"Məhərrəmlikdə toy edənlərə irad bildirməkdə məqsədim bu günlər üçün idi..."

Tarix:10-10-2021, 18:06 Baxış Sayı:12 Kateqoriya:gundem / cemiyyet

"Məhərrəmlikdə toy edənlərə irad bildirməkdə məqsədim bu günlər üçün idi..."

- "Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!" DİA.AZ bildirir ki, bu barədə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli deyir.

Müsahib daha sonra bildirir: "Müharibədə döyüş də var, şəhidlik də var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-sindən Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır və onların ailə üzvləri ilə görüşlər keçirilir. Belə həssas günlərdə məni heyrətləndirən və düşündürən bir məsələni sizlərə bölüşmək isrəyirəm,əziz xalqım.

Çox maraqlıdır...

Məhərrəm ayında qeyrət nümayiş etdirib,mənə irad tutanlar,sözüm sizlərədir: "Bu aylar Şəhidlərimizin il dönümü ərəfəsidir, Anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır,onların ruhuna dualar oxunur, sizlər isə toy edirsiniz...

Bəs buna sözünüz nədir,bunu kimin adına yazacaqsınız ?!”

Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədim bu günlər üçün idi. Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında İmamımıza yas tutduğumuz kimi bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram edirik".

SON XƏBƏRLƏR
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
Əliyev “Azərbaycanı hədələyənlər var” deyəndə kimləri nəzərdə tutur? – Rusiya, yoxsa İran?
"Kimin vaxtı, zamanı gəlib çatacaqsa, ay insanlar, siz də alacaqsınız"
Hacı Ramazan Mirəzyev dövlət büdcəsindən oğurladığı milyonları keçmiş merlə bölüşdürürmüş… - İLGİNC FAKTLAR
“Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA
Seyidin şəfaverən nəvəsi və ya “Şeyx Nəsrullahlara” inam... - Bu elan qəzəb doğurdu
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”
 "O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov
Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”
7 rəngdə sement istehsal edən 109 yaşlı zavod kimə SATILIB? - DETALLAR
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Banklar dollar almır! - Ucuzlaşacaq, yoxsa...?
"Uşaq pulu verilməsi üçün ölkəmizin kifayət qədər resursu var" - deputat
“Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da…” - QALMAQAL
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTO
Şirvan sakinlərindən silah və nakotik aşkarlandı
Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? - HƏQİQƏTƏN DƏ...
"Axı hər evdə bir və ya iki xəstə olur, deməli, hər ailə qəsdən dövlətdən narazı salınır" - deputat
Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO
"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz" - NAZİRƏ CAVAB
Türkiyə uşaq evindən Azərbaycana gətirilən uşaqların taleyi gedib İraq və Suriyaya çıxır
Elnur Əşrəfoğlunun daxili qanaxması dayanıb - "Yeni Klinika"
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!
Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının sədri seçilib
Soydaşımız baş redaktorun ölümünə səbəb oldu
“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma