“Qarabağımız, rahat nəfəs al, "Böyük Qayıdış" başlayıb!

Tarix:10-10-2021, 22:17 Baxış Sayı:408 Kateqoriya:gundem / cemiyyet

“Qarabağımız, rahat nəfəs al, "Böyük Qayıdış" başlayıb!

44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə düşmən üçün tarixi dərs oldu. Bu tarixi dərs "Dəmir Yumruq"un sarsıdıcı zərbəsi sayəsində həyata keçdi. Ali Baş Komandanın dəmir iradəsi, ordumuzun, əsgərlərimizin canı, qanı ilə geri qaytarılan torpaqlarımız dirçəlmə dönəminə qədəm qoydu. Artıq qarşıda duran ən önəmli vəzifələr Qarabağın bərpası, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış” prosesinin həyata keçirilməsidir.
"Böyük Qayıdış”ın başlanğıcı Aprel Qələbəsi zamanı Cocuq Mərcanlı kəndinin bərpası ilə qoyulub. 2016-cı ilin Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Ermənistan ordusu aprel döyüşlərində anlamalı idi ki, könlümüzün keçdiyi Qarabağdan ordumuz keçəcək! Bəli,çox keçmədi ki, Ali Baş Komandanın qətiyyəti, xalq və ordunun sarsılmaz birliyi, əsgər və zabitlərimizin Vətən sevgisi sayəsində xalqımızın illərdir yaşadığı yurd həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 44 gündə qazanılan şanlı Qələbə Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.
Bu gün işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində Füzulidə hava limanının istifadəyə verilməsi bölgənin inkişafına böyük kömək olacaq. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən Laçın və Kəlbəcər rayonlarının ərazisində də hava limanının tikintisi üçün yerin seçilməsi və bu istiqamətdə işlərin aparılması davam etdirilir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanda ilk dəfə "Ağıll kənd" layihəsi də tətbiq edilir. Bu layihə Zəngilanın Ağalı kəndini əhatə edəcək. Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı bu layihənin təməlini qoyub. Bununla da azad edilmiş ərazilərdə beynəlxalq standartlara cavab verən yeni inkişaf modelinin icrasına başlanılıb. Layihədə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Dövlət başçımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri gündən-günə sürətlənir. Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha vurğulayıb ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bütün bunlar Qarabağın bərpası və yenidənqurmasının bir hissəsidir. Təbii ki, ermənilərin 30 ildir ki, talan edib viran qoyduğu yerləri qısa müddətdə bərpa etmək çətindir. Amma hazırda bu istiqamətdə görülən işlər ölkə başçısının diqqət mərkəzindədir.
30 ildir ki, torpaq həsrəti ilə yaşayan xalqımız Ali Baş Komandanın rəhbərliyi altında yaxın zamanda Qarabağa qayıdacaq. Elə Cənab Prezidentin də hazırki hədəfi budur. Bu hədəfə çatmaq Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycanın yenilməz ordusu və xalqın birliyi ilə baş tutur.
Qarabağımız, rahat nəfəs al, "Böyük Qayıdış" başlayıb!

Rafiq Əzizov,
Salyan rayon Dayıkənd kənd tam orta məktəbin direktoru

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır