“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...

Tarix:21-09-2021, 19:16 Baxış Sayı:61 Kateqoriya:gundem / cemiyyet

“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...

Xəbər verdiyimiz kimi, Dünya Bankı ənənəvi “Doing Business” hesabatlarının hazırlanması təcrübəsindən imtina edib. Qurumun mətbuat xidmətinin məlumatına görə, ötən illərdəki hesabatların hazırlanmasında ciddi səhvlərə yol verilməsi müvafiq qərarın qəbul edilməsini şərtləndirib. Bildirilir ki, 2020-ci il 27 avqust tarixində açıqlanmış press-relizdə nəticələrin saxtalaşdırıldığı əsas gətirilərək hesabatın nəşri təxirə salınıb.

Qeyd edək ki, bir neçə gündür ki, dünya mətbuatında bununla bağlı müxtəlif rəylər verilir. Bank rəhbərliyinin bəzi ölkələrin (burada Çin nəzərdə tutulur) xeyrinə nəticələrin süni formada yüksəldilməsi göstərişi verdiyi bildirilir.

Məlumatların doğru əks olunmadığı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin süni olaraq qurum tərəfindən azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı məlum olub. Araşdırmalar nəticəsində məlum olub ki, ölkəmizin ziyanına olaraq qəsdən göstəricilərin aşağı salınması, ölkədə olan inkişafın daha zəif göstərilməsi ilə bağlı olub. Nəticədə, ölkəmizin yekun balı 2 bal aşağı salınıb, reytinqdəki yeri isə 6 pillə aşağı götürülüb.

Bu saxtalaşdırmanı ABŞ-ın “WilmerHale” hüquq firmasının apardığı araşdırma aşkarlayıb. Araşdırmanın nəticələri sentyabrın 15-də dərc edilib. Firmanı araşdırma aparmaq üçün Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı cəlb edib. Firmanın detektivləri 5 milyona yaxın sənədi, o cümlədən bankın əməkdaşlarının daxili yazışmalarını analiz ediblər, şifahi ifadələr toplayıblar.

Azərbaycana aid göstəricilərin dəyişdirilməsinə Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyevanın müşaviri Simen Dyankov göstəriş verib. Onun tapşırığı ilə “Doing Busness 2020" hesabatında Azərbaycanın həyata keçirdiyi üç islahat nəzərə alınmayıb. Simeon Dyankov bolqarıstanlı iqtisadçıdır, ”Doing Business" hesabatının konsepsiyasının müəlliflərindən biridir və 2017-2019-cu illərdə Dünya Bankında top-menecer olub.

Dünya Bankının əməkdaşları “WilmerHale” firmasının detektivlərinə bildiriblər ki, Dyankov bu ölkəyə qarşı düşməncəsinə münasibət bəsləyirdi və onun təqdim etdiyi məlumatlara inanmırdı. Simeon Dyankov özü isə bildirib ki, Azərbaycanın həyata keçirdiyi bəzi islahatların tanınmasının “Doing Business” komandasının etirazlarına baxmayaraq “dondurulması” qərarı hansısa “Özbəkistan Protokolu”na uyğun idi. Bu “protokol” isə “şübhəli görünən” islahatların tanınmasından çəkinmək barədə yazılmamış qaydaları özündə əks etdirir. “Doing Business” komandası isə təsdiqlənmiş metodoloji prinsip şəklində “Özbəkistan Protokolu” haqda eşitmədiklərini deyiblər. “Doing Business” meneceri qeyd edib ki, Özbəkistana dair ötənilki reytinqdə göstəricilər regional direktorun, region üzrə vitse-prezidentin, icraçı direktorun və digərlərinin kollektiv qərarı ilə “dondurulub”. Azərbaycanın islahatlarının tanınmaması barədə tapşırığı isə şəxsən Dyankov verib.

Xatırladaq ki, “Doing Business 2019" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə göstərilmişdi. 2020-ci il hesabatında isə Azərbaycanın reytinqi xeyli geriləyib və 35-ci yerə enib.

“Doing Business-2020" hesabatı açıqlanmazdan 20 gün əvvəl Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenous öz sosial şəbəkə hesabında bu barədə məlumat paylaşaraq Azərbaycanın islahatçı ölkələrin 20-liyinə daxil olduğunu bəyan etmişdi. Onun bloq yazısında qeyd edilirdi ki, Azərbaycan əsas 4 sahədə islahat aparıb: ”Azərbaycan “Doing Business”də asanlıqla ölçülə bilən 4 biznes yumşaltması həyata keçirib. Onlar “Əmlakın qeydiyyatı”, “Azlıqda olan investorların hüquqlarının müdafiəsi”, “Kreditlərin alınması” və “Müqavilələrin icrasının təmin edilməsi” sahələridir. Bakıda pilot layihə olaraq hər bir fərdi ərazinin rəsmi xəritələşməsi və qeydiyyatı nəticəsində əmlakın qeydiyyat daha da sürətlənib. Ədalətli olmayan, yaxud sui-istifadə edən direktorlara qarşı məsuliyyətin tətbiqindən sonra azlıqda olan investorların müdafiəsi güclənib. Həmçinin kommersiya mübahisələri yarandıqda tərəflər onlayn müraciət göndərə bilər və vasitəçilik üçün maliyyə əldə edə bilər."

“Doing Business-2020" hesabatı açıqlanmazdan bir neçə ay əvvəl isə hökumət hesabatda irəliləyişlərin əldə olunacağını gözlədiyi indikatorları açıqlamışdı. Qeyd olunmuşdu ki, bunun üçün Dünya Bankı ekspertlərinin qəbul etdikləri bir sıra islahatlar həyata keçirilib. Bu islahatlar ümumilikdə 11 indikatoru əhatə edib: ”Biznesə başlama", “Tikinti üçün icazələrin alınması”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Əmlakın qeydiyyatı”, “Kreditlərin alınması”, “Kiçik investorların hüquqlarının müdafiəsi”, “Vergilərin ödənilməsi”, “Sərhəddə ticarət”, “Müqavilələrin icrasının təmin edilməsi”, “Müəssisənin müflisləşməsi” və “Dövlət satınalmaları”.

“Biznesə başlama” indikatoru üzrə hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində iki əsas islahatın “Doing Business 2020" hesabatında qəbulu ehtimal olunurdu. Bu islahatlardan birincisinə görə, prosedurların sayı 3-dən 1-ə azalıb, ikincisində isə günlərin sayı 3,5-dən 0,5-ə azalıb. Xərclərə gəldikdə isə 18 manatdan (ümumilikdə 90 manatdır) 0 AZN-ə azalıb.

“Tikinti üçün icazələrin alınması” indikatoru üzrə aparılan islahatlar nəticəsində prosedurların sayının 18-dən 7-yə, günlərin sayının 116-dan 38-ə, çəkilən xərclərin isə 6 566 manatdan 3 345 manata azaldılıb. Dünya Bankının müəyyən etdiyi “Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə də prosedurların sayı 7-dən 2-yə, günlərin sayı isə 4-dən 20-yə salınıb.

Hökumət bildirirdi ki, “Əmlakın qeydiyyatı” indikatoru üzrə aparılmı şislahatlar nəticəsində prosedurların sayı 3-dən 2-yə, günlərin sayı isə 5,5-dən 2,5-ə azaldılıb. Eyni zamanda “Kreditlərin alınması” indikatoru çərçivəsində normativ hüquqi tlakar arasında uyğunluq təmin edilib və bununla da “Doing Business” metodologiyasına əsasən “Hüquqi norma” indeksi ilə bağlı mənfi dəyərləndirilən 4 sual üzrə müsbət qiymətləndirmənin olması gözlənilirdi.

Bundan əlavə, “Kiçik investorların hüquqlarının müdafiəsi” üzrə normativ hüquqi aktlar arasında uyğunluğun təmin ediləcəyi və bununla da “Doing Business” metodologiyasına əsasən mənfi dəyərləndirilən 10 sualdan 5-i üzrə müsbət qiymətləndirilmənin əldə olunması nəzərdə tutulurdu.

“Vergilərin ödənilməsi” indikatoru çərçivəsində vergi dərəcəsinin azalması, ərizələrin elektron olaraq təqdim edilməsi ilə vaxta qənaət ediləcəyi, “Sərhəddə ticarət” indikatoru üzrə yoxlama mexanizminin azalması və vahid nəzarət mexanizminin formalaşdırılması ilə sahibkarın vaxtına qənaət ediləcəyi və vaxtın azalması gözlənilirdi.

“Müqavilələrin icrasının təmin edilməsi” indikatoru çərçivəsində məhkəmə işinin idarə edilməsi ilə bağlı vaxt standartları müəyyən edilib və “Doing Business” metodologiyasına əsasən vaxt indeksində irəliləyişin əldə ediləcəyi gözlənilirdi. Həmçinin “Doing Business” metodologiyasına əsasən məhkəmə proseslərinin keyfiyyət indeksində 8,5 bal irəliləyişin əldə ediləcəyi ehtimal olunurdu.

“Müəssisənin müflisləşməsi” indikatoru üzrə hərracların keçirilməsi üzrə vaxta qənaət edilir və indikatorun vaxt indeksində irəliləyişin olacağı, müflisləşmə üzrə qanunvericiliyin keyfiyyət indeksində mənfi olaraq dəyərləndirilən iki sualdan 1-i üzrə müsbət qiymətləndirmənin olması gözlənilirdi.

Lakin hesabat açıqlananda məlum oldu ki, Azərbaycana biznesə başlama indikatoru üzrə 9-cu (2019-cu ildə də 9-cu), tikinti üçün icazələrin alınması üzrə 59-cu (61-ci), elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci (74-cü), əmlakın qeydiyyatı üzrə 44-cü (17-ci), kreditlərin alınması üzrə 1-ci (22-ci), kiçik investorların hüquqlarının müdafiəsi üzrə 105-ci (2-ci), vergilərin ödənilməsi üzrə 40-cı (28-ci), sərhəddə ticarət üzrə 83-cü (84-cü), müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin həlli indikatoru üzrə 47-ci (47-ci) yerdədir.

Məlum oldu ki, “Doing Business-2020" hesabatı üçün Dünya Bankı Azərbaycanda həyata keçirilən beş islahatı nəzərə alıb. Belə ki, Azərbaycanda əmlakın qeydiyyatı kadastrların əhatə dairəsinin genişlənməsi və kadastr planlarının rəqəmsallaşdırılması hesabına daha asan və şəffaf olub. Lakin Azərbaycan əmlakın başqasına ötürülməsi zamanı notariusun depozit hesabına pul qoymağı icbari edərək prosesi çətinləşdirib. Nəticədə bu indikator üzrə mövqeyimiz 27 pillə geriləyib. Eyni zamanda Azərbaycan girov təminatı kimi daşınar aktivlərdən məhdudiyyət olmadan istifadəyə imkan verərək kreditlərə çıxış imkanlarını genişləndirib və bu indikator üzrə birinci yeri tutmağa nail olub.

Vergilərin ödənilməsi indikatoru üzrə geriləməyə isə fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması sisteminin dəyişdirilməsi nəticəsində vergilərin ödənilməsinin çətinləşdirilməsi səbəb olub.

Hesabata görə, Azərbaycan iddiaçılara ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiq etməklə və könüllü vasitəçilik haqqında qanun qəbul etməklə müqavilələrin icrasını asanlaşdırıb.

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, “Doing Business” hesabatı uzun müddət iş adamlarının ən çox müraciət etdiyi araşdırmalardan biri olub: “Amma təəssüflər olsun ki, son vaxtlar hesabatda müəyyən qərəzlilik hiss olunurdu. Bu baxımdan, ötən il Azərbaycana qarşı edilən haqsızlıq xüsusilə diqqəti cəlb edib. Ölkəmizin hesabatdakı yeri və balı azaldıldı. Sonradan bu problem həll olunub, Azərbaycanın balı və yeri artırılsa da, hesabatın mötəbərliyinə böyük zərbə vuruldu. Ümumiyyətlə, bütün beynəlxalq qurumların hesabatlarına inamın olması üçün ölkələrə yanaşma bərabər olmalıdır. Amma təəssüflər olsun ki, biz bir çox beynəlxalq təşkilatların hesabatlarında Azərbaycana qarşı qərəzli yanaşmaların, haqsızlıqların şahidi oluruq”.

Millət vəkilinə görə, Dünya Bankının son açıqlaması göstərir ki, xüsusilə biznes mühiti üzrə beynəlxalq təşkilatların qiymətləndirmələri şəffaf, dəqiq ölçülə bilən meyarlara əsaslanan metodologiyalar əsasında aparılmalıdır: “Bu baxımdan, ola bilsin ki, Dünya Bankı yeni metodologiya hazırlasın. Bu, olarsa metodologiyanın qiymətləndirmə prosesi hər kəsə açıq olmalıdır. Amma bütün hallarda beynəlxalq təşkilatlar öz hesabatlarına olan inamın qorunub saxlanmasına çalışmalıdılar. ”Doing Business" hesabatı ilə bağlı yaşananlar göstərir ki, bu sahədə ciddi problemlər var. Və bu hadisədən digər beynəlxalq qurumlar nəticə çıxarmalıdırlar".

SON XƏBƏRLƏR
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
Əliyev “Azərbaycanı hədələyənlər var” deyəndə kimləri nəzərdə tutur? – Rusiya, yoxsa İran?
"Kimin vaxtı, zamanı gəlib çatacaqsa, ay insanlar, siz də alacaqsınız"
Hacı Ramazan Mirəzyev dövlət büdcəsindən oğurladığı milyonları keçmiş merlə bölüşdürürmüş… - İLGİNC FAKTLAR
“Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA
Seyidin şəfaverən nəvəsi və ya “Şeyx Nəsrullahlara” inam... - Bu elan qəzəb doğurdu
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”
 "O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov
Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”
7 rəngdə sement istehsal edən 109 yaşlı zavod kimə SATILIB? - DETALLAR
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Banklar dollar almır! - Ucuzlaşacaq, yoxsa...?
"Uşaq pulu verilməsi üçün ölkəmizin kifayət qədər resursu var" - deputat
“Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da…” - QALMAQAL
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTO
Şirvan sakinlərindən silah və nakotik aşkarlandı
Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? - HƏQİQƏTƏN DƏ...
"Axı hər evdə bir və ya iki xəstə olur, deməli, hər ailə qəsdən dövlətdən narazı salınır" - deputat
Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO
"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz" - NAZİRƏ CAVAB
Türkiyə uşaq evindən Azərbaycana gətirilən uşaqların taleyi gedib İraq və Suriyaya çıxır
Elnur Əşrəfoğlunun daxili qanaxması dayanıb - "Yeni Klinika"
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!
Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının sədri seçilib
Soydaşımız baş redaktorun ölümünə səbəb oldu
“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma