Yeni Qarabağ müharibəsi olacaqmı? - HƏQİQƏTƏN DƏ...

Tarix:27-09-2021, 10:02 Baxış Sayı:107 Kateqoriya:gundem / cemiyyet

Yeni Qarabağ müharibəsi olacaqmı? - HƏQİQƏTƏN DƏ...

“Düz bir il bundan öncə erməni işğalçıları Azərbaycanın yeni torpaqlarını zəbt etmək məqsədilə irimiqyaslı hərbi əməliyyatlara başladılar. Buna cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan silahlı qüvvələri bütün cəbhəboyu əks-hücuma keçdi və nəticədə ərazi bütövlüyümüz bərpa edildi, suverenlik, sərhədlərin toxunulmazlığı təmin olundu”.

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Elman Nəsirov səsləndirdi və əlavə etdi ki, Azərbaycan ilk növbədə tarixi qələbəyə imza atdı:

“Anım Günü ilə bağlı Prezidentin xalqa müraciətində vurğuladığı kimi, biz təkcə ərazi bütövlüyümüzü bərpa etmədik, yalnız Qarabağı geri qaytarmadıq. Eyni zamanda erməni faşizminin başını əzdik. Keçən bir il ərzində yeni tarix yazıldı, çünki biz müzəffər xalqıq, öz ləyaqətimizi qoruyuruq. Ən başlıcası isə ərazi bütövlüyümüzü təmin etmişik. Həm də bütün dünya da gördü ki, erməni vandalizminin, erməni barbarlığının mahiyyəti nədən ibarətdir”.

Deputat 30 illik işğal ərzində ermənilərin Qarabağdakı dağıdıcılıq siyasətinə də toxundu. Amma sırf bu mövzuda dayanmadı:

“1 il ərzində tarixi qələbəyə imza atmaqla 300-dən artıq yaşayış məntəqəsini geri qaytardıq. Noyabrın 8-də Şuşa şəhərinin azad olunması ilə Ermənistan öz məğlubiyyətini etiraf etməli oldu. Şuşa ilə eyni vaxtda 70 yaşayış məntəqəsi də azad edildi.

Belə olan halda düşmən noyabrın 9-dan 10-a keçən gecə təslim oldu və kapitulyasiya aktına imza atdı. Və bu keçən müddət ərzində əsas hədəfimiz işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə əlaqədar məsələlərdir. Bu baxımdan, hədəfimiz insanların öz ata-baba yurduna qayıdışını təmin etməkdən ibarətdir. Qeyd olunan istiqamətdə çox ciddi işlər görülür. Prezident bir daha vurğuladı ki, bütün bu qələbələrimizə görə biz şəhidlərimizə minnətdarıq, onların ruhu qarşısında baş əyirik. Biz qazilərimizə minnətdarıq. Biz bütün zabit və əsgərlərimizə minnətdarıq ki, bu qələbəni təmin ediblər və onlar hər bir zaman bizim xatirəmizdə yaşayacaqlar”.

Elman Nəsirov Prezidentin Ermənistana sərt xəbərdarlığından da söz açdı:

“Əgər Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni təxribatlara əl atarsa, belə olan vəziyyətdə düşmənə dərhal sarsıdıcı zərbə endiriləcək. Unutmasınlar ki, “Dəmir Yumruq” yerindədir, müharibə istəyirlərsə, müharibə olacaq”.

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir