7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?

Tarix:21-09-2021, 06:59 Baxış Sayı:15 Kateqoriya:gundem / cemiyyet

7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?

"Azərbaycanda böyük şəhərlər üzrə təxminən 6-7 min, bəlkə də daha çox rieltor (makler) var. Bu sahədə minlərlə adamın işləməsinə baxmayaraq, rəsmi dövlət statusu yoxdur".

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, rieltorlarla bağlı ölkədə eyni zamanda tənzimləyici , maarifləndirici kurslar da mövcud deyil:

"Hər bir rieltor özünün, alıcının, satıcının hüquqlarını bilməli, sənədləşmə proseduruna bələd olmalıdır. Bu sahədə işləyənlərin böyük əksəriyyəti isə kənardan gələnlərdir - kimsə işdən çıxıb gəlir və ya ikinci iş kimi bununla məşğul olmağa başlayır. Ümumiyyətlə, bu sahə qanunvericiliklə tənzimlənsə, işləyənlər öz vəzifə borclarını dərk etsələr, mövcud problemlər öz həllini tapa bilər. Peşə ilə məşğul olan insanın tək evi göstərməklə işi bitmir. Bunun hüquqi, marketinq tərəflərini, müştərilərlə davranışın hansı formada təşkil edilməsini bilməlidir.

Hazırda rieltorların çoxu qanunsuz fəaliyyət göstərir. Bu istiqamətdə qanun olmadığına görə, onlar ya xidmət sahəsi kimi VÖEN üzərindən fəaliyyət göstərə bilərlər, ya da şirkət (MMC) olaraq. Təsəvvür edin, minlərlə rieltorların hər biri ay ərzində kiçik də olsa əməliyyat aparırlar - ev, obyekt, torpaq və s. satırlar, kirayə verirlər. Onlar əgər rəsmi işləsələr, hər ay dövlət büdcəsinə nə qədər gəlir gedər".

Müsahibimiz qeyd edib ki, bu gün vətəndaşların böyük əksəriyyəti evlərini rieltorlara satmırlar:

"Rieltorların hamısı kənardan gəlməyib, işin içində bişənlər, mütəxəssislər də var. Bu gün sahibkarlar öz evlərini elan saytlarına yerləşdirirlər və müştəri birbaşa ev sahibi ilə əlaqə qurur. Yaxud tikinti şirkətləri də elan saytlarından istifadə edirlər. Müştərilər artıq rieltorsuz evləri alıb-satırlar. Bu isə rieltorların maddi gəlirlərinə ziyan vurur, eyni zamanda müştərilər də sahəni bilmirlər. Lakin vətəndaşın yanında mütləq mütəxəssis olmalıdır ki, sənədləri yoxlasın - məsələn, qeydiyyatda adamlar qala bilər və bu da sonradan problemlərə səbəb olar.

Təəssüf ki, işini bilməyən rieltorların sayı daha çoxdur və onlara görə bir çox vətəndaşlar əziyyət çəkirlər. Etibar edib inanır, pulu verir, sabah bir problemlə üz-üzə qalır. Bu gün yeni tikili binalarda komendatlar, qaravulçular da alqı-satqı ilə məşğul olur. İstənilən adam bu sahə ilə qazanc əldə etməyə çalışa bilər. Amma qeyd etdiyim kimi qanunvericilik olsa və sahəyə nəzarət edilsə, status verilsə, rieltorlar rəsmi sertifikasiya olunsalar, kurslar keçsələr, vətəndaş ona xidmət edən şəxslərin mütəxəssis olub-olmadığını biləcək".

SON XƏBƏRLƏR
Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
Əliyev “Azərbaycanı hədələyənlər var” deyəndə kimləri nəzərdə tutur? – Rusiya, yoxsa İran?
"Kimin vaxtı, zamanı gəlib çatacaqsa, ay insanlar, siz də alacaqsınız"
Hacı Ramazan Mirəzyev dövlət büdcəsindən oğurladığı milyonları keçmiş merlə bölüşdürürmüş… - İLGİNC FAKTLAR
“Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA
Seyidin şəfaverən nəvəsi və ya “Şeyx Nəsrullahlara” inam... - Bu elan qəzəb doğurdu
Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək
Bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır? - Ermənilərin “seçki oyunu”
 "O ərəfədə Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki..." - Ayaz Mütəllibov
Qazimiz “YAŞAT” Fondundan kömək istədi - “Qulağımdan çirk axır, əməliyyat olunmalıdır”
7 rəngdə sement istehsal edən 109 yaşlı zavod kimə SATILIB? - DETALLAR
ABŞ-Yunanıstan yaxınlaşması: - Bu dəfə hədəfdə kimdir?
İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR
Banklar dollar almır! - Ucuzlaşacaq, yoxsa...?
"Uşaq pulu verilməsi üçün ölkəmizin kifayət qədər resursu var" - deputat
“Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da…” - QALMAQAL
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTO
Şirvan sakinlərindən silah və nakotik aşkarlandı
Əcnəbilər Azərbaycan universitetlərinə niyə maraq göstərmir? - HƏQİQƏTƏN DƏ...
"Axı hər evdə bir və ya iki xəstə olur, deməli, hər ailə qəsdən dövlətdən narazı salınır" - deputat
Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO
"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz" - NAZİRƏ CAVAB
Türkiyə uşaq evindən Azərbaycana gətirilən uşaqların taleyi gedib İraq və Suriyaya çıxır
Elnur Əşrəfoğlunun daxili qanaxması dayanıb - "Yeni Klinika"
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!
Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının sədri seçilib
Soydaşımız baş redaktorun ölümünə səbəb oldu
“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma