“Böyük Qayıdış” Cəbrayıldan başlamışdır

Tarix:10-10-2021, 22:16 Baxış Sayı:11 Kateqoriya:gundem / cemiyyet

“Böyük Qayıdış” Cəbrayıldan başlamışdır

Artıq bir ildir ki, səhərlərimiz hamımızın ən ümdə arzusu olan azadlıq, qələbə xəbəri ilə açılır. İşğaldan azad olan torpaqların üzərində şəhidlərimizin ruhu ağ göyərçinə dönüb qanad çalır. Qarabağın işğalından keçən illərdən sonra ilk dəfə 2016-cı ildə ilk qələbə xəbəri almışdıq. Cocuq Mərcanlı, Lələtəpə azadlığın ilk addımı idi. Cəbrayıl isə işğaldan azad edilən ilk şəhər oldu. Azərbaycan əsgəri üçrəngli ay-ulduzlu bayrağımızı ən yüksək zirvədə dalğalandırdı. Qarabağın açarı sayılan Cəbrayıl igid əsgərlərimizin şücaəti ilə rahat nəfəs almağa başladı. Onun sakinlərinin adının yanına yazılan məcburi köçkün sözləri tarixə qovuşdu. 27 ildir mücrüdə saxlanılan, artıq paslanmış açarlar bağlı qapıları açmağa tələsdi. Tarixi ədalət bərpa olundu.
Ölkə prezidenti cənab İlham Əliyev bildirmişdir ki, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, ordumuzun arxasında durdu və ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.
Beş il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə salındı. Ölkə Prezidentinin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib. Dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərdi ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır.
Cəbrayıl tariximizin yaddaş mərkəzlərindən biridir. Onlarla tarixi abidənin məskəninə çevrilən bu rayonun ərazisi 105 min hektardır. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir. Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalmışdı. Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi-memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
Erməni vandallarının xarabazara çevirdikləri tarixi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi indi Azərbaycanın qarşısında duran ən mühüm vəzifədir. Dövlətimizin başçısı hər zaman bütün məsələlərdə olduğu kimi, bu istiqamətdə də aydın planlara, strateji hədəflərə malikdir. Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya prioritet istiqamət kimi qoyulub.
Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bütün bunlarla bağlı bir sıra əhəmiyyətli məqamlar diqqət çəkir. Adı çəkilən strategiyada işğaldan azad edilən ərazilərə böyük qayıdışın reallaşdırılması, Qarabağın dirçəlişinə nail olunması vəzifəsi xüsusi yer tutur. Bununla əlaqədar Milli Prioritetlərdə deyilir: “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.

Mahir Xankişiyev,
Salyan rayonu Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

SON XƏBƏRLƏR
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
Əliyev “Azərbaycanı hədələyənlər var” deyəndə kimləri nəzərdə tutur? – Rusiya, yoxsa İran?
"Kimin vaxtı, zamanı gəlib çatacaqsa, ay insanlar, siz də alacaqsınız"
Hacı Ramazan Mirəzyev dövlət büdcəsindən oğurladığı milyonları keçmiş merlə bölüşdürürmüş… - İLGİNC FAKTLAR
“Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA
Seyidin şəfaverən nəvəsi və ya “Şeyx Nəsrullahlara” inam... - Bu elan qəzəb doğurdu
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”
 "O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov
Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”
7 rəngdə sement istehsal edən 109 yaşlı zavod kimə SATILIB? - DETALLAR
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Banklar dollar almır! - Ucuzlaşacaq, yoxsa...?
"Uşaq pulu verilməsi üçün ölkəmizin kifayət qədər resursu var" - deputat
“Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da…” - QALMAQAL
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTO
Şirvan sakinlərindən silah və nakotik aşkarlandı
Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? - HƏQİQƏTƏN DƏ...
"Axı hər evdə bir və ya iki xəstə olur, deməli, hər ailə qəsdən dövlətdən narazı salınır" - deputat
Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO
"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz" - NAZİRƏ CAVAB
Türkiyə uşaq evindən Azərbaycana gətirilən uşaqların taleyi gedib İraq və Suriyaya çıxır
Elnur Əşrəfoğlunun daxili qanaxması dayanıb - "Yeni Klinika"
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!
Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının sədri seçilib
Soydaşımız baş redaktorun ölümünə səbəb oldu
“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma