"Nə qədər çətin olsa da, ölkədən getmək barədə düşünürəm" - Baş redaktor

Tarix:10-10-2021, 18:07 Baxış Sayı:10 Kateqoriya:gundem / cemiyyet

"Nə qədər çətin olsa da, ölkədən getmək barədə düşünürəm" - Baş redaktor

Bu barədə Bizimxeber.az-ın baş redaktoru Ədil Hüseynli özünün "Facebook" səhifəsində yazıb: "Məni tanıyanlar yaxşı bilir ki, vətənimi, dövlətimi, millətimi nə qədər sevirəm. 12 ildir təsis etdiyim Bizimxeber.az portalı həmişə xalqıma, vətənimə xidmət edib. Heç bir məmurun əlində alətə çevirilməyib, şifarişlərlə işləməyib, böyük çətinliklə işimizə davam etmişik. Bir dəfə olsun dövlətimizə, vətənimizə ziyan vuran məlumatları yaymadıq, heç bir qruplaşmaya qosulmadıq, məmurların əlində alətə çevrilmədik.

Bu 12 ildə müstəqil olaraq fəaliyyət göstərdik. Bizimxeber.az 12 il ayaqda dayanıbsa mənim bacarığım və gücüm hesabınadır. Amma görürəm ki, mənim kimi müstəqillərin bu ölkədə baş redaktor kimi çalışması, portal saxlaması nəinki çətindir, ümumiyyətlə, mümkün deyil. Bir ixtisaslı jurnalist olaraq mətbuatın müstəqil fəaliyyətindən başqa yol bilmirəm, portalın reklama söykənərək fəaliyyət göstərməsindən başqa model tanımıram.

Artıq bəsdir və bu haqsızlıqla barışmaq mümkün deyil.

Bilirsiz qəribə nədir?

İxsisaca jurnalist olasan, nəzarətində 12 il fəaliyyət göstərən portal olsun, reklam ala bilməyəsən, bütün tədbirlərdən kənarda saxlanılasan, rəsmi sənədlərin qaydasında ola, bütün kriteriyalara cavab verəsən və mətbuata ayrılan rəsmi yardımlardan uzaq qalasan... Amma və lakin hələ də müstəqil fəaliyyət göstərmək üçün çaba göstərəsən. Hərdən məlum vəziyyətə gülmək istəyirəm. Amma buna gülmək yox, ağlamaq lazımdır.

Artıq 41 yaşım var və düşünürəm ki, övladlarımın normal yaşam təminatını, təhsilini həyata keçirmək indiki şəraitdə çox çətin olacaq. Odur ki, nə qədər acı olsa da ölkəni tərk etmək barədə düşünürəm. Çıxış yolunu yalnız bunda görürəm. Yaşamaq üçün, övladlarımın təhsili üçün bu addımı atmaqdan başqa yolum qalmayıb" - deyə baş redaktor yazıb.

SON XƏBƏRLƏR
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
Əliyev “Azərbaycanı hədələyənlər var” deyəndə kimləri nəzərdə tutur? – Rusiya, yoxsa İran?
"Kimin vaxtı, zamanı gəlib çatacaqsa, ay insanlar, siz də alacaqsınız"
Hacı Ramazan Mirəzyev dövlət büdcəsindən oğurladığı milyonları keçmiş merlə bölüşdürürmüş… - İLGİNC FAKTLAR
“Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA
Seyidin şəfaverən nəvəsi və ya “Şeyx Nəsrullahlara” inam... - Bu elan qəzəb doğurdu
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”
 "O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov
Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”
7 rəngdə sement istehsal edən 109 yaşlı zavod kimə SATILIB? - DETALLAR
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Banklar dollar almır! - Ucuzlaşacaq, yoxsa...?
"Uşaq pulu verilməsi üçün ölkəmizin kifayət qədər resursu var" - deputat
“Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da…” - QALMAQAL
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTO
Şirvan sakinlərindən silah və nakotik aşkarlandı
Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? - HƏQİQƏTƏN DƏ...
"Axı hər evdə bir və ya iki xəstə olur, deməli, hər ailə qəsdən dövlətdən narazı salınır" - deputat
Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO
"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz" - NAZİRƏ CAVAB
Türkiyə uşaq evindən Azərbaycana gətirilən uşaqların taleyi gedib İraq və Suriyaya çıxır
Elnur Əşrəfoğlunun daxili qanaxması dayanıb - "Yeni Klinika"
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!
Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının sədri seçilib
Soydaşımız baş redaktorun ölümünə səbəb oldu
“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma