Tiflis Ermənistanı Rusiya asılılığından çıxarmaq istəyir, yoxsa... - GƏLİŞMƏ

Tarix:28-09-2021, 17:37 Baxış Sayı:95 Kateqoriya:gundem / cemiyyet

Tiflis Ermənistanı Rusiya asılılığından çıxarmaq istəyir, yoxsa... - GƏLİŞMƏ

Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 27-də keçirilən brifinqdə yüksək səviyyədə dialoqu irəlilətmək üçün Tiflisdə Ermənistan və Azərbaycanın yüksək vəzifəli şəxslərinin daimi əlaqələri üçün platforma yaratmağı təklif edib.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan Tiflisin Cənubi Qafqazdakı qonşuların və beynəlxalq tərəfdaşların daxil olduğu dinc qonşuluq təşəbbüsünün perspektivlərinin müzakirə ediləcəyi beynəlxalq görüşü qəbul etməsinə hazırdır. Gürcüstanın həm Türkiyə-Ermənistan, həm Bakı-İrəvan münasibətlərinə vasitəçilk etmək niyyəti yeni deyil. İndi isə baş nazir Tiflisdə Bakı və İrəvanın rəsmi şəxslərinin əlaqələrinin yaradılması platformasını təklif edir.

Rusiyanın bu məsələdə vasitəçilk missiyasını üzərinə götürdüyünü nəzərə alsaq, Moskva belə bir platforma yaradılması təklifinə necə reaksiya verə bilər? Ermənistan Qərbə çıxış yolları axtarır və bunu Gürcüstan üzərindən reallaşdırmağa çalışır. Azərbaycanın isə belə bir problemi və ya istəyi yoxdur. O səbəbdən bu platformaya “yox” deməsə də, burada siyasi həssaslıq tələb olunur. Tiflis Ermənistanı Rusiya asılılığından çıxarmaq istəyir, yoxsa həqiqətən də Qafqazda sülh üçün bu platformanı təklif edir?

Siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, Gürcüstan ənənəsini davam etdirmək istəyir: “Gürcüstan Cənubi Qafqazda mərkəz ölkə rolunu oynamaq istəyir. Son yüz ildə Tiflis Cənubi Qafqazın siyasi paytaxtı sayılıb. Bu ənənəni Gürcüstan davam etdirmək istəyir. Gürcüstan Cənubi Qafqazda iqtisadi xab rolunu oynayır. Azərbaycan-Ermənistan müharibələri Gürcüstanı tranzit məkana çevirdi. İndi də Gürcüstan siyasi xab rolunu oynamaq istəyir. Ola bilsin ki, Qərb dairələrinin rəsmi Tiflisə tapşırığı da olsun ki, Azərbaycan-Ermənistan danışıqlarında təşəbbüsü Moskvanın əlindən alsınlar. Tiflisin vasitəçiliyi Bakının razılığı, Ankaranın tapşırığı ilə baş verir. Paşinyan iqtidarı da Tiflisin, dolayısı ilə Qərbin vasitəçiliyi ilə danışıqlarda iştirak etməkdə maraqlıdır. Çünki Paşinyan da sülh müqaviləsi imzalamaq istəyir. Və bu sülh müqaviləsində rusun vasitəçiliyindən daha çox Qərbin vasitəçiliyi altında imzalanmasına çalışır. Rəsmi İrəvan da Moskvaya o qədər etibar etmir, sadəcə, buna məcburdurlar. Ermənistan Rusiyadan asılı olduğu üçün Moskvanın vasitəçiliyinə tabedir. Lakin imkan tapan kimi Qərbə meyillənməyi də unutmurlar”.

Siyasi analitik Asif Nərimanlı rəsmi Tiflisin narahatlıqlarını ifadə etdi: “Müharibədən sonra Gürcüstanın regionda önəminin azaldığı məsələsi gündəmə gəldi. Birincisi, ”altılıq platforması"nın yaradılması təklif olunur ki, Tiflis bundan imtina edir. Ərdoğanın son çıxışlarında bu platformanın “beşlik” formatına keçilməsi istiqamətində addımların atıldığı, Soçidə Putinlə görüşdə də məsələnin müzakirə ediləcəyi fikri ortaya çıxır. Yəni Gürcüstana görə vaxt itirilməyəcək və bu, Tiflisin Cənubi Qafqazda faktiki təklənməsinə gətirib çıxara bilər. İkincisi, Zəngəzur dəhlizinin açılması perspektivləridir ki, bu da Azərbaycanın Qərbə çıxışında Gürcüstan marşrutuna alternativ yaradır. Tiflisi narahat edən məqamlar var. Halbuki Bakı və Ankara Gürcüstan marşrutunu, ümumiyyətlə, Tiflislə strateji əməkdaşlığı arxa plana keçirmək niyyətində deyil. Bu məsələlərin Bakı-Tiflis, Ankara-Tiflis arasında müzakirə edildiyi məlumdur. Tiflis regionda əməkdaşlıq platforması yaratmaqla Gürcüstanın regional proseslərdə payını artırmaq istəyir. Təklifin Gürcüstanın maraqları kontekstində məqsədi budur. Bundan öncə ermənilərlə mina xəritələrinin barter edilməsində Gürcüstanın oynadığı rol, Paşinyanın Ərdoğana əlaqələrin bərpa edilməsi istəyini Qaribaşvili vasitəsilə çatdırması da Tiflisin bu potensialının mövcudluğunu göstərir. Təkcə Tiflis deyil, vasitəçilik platformasının yaradılmasında ABŞ da maraqlıdır. Əslində Gürcüstanın Bakı-İrəvan arasında humanitar vasitəçiliyi etməsi, o cümlədən İrəvanın Tiflisi üzərindən Ankara ilə təmas qurmaq istəyi də Vaşinqtonun istəkləri çərçivəsində baş tutub deyə düşünürəm. ABŞ müharibədən sonra regionda yaranmış reallıqları öz maraqları kontekstində yönəltmək istəyir. “Altılıq platforması”nın reallaşmasında maraqlı deyil, Gürcüstanın bu platformaya gəlməməsinin səbəblərindən biri də Vaşinqtonun istəyidir. İndi Gürcüstanın vasitəçilik platforması qurmaq istəyi də özünün regional maraqları ilə yanaşı, ABŞ-ın regiondakı maraqlarına da uyğundur və əsas məqsəd Rusiyanın vasitəçiliyinə alternativin yaradılmasıdır. Təbii ki, belə bir alternativin yaradılması və işləməsi gələcəkdə xüsusilə Ermənistanın Moskvadan asılılığını azalda, İrəvan Qərblə əlaqələrini Gürcüstan üzərindən qura bilər. Moskva təbii ki, belə bir alternativi qəbul etməyəcək və ilk növbədə Ermənistanın bu alternativ üzərindən təmaslara keçməsinin qarşısını almağa çalışacaq. Gürcüstanın alternativ platforma təklifi Bakı və Ankaranın siyasi manevrlərində imkanlarını genişləndirir. Bu, bölgədə Rusiyanın təsirinin azaldılması, Ermənistanla Rusiya təsiri olmadan əlaqələrin qurulması və Gürcüstanın bölgədəki proseslərdən kənarda qalmaması, Bakı-Tiflis-Ankara üçtərəfli əməkdaşlığının inkişafı üçün istifadə oluna bilər. Lakin cari dövrdə Bakı və Ankara Gürcüstanın alternativ vasitəçilik təklifini Rusiyanın qurduğu masada gediş olaraq istifadə edə bilər. Moskva bu gedişin qarşısında bizim istəklərimizi nəzərə ala bilər, çünki Gürcüstan platforması İrəvan yox, yalnız Bakı istəyərsə, aktuallıq qazanacaq".

Politoloq Məhəmməd Əsədullazadə Rusiyanın proseslərə mane ola biləcəyini düşünür: “İkinci Qarabağ müharibəsindən sonra regionda yeni bir geosiyasi nizam və çağırışlar formalaşıb. Və Azərbaycan konkret olaraq regionun siyasi xəritəsində yeni bir dəyişiklik edib, regionda sülhün əldə olunması və təhlükəsizliyin təmin edilməsində mühüm təkliflərlə çıxış edir və bunu Ermənistana da edir. Rusiya hazırda Azərbaycan və Ermənistan arasında əsas vasitəçi və imzalanmış sənədlərdə moderator rolunu oynayır. Amma indiyə qədər hələ ki Ermənistanla sülh əldə edilməyib. Xüsusilə burada Rusiyanın səmimi vasitəçı olmadığından irəli gəlir. Düşünürəm ki, Gürcüstan burada əsas vasitəçi ola bilər. Ermənistan və Azərbaycan rəhbərliyinin Tiflisdə bir araya gəlməsi də mümkündür. Azərbaycan Ermənistana ikitərəfli danışıqlar üçün gündəlik təklif edib. Bu, çox unikal variantdır. Düşünürəm ki, Paşinyan Tiflisin vasitəçiliyi ilə sülh təşəbbüslərini real olaraq qəbul edib danışıqlara başlamalıdır. Hələ ki Paşinyanda real addımlar görünmür. Sadəcə, bəyanatlarla çıxış edir. Tiflis Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfə verə bilər. Amma Rusiya buna imkan verməyəcək. Çünki Gürcüstan Qərbin təlimatı ilə hərəkət edir. Düşünürəm ki, Paşinyan çalışır ki, Rusiya bu prosesdən uzaqlaşsın. Tiflisin vasitəçiliyi şəkərli ola bilər. Amma Moskva sabotaj edəcək”.
“Yeni Müsavat”

SON XƏBƏRLƏR
Daha bir «tender çempionu» tapıldı: - «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?
“Siyahıda olmayan sənəd tələb edildi deyə, transfer hüququm məhdudlaşdı” - GİLEY
Coğrafiya İnstitutu Kəlbəcərdə baş vermiş təbiət hadisəsinə aydınlıq gətirib
Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR - Bir milyon manatlıq MAXİNASİYA
Kilosu 4 manata olan kolbasalar... - AQTA buna niyə göz yumur?
Zabuxdakı ermənilərdən yeni hoqqa: `Kənd alternativ dəhlizə salınsın!..` - BU NƏDİ BELƏ?
Həbs edilən `Broker Əbülfəs"in həyat yoldaşı ERMƏNİDİRMİ? - İddia var, inkar yoxdur...
"Mehdinin nökərləri" İrana müxalifdirsə... - GƏLİŞMƏ
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır - Diqqət!
Anzovun qəhrəman oğulları
Şuşada Bülbülün ev muzeyinin həyətində Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüşən mədəniyyət və incəsənət xadimləri təəssüratlarını bölüşüblər.
"Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb" - Konqresmen
Nazirin etiraz yaradan çıxışı: İstirahətsiz məktəb - BU NƏDİ BELƏ?
"Necə söz təxribatları olurdusa onu bir Allah bilir, bir də mən özüm"
"Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var" - Etibar Məmmədov
Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...
“Qarabağ ərazisində silahlı ermənilərin olması təxribat mənbəyidir” - Korotçenko
"Azərbaycan Ordusu təxribatın qarşısını alıb" - Prezident İlham Əliyev
"Arayış veriblər ki, guya camaatın bütün pulları ödənilib..." - Aldanmış əmanətçilər...
“ASCO Logistics” MMC-nin direktoru vəzifəsindən azad edilib - ƏMR
Laçın dəhlizində əməliyyat gedir? - MN rəsmisindən AÇIQLAMA
Azərbaycanda daha 512 nəfər COVID-19-a yoluxub, vəfat edən yoxdur
Goranboyda iki dəfə qaçırılan 17 yaşlı qızın valideynləri danışdı: - “Geri qayıtmaq istəmir”
Okeanın o tayından ifraz olunan təhlükəli QARABAĞ SSENARİSİ - Ağ Evin QARA FİKİRLƏRİ...
 Ermənistan itkin düşən hərbçimizi təhvil verdi - TƏFƏRRÜAT
“Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirəcək” - Başqa yolu YOXDUR!
İranın Cənubi Qafqaz PLANI... - Ekspert danışır
"Əksər partiyaların üzvləri işsizdir"
Ucarda yabanı halda bitmiş çətənə bitkiləri məhv edildi
Azərbaycanda yeni BOKT yaradılıb