ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?

Tarix:16-10-2021, 23:39 Baxış Sayı:17 Kateqoriya:gundem / cemiyyet

ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?

Yunanıstan ilə ABŞ arasındakı müdafiə müqaviləsinə dəyişiklik edilib.

Bundan sonra ABŞ Yunanıstana hərbi dəstəyini artıracaq və oradakı bazalarına mühüm hərbi texnika yerləşdirəcək. Həmçinin, ABŞ Yunanıstanda yeni bazalar da quracaq.

Amerikanın dövlət katibi Entoni Blinken Yunanıstanın XİN rəhbəri Nikos Dendias ilə paytaxt Vaşinqtonda təşkil edilmiş görüşdə Yunanıstan tərəfinə güclü və etibarlı müttəfiq olduğuna görə təşəkkür edib:

"Yunan əsgərləri Əfqanıstanda qəhrəmancasına döyüşüblər və Yunanıstan bölgədə sabitliyin təməlidir".

Qeyd edək ki, ABŞ-ın Yunanıstanla belə yaxınlaşması birbaşa Türkiyəyə verilən bir mesaj kimi dəyərləndirilir. Bəs bunları etməkdə ABŞ-ın əsas məqsədi nədir?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən hərbi-ekspert Ramil Məmmədli bildirib ki, Yunanıstanın bölgədə Türkiyəni əvəz etməsi mümkün deyil:

“ABŞ və Türkiyə NATO çərçivəsində olduqca dərin müttəfiqliyə malikdir. Lakin son illər ərzində Türkiyənin regiondakı istəkləri, mövqeyi və gücü artdıqca ABŞ ilə bəzi məsələlərdə uzlaşmır.

Belə olan təqdirdə ABŞ tərəfində bir qədər narazılıq yaranır. Bildiyiniz kimi, ABŞ üçün Qara dəniz, Aralıq dənizi və Xəzər dənizi hövzəsi olduqca vacibdir. Buna görə də həmin regionda müttəfiqlərinin sayının artırılması Amerika üçün prioritet təşkil edən məsələlərdən biridir.

Hesab edirəm ki, Yunanıstan Türkiyəyə alternativ ola bilməz. Çünki Yunanıstan heç bir halda Türkiyənin nüfuz etdiyi və yeri gələndə ABŞ-ın maraqlarını qoruduğu bölgələrdə eyni fəaliyyəti göstərə bilməz. Ümumiyyətlə, Yaxın Şərqdə, İraqda, İranda və Qafqazda Yunanıstanın təsir imkanı sıfırdan da aşağıdır”.

Ekspert qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinken bu fikirləri səsləndirməklə Yunanıstanın statusunu artırmaq istəyir:

“O, bununla demək istəyir ki, Yunanıstan ABŞ-ın yeni müttəfiqidir. Bu isə öz növbəsində Türkiyəyə verilən mesajdır. Lakin bunun ABŞ hökumətinin çox effektsiz bir manevri olduğunu düşünürəm. Çünki ABŞ-ın Yunanıstana bu cür dəyər verməsi Türkiyə tərəfindən qıcıqla deyil, istehza ilə qarşılanacaq. Türkiyə yaxşı bilir ki, regionda onların oynadığı rolu Yunanıstan heç vaxt oynaya bilməz.

ABŞ-ın Yunanıstanda yeni hərbi bazalar qurması və regionda təsir imkanlarına malik olmaq demək deyil. Sadəcə olaraq, həmin istiqamətdə müdafiə imkanlarının genişləndirilməsi və lazım gəldikdə hansısa əməliyyatların keçirilməsi üçün bazalardan istifadə edilməsi məqsədi daşıyır.

Bütün bunlarla yanaşı rəsmi Vaşinqton yeni müttəfiq qazanmaq üçün bu addımı atır. Çünki ABŞ hər zaman müttəfiqlərinin sayını artırmağa çalışır”.

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ