Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”

Tarix:17-10-2021, 23:57 Baxış Sayı:24 Kateqoriya:gundem / cemiyyet

Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”

Vətən müharibəsində qəhrəmancasına döyüşərək ağır yaralanan tankçı, üçüncü qrup qazi Tərlan Abbasovun səhhətində ciddi problemlər var.

O, problemlərini Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı sadalayıb və “YAŞAT” Fondundan kömək istəyib:

“Artıq iyul ayından ordu sıralarından tərxis olundum. Mənə üçüncü qrup əllilik verdilər. Amma hələ ki, təqaüd kartımı almamışam və bununla bağlı bütün sənədlərimi təqdim etmişəm. İnşallah yaxın vaxtlarda kartımı verəcəklər.

44 günlük Vətən müharibəsi zamanı sentyabrın 27-də Füzuliyə girdik. Özüm sürücü-mexanikəm. Laçına qədər döyüşə-döyüşə getdik. Oktyabrın 9-da isə çox təəssüf ki, tankımız düşmən tərəfindən vuruldu. Bu zaman ağır yaralandım. Üç hərbçi yoldaşımla birlikdə yanan tankdan çıxdıq. Əllərim, başım, üzüm və gözlərim yanmışdı.

Qazi deyib ki, o, bir neçə aydır ki, müalicə alır, amma həkimlər deyib ki, qulağın təcili olaraq əməliyyat olunmalıdır:

“Hospitalda müalicələr aldıqdan sonra üzümdəki yanıq yerləri sağaldı. Həmin vaxt “YAŞAT” Fonduna müraciət etdim və mənə ilkin olaraq 2500 manat pul verib bildirdilər ki, bununla müalicəni və problemlərini həll elə, sonra yenə müraciət edərsən biz köməklik edərik. Mən də həmin pulu müalicəmə və evimin təmirinə xərclədim. Mart ayında isə üçüncü övladım dünyaya gəldi və akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimləri heç qazi olduğumu belə nəzərə almadılar və dedilər ki, “bizim üçün döyüşməmisən ki”. Yəni mən onlara demişdim ki, qazi olduğumu nəzərə alıb xəstəxana xərclərində güzəşt etsinlər. Onda doğuş üçün 500 manat da həkimlərə pul verdim.

Amma indi sol gözüm görmür, sol qulağım isə eşitmir. Qulağımdan çirk gəlir. Bir müddət müalicə gedir, yaxşı oluram. Amma sonra yenə ağrılar başlayır. “Papanin” hospitalında həkimlər dedi ki, qulağın təcili əməliyyat olunub, pərdə qoyulmalıdır. Əgər gecikdirsən, başqa problemlər çıxacaq. Evimin də təmiri yarımçıq qaldı, pul çatmadı.

Sizin vasitəsinizlə “YAŞAT” Fonduna müraciət edərək onlardan qulağımın əməliyyatı və evimin təmiri üçün köməklik etmələrini xahiş edirəm”.

Redaksiyadan: Qeyd edək ki, Qazimizin müraciəti ilə bağlı Moderator.az-ın əməkdaşı YAŞAT Fondu ilə əlaqə saxlayıb. Fonddan bildiriblər ki, Tərlan Abbasov bu günədək müalicə üçün müraciət etməyib. Məsləhət gördülər ki, Qazimiz ən qısa zamanda Fonda müraciət etsin və operativ şəkildə onun müalicəsi üçün müvafiq tədbirlər görülsün.

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ