Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”

Tarix:22-09-2021, 23:02 Baxış Sayı:15 Kateqoriya:gundem / cemiyyet

Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”

Artıq 2 ilə yaxındır ki, davam edən koronvirusa yoluxma və ölüm halları davam edir.

Dünyanı yeni yaşam qaydalarına alışdıran virusla mübarizə üçün ən effektiv üsul peyvənd hesab olunur. Maska taxmaq, şəxsi gigiyena, dezinfeksiya qaydalarına riayət etmək nə qədər virusdan qorusa da, peyvənd qədər təsirli hesab olunmur. Lakin peyvənd məsələsində də cəmiyyət iki qrupa bölünüb. Kimi peyvəndin virusdan qoruduğuna, kimi də tam əksi, peyvəndin insanları idarə etmək üçün vasitə olduğuna inanır. Müxtəlif ölkələrdə, hətta Avropada, qonşu ölkələrdə də peyvənd əleyhinə çıxanlar, aksiya keçirənlər var. İşin maraqlı tərəfi budur ki, peyvənd əleyhinə danışan şəxslərin çıxışları daha çox izləyici toplayır.

İnsanlar niyə peyvəndə yox, onun alternativini iddia edənlərə daha çox maraq göstərirlər? Mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim infeksionist Mərdan Əliyev bildirib ki, peyvənd məsələsinə insanlar müxtəlif cür yanaşırlar:

“Bu məsələnin həm psixoloji, həm də siyasi tərəfləri var. Vaksinasiyaya, həmçinin koronavirus infeksiyasına qarşı bütün dünyada təpki var. Bunun da obyektiv, subyektiv müxtəlif səbəbləri var. Bizdə də virusa yoluxma halları aşkarlananda çox adam inanmırdı. Deyirdilər ki, virus süni yolla, bilərəkdən yaradılıb. Daha çox virusun olmadığına inanırdılar. Bunu deyənlərin içərisində həkimlər də vardı. Daha sonra qohumları, yaxınları xəstələnəndə inanmağa başladılar ki, belə bir xəstəlik var imiş. İndi də bu cür şaiyələr peyvəndlərə qarşı da yayılır. Türkiyənin özündə də peyvəndə qarşı çıxan kütlə daha çoxdur. Onların da arasında tibb işçiləri var. Müxtəlif xarakterə sahib insanlar var və onlar belə düşünürlər. Bu mövzuda daha çox tibbi bilikləri olmayanlar danışırlar. Onlar düşünürlər ki, bu mövzuların kökündə başqa səbəblər yatır. Guya ki, vaksinlər vasitəsilə insanlara təsir göstərmək, onları idarə etmək istəyirlər”.

Tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov isə bildirib ki, peyvəndin alternativlərinin etibarlı olması məsələsi insanların düşüncə qabiliyyəti ilə bağlıdır:

“Məsələ bundan ibarətdir ki, mütəxəssis bir söz deyəndə ona heç kim inanmır, amma qeyri-mütəxəssis nəsə deyəndə hamı deyir ki, bu düz deyir. Bir nəfər bir sözü deyir, daha sonra 2-ci, 3-cü nəfər bunu təkrarlayanda çox böyük fantaziya şəklində bunu insanlara çatdırmağa başlayırlar. Eyni zamanda, bu vəziyyətdən istifadə edən müəyyən radikal qruplar var. Onlar xüsusi adamlar tuturlar. Həmin o adamlar da nəyinsə müqabilində internet vasitəsilə məsuliyyətsiz çıxışlar edirlər. İnternet vasitəsilə də həmin o məsuliyyətsiz çıxışlar yayılır və insanlar arasında vaksin əleyhinə olan fikirlər özünə yer tapır.

Burada proses bilərəkdən və ya bilməyərəkdən insanların bu məsələyə inanmağıdır. Əslində vaksin olunmayan nə qədər insan xəstəliklə müraciət edir. Vaksin əleyhinə təbliğat aparanlara bir kəlmə demək lazımdır ki, uşaq vaxtı olunduğun vaksinlərdən ölmüsənmi ki, bu gün də bundan öləsən? Uşaq vaxtı da bu qədər insan vaksin olunurdu. Sadəcə, bu xəstəliyə qarşı müəyyən dini radikal qurumlar təbliğat aparırlar. Onların da təsirindən müəyyən insanlar, tibbi dünyagörüşü az olanlar vaksin əleyhinə təbliğat aparmağa başlayırlar”.

SON XƏBƏRLƏR
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
Əliyev “Azərbaycanı hədələyənlər var” deyəndə kimləri nəzərdə tutur? – Rusiya, yoxsa İran?
"Kimin vaxtı, zamanı gəlib çatacaqsa, ay insanlar, siz də alacaqsınız"
Hacı Ramazan Mirəzyev dövlət büdcəsindən oğurladığı milyonları keçmiş merlə bölüşdürürmüş… - İLGİNC FAKTLAR
“Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA
Seyidin şəfaverən nəvəsi və ya “Şeyx Nəsrullahlara” inam... - Bu elan qəzəb doğurdu
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”
 "O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov
Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”
7 rəngdə sement istehsal edən 109 yaşlı zavod kimə SATILIB? - DETALLAR
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Banklar dollar almır! - Ucuzlaşacaq, yoxsa...?
"Uşaq pulu verilməsi üçün ölkəmizin kifayət qədər resursu var" - deputat
“Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da…” - QALMAQAL
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTO
Şirvan sakinlərindən silah və nakotik aşkarlandı
Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? - HƏQİQƏTƏN DƏ...
"Axı hər evdə bir və ya iki xəstə olur, deməli, hər ailə qəsdən dövlətdən narazı salınır" - deputat
Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO
"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz" - NAZİRƏ CAVAB
Türkiyə uşaq evindən Azərbaycana gətirilən uşaqların taleyi gedib İraq və Suriyaya çıxır
Elnur Əşrəfoğlunun daxili qanaxması dayanıb - "Yeni Klinika"
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!
Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının sədri seçilib
Soydaşımız baş redaktorun ölümünə səbəb oldu
“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma