Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır

Tarix:10-10-2021, 22:23 Baxış Sayı:24 Kateqoriya:gundem / cemiyyet

Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır

İşğal etdiyi torpaqlarımızda bütün dünya dövlətlərinin gözü önündə beynəlxalq hüquq prinsiplərinə, BMT və ATƏT-in qərar və qətnamələrinə məhəl qoymayaraq misli görünməmiş vəhşiliklər törədən erməni barbarlığına bütün dünya əyani şəkildə şahidlik edir. Lakin bütün bunlara baxmayaraq, amansızlıqla işğal olunmuş torpaqlarını 44 günə qaytarmağı bacaran bir dövlət beynəlxalq hüquq çərçivəsində öz hüquqlarını müdafiə etməyə də qadirdir. Uzun illər işğal olunmuş ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına istismarı, ətraf mühitinin məqsədli şəkildə məhv edilməsi bu gün yalnız Azərbaycanın deyil, bütün dövlətlərin də diqqət mərkəzində olmalı, tədbirlər görülməsi üçün lazımi addımlar atılmalıdır.
Mənfur ermənilərin torpaqlarımızı işğalı zamanı Azərbaycan dövlətinin Suqovuşan kimi mühüm əhəmiyyətə malik ərazisinin işğal edilməsi 1976-cı ildə istismara verilmiş su anbarının da ermənilərin əlinə keçməsinə səbəb olmuşdu. Bu isə Azərbaycanın su təchizatı imkanlarının məhdudlaşdırılması və ölkəmizin ekoloji terrorla üzləşməsi ilə nəticələnmişdi. 30 ilə yaxındır ki, Ermənistanın əlində ekoloji terror silahına çevrilən Suqovuşanın işğaldan azad edilməsi ekoloji problemləri aradan qaldırmaqla yanaşı, su anbarının yenidən Azərbaycan iqtisadiyyatına xidmət etməyə, fayda verməyə başlamasına şərait yaratdı. Bu anbar uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsinə, burada gələcəkdə əkinlərin davamlı aparılmasına təminat verərək, su qıtlığının da aradan qaldırılması ilə kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə imkan yaradacaq.
Azərbaycan bu zəfəri daha əvvəllərdə də əldə edə bilərdi. Lakin müharibə üçün tələsməyən Azərbaycan lazım gələrsə, torpaqlarını hərb yolu ilə işğaldan azad edə biləcəyini dəfələrlə xatırlatmışdı. Prezident İlham Əliyevin də dediyi kimi: “Biz sadəcə olaraq qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmır, sözlərimizə dırnaqarası yanaşırdı. Elə buna inanmamaq da Ermənistanın fəlakətinin səbəbi oldu”.
Suqovuşanın işğaldan qurtulması Ermənistanın hərbi imkanlarını məhdudlaşdırmaqla yanaşı erməni qüvvələrinin idarə məntəqəsi olduğundan həmin ərazinin işğaldan azad edilməsi düşməni çox çıxılmaz vəziyyətə saldı. Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlardan nəticə çıxarmadığı üçün bu gün Ermənistan saysız-hesabsız itkilər verərək 44 günlük müharibəni biabırçı bir məğlubiyyətlə başa vurdu, Azərbaycan isə dünyada misli görünməmiş hərbi taktika ilə Ermənistan ordusunu məhv etdi.
Lakin müharibədən sonra Ermənistan tərəfdə yenidən revanşist qüvvələrin baş qaldırması bir daha təsdiqləyir ki, ermənilər hələ bu müharibədən nəticə çıxarmayıblar. İqtisadi çöküş yaşayan, müharibənin fəsadlarını aradan qaldıra bilməyən bu ölkənin absurd fikirləri, süni intellektlə idarə olunan silahlardan dəm vurması həqiqətən gülünc doğurur. Belə görünür ki, düşmən “dəmir yumruğ”un gücünü unudur, xatırlatmaq isə heç də çətin deyil.
Lakin onlardan fərqli olaraq ölkə rəhbərimizin də vurğuladığı kimi biz müharibə istəmirik, əlbəttə ki, Ermənistanda revanşist fikirlər baş qaldırmağa davam etmədiyi müddətdə. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafını davam etdirən, hərbi qüdrətini daha da gücləndirən qabaqcıl ölkələrdən biridir. Bu baxımdan ermənilərin revanşist fikirləri sadəcə xəyal olaraq qalacaq. Belə mənasız xəyallar qurmaq əvəzinə düşdükləri dərin böhrandan çıxmaq haqqında düşünsələr daha yaxşı olar. Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. Üzünə bütün qapıların hər tərəfli bağlanmasından sonra Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməmək Ermənistanın varlığının sual altında qalması ilə nəticələnə bilər.

Aynurə Fərəcova,
Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi

SON XƏBƏRLƏR
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
Əliyev “Azərbaycanı hədələyənlər var” deyəndə kimləri nəzərdə tutur? – Rusiya, yoxsa İran?
"Kimin vaxtı, zamanı gəlib çatacaqsa, ay insanlar, siz də alacaqsınız"
Hacı Ramazan Mirəzyev dövlət büdcəsindən oğurladığı milyonları keçmiş merlə bölüşdürürmüş… - İLGİNC FAKTLAR
“Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA
Seyidin şəfaverən nəvəsi və ya “Şeyx Nəsrullahlara” inam... - Bu elan qəzəb doğurdu
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”
 "O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov
Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”
7 rəngdə sement istehsal edən 109 yaşlı zavod kimə SATILIB? - DETALLAR
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Banklar dollar almır! - Ucuzlaşacaq, yoxsa...?
"Uşaq pulu verilməsi üçün ölkəmizin kifayət qədər resursu var" - deputat
“Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da…” - QALMAQAL
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTO
Şirvan sakinlərindən silah və nakotik aşkarlandı
Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? - HƏQİQƏTƏN DƏ...
"Axı hər evdə bir və ya iki xəstə olur, deməli, hər ailə qəsdən dövlətdən narazı salınır" - deputat
Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO
"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz" - NAZİRƏ CAVAB
Türkiyə uşaq evindən Azərbaycana gətirilən uşaqların taleyi gedib İraq və Suriyaya çıxır
Elnur Əşrəfoğlunun daxili qanaxması dayanıb - "Yeni Klinika"
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!
Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının sədri seçilib
Soydaşımız baş redaktorun ölümünə səbəb oldu
“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma