azərbaycan xalqını Dövlət Müstəqilliyimizin Bərpasının 30 illiyi münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Gün o gün olsun ki, müstəqilliyimizin möhkəmləndirilməsi və ərazi bütövlüyümüzün bərpası işlərində daha böyük uğurlara nail olaq və daha xoşbəxt gələcəyə doğru yolumuzu davam etdirək” –deyə sabiq dövlət başçısı fikirlərini tamamlayıb.

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ